Fransa və onun Prezidenti Emmanuel Makronun Yaxın Şərqlə bağlı bəyanatlarında qeyri-səmimidir. Parisin əsl məqsədi nə Fələstin xalqına, nə də digər xalqlara dəstək verməkdir. Fransanın əsas hədəfi yeni müstəmləkəçilik siyasətini həyata keçirmək və dünya miqyasında təsir dairəsini genişləndirməkdir. SİA xəbər verir ki, bu barədə Türkiyənin “Milli Gazete” nəşrində dərc olunan məqalədə qeyd olunub. Nəşr Parisin keçmiş müstəmləkəsi olan Niger ətrafında başverən prosesləri misal gətirib. Fransız hərbçilərinin çıxarıldığı bu Afrika ölkəsinin rəhbərliyinə qarşı Makronun açıq şəkildə işğalla hədələdiyi, “Paris Fransa vətəndaşlarının və ölkənin maraqlarına zərər verilməsinə imkan verməyəcək” deyə bəyan etdiyi qeyd…
Daha çoxAuthor: Qafqaz Xəbər
Güclü meşə yanğını Bursa vilayətini cənginə aldı
Türkiyənin Bursanın Gürsu və Kestel rayonları arasındakı meşəlik ərazidə yanğın baş verib. SİA xəbər verir ki, bu barədə “Haberler” qəzeti məlumat yayıb. Küləkli hava şəraiti səbəbindən magistral yola çatan alov yerli sakinlərin evlərini təhdid etməyə başlayıb və bu səbəbdən Gürsuya aid Karahıdır rayonundan insanların təxliyyə edilməsinə qərar verilib. Onların idman kompleksində yerləşdirilməsi planlaşdırılır. Yanğının yaşayış sahələrini təhdid etdiyi, Karahıdır və İğdır kəndlərinin alov içində olduğu bildirilir. Hadisə yerinə Meşə Təsərrüfatı İdarəsinin qrupları və yanğınsöndürənlər göndərilib. Yanğının söndürülməsinə könüllülər də kömək edir. Yerli hakimiyyət sakinlərdən hökumətin xəbərdarlıqlarına əməl etməyi və lazımi…
Daha çoxRusiya-Ukrayna liderlərinin görüşünün vaxtı və formatı ilə bağlı danışıqlar davam edir
“Ötən günlərdə üçüncü raundunu tamamladığımız Rusiya-Ukrayna danışıqlarının əsas gündəm maddələrindən biri də liderlərin bir araya gətirilməsi idi. Bu günə qədər danışıqlar humanitar, atəşkəs və liderlərin görüşü olmaqla 3 əsas istiqamətdə aparılır. Hər görüşdə daha çox əsirin, yaralının və məhkumun dəyişdirilməsi ilə bağlı razılığa gəlinir. Hazırda liderlərin görüşünün vaxtı və formatı ilə bağlı danışıqlar davam edir”. SİA xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda keçirilən Balkan Sülh Platformunun birinci toplantısından sonra mətbuata açıqlamasında bildirib. Balkan Sülh Platformunun iclası haqqında danışan nazir bildirib ki, toplantıda ölkələrin Avropa…
Daha çoxTailand və Kamboca arasında məcburi atəşkəs elan olundu
Tailand və Kamboca arasında güclü yağışlar səbəbindən məcburi atəşkəs elan olunub. SİA xəbər verir ki, “Nation” qəzeti məlumat yayıb. “Quru qoşunlarının əməliyyat komandanlığı münaqişə zonasında leysan yağışları səbəbindən döyüş əməliyyatlarının müvəqqəti dayandırıldığını bəyan edib”, – nəşr qeyd edib.
Daha çoxMeşə yanğınları “Akkuyu” AES-ə yaxınlaşır..?
Rusiyanın Türkiyədə inşa etdiyi “Akkuyu” AES-in ətrafı meşə yanğınları ilə əhatə olunub. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Rusiya aviasiyası səhər saatlarından etibarən yanğınları söndürmək üçün Be-200 təyyarələri və Mi-8 helikopterlərindən istifadə edir. Ərazidə 10 mindən çox Rusiya vətəndaşı işləyir və onlar stansiyanın tikintisində iştirak edirlər. Yanğınlar nəticəsində insan tələfatının olub-olmaması ilə bağlı məlumat verilmir.
Daha çoxAbxaziyada rusiyalı turist uçuruma yıxılaraq ölüb…
Abxaziyanın Tkuarçal rayonunda Moskvadan gələn turist qayadan yıxılaraq ölüb. SİA-nın məlumatına görə, bu barədə Abxaziya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti bildirib. …Tkuarçal rayonunun Akarmara kəndində Velikan şəlaləsi yaxınlığında 1979-cu il təvəllüdlü moskvalı Nikolay Pronin qayadan yıxılaraq ölüb. Fövqəladə Hallar Nazirliyi təcili çağırışa cavab verərək, Moskva vaxtı ilə saat 15:45-də hadisə yerinə gedib. Hazırda hadisə yerində iş aparılır, cəsəd çıxarılıb. …Velikan şəlaləsi Abxaziyanın ən hündür şəlaləsidir. Onun hündürlüyü 100 metrdən çoxdur. Əli Babayev
Daha çoxTürkiyədə meşə yanğınları səbəbindən insanlar təxliyə edilir
Türkiyənin dörd vilayətdə meşə yanğınları başlayıb. SİA xəbər verir ki, Bursa, Uşak, Karabük və Kahramanmaraşda yanğınlara havadan və qurudan müdaxilə edilir. Bursanın üç rayonunda bəzi magistral yollar eləcə də Bursa dairəvi yolu nəqliyyatın hərəkəti üçün bağlanıb. Güclü külək səbəbindən yanğının sahəsi genişlənib, sakinlər təxliyə ediliblər. Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Kestel rayonundakı iki kənddən ümumilikdə 1300-dən artıq insanın köçürüldüyünü deyib. Uşak vilayətində də ehtiyat tədbiri olaraq bir kənd və iki məhəllə təxliyə edilib, bəzi evlərə ziyan dəydiyi bildirilir. Karabükdə isə artıq dörd gündür yanğınla mübarizə davam edir. Burada…
Daha çoxBöyük Britaniya Qəzzaya humanitar yardım göndərir
Böyük Britaniya Qəzza zolağına humanitar yardımın çatdırılması üçün beynəlxalq proqramlarda iştirak etməyi planlaşdırır. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Mertslə telefon danışığı zamanı deyib. Baş nazir Böyük Britaniyanın humanitar yardımı havadan göndərmək və tibbi yardıma ehtiyacı olan uşaqları təxliyə etmək üçün İordaniya kimi tərəfdaşlarla işləmək planlarını açıqlayıb. Planın təfərrüatları barədə məlumat verilməyib. Qeyd edilir ki, üç ölkənin liderləri Qəzza və Ukraynadakı vəziyyəti müzakirə ediblər. Starmer, Makron və Merts İranın nüvə proqramına da toxunublar, İran…
Daha çoxBritaniya və Avstraliya 50 illik hərbi saziş imzaladı
Böyük Britaniya və Avstraliya 50 il müddətinə nəzərdə tutulmuş nüvə sualtı qayıqlarının tikintisi və istismarı üzrə ikitərəfli tərəfdaşlıq sazişi imzalayıblar. SİA xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin bəyanatında bildirilib. Qeyd olunur ki, sazişi müdafiə naziri Con Hili və onun avstraliyalı həmkarı Riçard Marles imzalayıblar. Müqavilə Avstraliya, Böyük Britaniya və ABŞ hökumətləri arasında üçtərəfli tərəfdaşlığa əsaslanır.
Daha çox“Almaniya Ukraynaya üç “Patriot” sistemi təhvil verib”
Söhbət Trampın Ukraynaya yardımın Avropa maliyyələşdirilməsinin yeni sxemi çərçivəsində vəd etdiyi tədarüklərdən gedir…. …Almaniya ABŞ-ın Ukraynaya təklif etdiyi yeni yardım sxeminin bir hissəsi kimi Ukraynaya üç Patriot sistemi təhvil verib və Ukrayna Silahlı Qüvvələri üçün Amerika silahlarının ödənişi Avropa ölkələri tərəfindən ödənilir. SİA-nın məlumatına görə, bu barədə “The Washington Post” adı açıqlanmayan rəsmilərə istinadən yazır. Qeyd olunur ki, ümumilikdə Ukrayna yeni sxem üzrə 10 “Patriot” sistemi almağa ümid edir. Bazar ertəsi Ukraynanın müttəfiqlərinin görüşündə Almaniyanın müdafiə naziri Boris Pistorius ətraflı məlumat vermədən Berlinin beş “Patriot”…
Daha çox