Rusiya Sumi və Odessanın yaşayış məntəqələrini vurub…

10-dan çox insan yaralanıb… …İyulun 21-i axşam saatlarında Rusiya hərbçiləri Ukraynanın Sumı şəhərinə pilotsuz təyyarə ilə zərbə endirib. Yaşayış məntəqələrindən birinə – beş çoxmərtəbəli bina, ticarət mərkəzi və 18 avtomobilə ziyan dəyib. SİA-nın məlumatına görə, vilayət hərbi idarəsinin rəisi Oleq Qriqorov bildirib bunu. Ən çox ziyan çəkən evin iki sakini xəstəxanaya yerləşdirilib, daha 12 nəfər tibbi yardıma müraciət edib. Yaşayış sahəsinin qalan sakinləri şok vəziyyətindədir, onlarla psixoloqlar işləyir. Bundan sonra rus ordusu Odessaya pilotsuz təyyarələrlə zərbələr endirib. Hücum nəticəsində şəhərin rayonlarından birində çoxmərtəbəli binaların şüşələri…

Daha çox

Azərbaycan neftinin qiyməti 71 dollara düşüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,95 ABŞ dolları, yaxud 1,32 % azalaraq 71,23 ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 70,53 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,99 ABŞ dolları və ya 1,4 % azalaraq 69,88 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı…

Daha çox

Mediamız Azərbaycanın yeni-qlobal xarakterli xarici siyasəti ilə uzlaşan təsirli “yumşaq güc” vasitələrindən biridir

Bu gün Azərbaycan mediası milli sərhədləri aşaraq beynəlxalq səviyyədə fəaliyyət göstərən, qlobal perspektivli regional baxış təqdim edən, dünyanın müxtəlif bölgələrində oxunan və istinad olunan, Azərbaycanın yeni- qlobal xarakterli xarici siyasəti ilə uzlaşan təsirli “yumşaq güc” vasitələrindən biridir. SİA xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Milli Mətbuat Günü münasibətilə “X” hesabında yazıb. O bildirib ki, bu əlamətdar gün yalnız media ictimaiyyəti üçün deyil, bütövlükdə cəmiyyətimiz üçün böyük əhəmiyyət daşıyır: “Jurnalistika şərəfli və yüksək məsuliyyət tələb edən peşədir. Sizlər bu…

Daha çox

İlham Əliyev Milli Mətbuat Günü münasibətilə paylaşım edib

Prezident İlham Əliyev 22 İyul – Milli Mətbuat Günü münasibətilə rəsmi “X” hesabında paylaşım edib. SİA xəbər verir ki, paylaşımda deyilir: “Sizi və həmkarlarınızı yubiley münasibətilə təbrik edirəm. Azərbaycan mediasının inkişafı məni çox sevindirir. Mən çox şadam ki, bu gün bizim mediamız nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb. Xankəndi, 19 iyul 2025-ci il III Şuşa Qlobal Media Forumu”.

Daha çox

Tramp Azərbaycan Prezidenti İlham Əliyevin “lll Şuşa Qlobal Media Forumu”ndakı çıxışından paylaşıb edib

ABŞ prezidenti Donald Tramp Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündəki çıxışından paylaşıb edib. SİA ABŞ liderinin “Truth Social” şəbəkə hesabındakı paylaşımını təqdim edir. Qeyd edək ki, videoda Azərbaycan Respublikasının Prezidenti Trampla bağlı fikirlərini bölüşüb.

Daha çox

Bakının üç prospektində tıxac yaranıb

Bakının üç prospektində tıxac yaranıb. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində; 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Daha çox

ABŞ-ın vitse-prezidentinə qarşı Britaniyada etirazlar gözlənilir

ABŞ-ın vitse-prezidenti Cey Di Vensin növbəti ay İngiltərənin Kotsvolds bölgəsinə ailəvi istirahət səfəri planlaşdırılır. SİA “Independent”ə istinadla xəbər verir ki, etirazçılar onun gəlişinə qarşı aksiyalar keçirəcəklərini bəyan ediblər. “Stop Trump Coalition” adlı təşkilat Cey Di Vensin Birləşmiş Krallıqda ABŞ Prezidenti Donald Tramp qədər arzuolunmaz şəxs olduğunu bildirib. Qrupun sözçüsü deyib: “Bu ay Tramp Aberdin və Edinburqda etiraz aksiyaları ilə qarşılanacaq, sentyabrda isə Londonda və Vindzorda aksiyalar davam edəcək. Cey Di Vens də Tramp qədər burada xoş qarşılanmayacaq”,- deyə o, bildirib. Cey Di Vensin növbəti ay həyat yoldaşı və üç azyaşlı…

Daha çox

Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. SİA xəbər verir ki, bu mərhələdə Cəbrayıl şəhərinə 53 ailə – 198 nəfər köçürülüb. Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və…

Daha çox