Pakistan Ordusu Bəlucistan əyalətində keçirdiyi antiterror əməliyyatı zamanı azı iki yaraqlını zərərsizləşdirib. SİA xəbər verir ki, bu barədə İslam Respublikasının Silahlı Qüvvələrinin İctimaiyyətlə əlaqələr üzrə İdarələrarası Xidməti məlumat yayıb. Məlumata görə, iyunun 28-də Pakistan hərbçiləri Duki dairəsini ekstremistlərdən təmizləmək üçün əməliyyat keçirib. Onların hədəfi ölkədə qadağan olunmuş “Fitnə əl-Hindustan” qruplaşmasının yaraqlıları olub. Qarşıdurma zamanı iki terrorçu zərərsizləşdirilib, daha iki silahlı isə saxlanılıb. Xidmət bildirib ki, hərbçilər arasında itki yoxdur.
Daha çoxDay: June 30, 2025
“Yuxular sadəcə gecə baş verən təsadüfi görüntülər deyil”
“Yuxular insanın əsrlər boyu maraq dairəsində olan, bəzən sirli, bəzən isə izaholunmaz görünən bir fenomen olmuşdur”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq, psixoterapevt Orxan Şəfizadə deyib. O bildirib ki, insanın keçirdiyi duyğular və psixoloji vəziyyəti yuxuların məzmununu birbaşa təsir edir: “Məsələn: Stress və narahatlıq dövrlərində insanlar daha tez-tez qarabasma, qaçma, təqib olunma və ya idarəedilməz situasiyalarla bağlı yuxular görür. Travma keçirmiş şəxslər posttravmatik stres pozuntusu (PTSP) fonunda eyni qorxulu hadisəni təkrarən yuxuda görə bilər. Pozitiv emosiyalar isə daha canlı, xoş və yüngül məzmunlu yuxularla müşahidə olunur. Bu baxımdan, yuxular bəzən insanın…
Daha çox“Stansiya postmüharibə dövründə Azərbaycanın iqtisadi dirçəlişinin göstəricisidir”
“2025-ci ilin iyunun 24-də Mingəçevirdə Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi, ixrac potensialının artırılması istiqamətində atılmış çox mühüm addımdır. 1800 meqavat gücüilə ölkənin ən iri istilik elektrik stansiyası olan proje həm dəunikal xüsusiyyətlərinə görə diqqət cəlb edir. Müasir texnologiyalarla təchiz olunan stansiyada yanacaq sərfiyyatı minimum həddədir, karbon emissiyaları isə beynəlxalq standartlara uyğundur. Yüksək səmərəlilik və çevik enerji istehsalı imkanları sayəsində bu stansiya ölkə daxilində elektrik enerjisinə olan tələbatın sabit ödənilməsinə imkan verəcək”. Bu sözləri SİA-ya açıqlamasında deputat Tahir…
Daha çoxXİN-də yeni struktur DƏYİŞİKLİYİ
Azərbaycan Xarici İşlər Nazirliyinin yeni strukturu təsdiqlənib. SİA xəbər verir ki, struktur cədvəli 2025-ci il iyunun 18-də rəsmiləşdirilib. Yeni struktura görə, XİN-in nəzdində İqlim Diplomatiyası İdarəsi yaradılıb. Bu idarə nazir müavini Yalçın Rəfiyevin tabeliyində fəaliyyət göstərəcək. İdarənin əsas funksiyalarının Azərbaycan Respublikasının iqlim siyasətinin beynəlxalq arenada təmsil olunması və əlaqədar diplomatik təşəbbüslərin əlaqələndirilməsi olduğu ehtimal edilir. Qeyd edək ki, Xarici İşlər Nazirliyinin hazırkı strukturu nazir Ceyhun Bayramovun rəhbərliyi ilə fəaliyyət göstərir. Nazirlikdə xüsusi tapşırıqlar üzrə səfirlər, müxtəlif nazir müavinləri, eləcə də regional və funksional idarələr yer alır.
Daha çoxİrəvan KTMT-in bu iclasını da boykot etdi
Çolpon-Atada (Qırğızıstan) Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin xarici işlər nazirlərinin görüşü başlayıb. SİA xəbər verir ki, xarici siyasət idarələrinin rəhbərləri beynəlxalq və regional vəziyyəti və onun KTMT ölkələrinin təhlükəsizliyinə təsirini müzakirə edəcəklər. “Sputnik Qırğızıstan” xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan görüşdə iştirak etmir. KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan daxildir. İrəvan hələ 2024-cü ilin əvvəlində təşkilatda iştirakının dondurulduğunu elan edib.
Daha çoxYalançı xəstəlik və ya Münhauzen sindromu
“Münhauzen sindromu psixiatrik pozuntudur. Bu problemdən əziyyət çəkənləri əbəs yerə simulyant, fırıldaqçı, “professional xəstə” və ya “xəstəxana birəsi” adlandırmırlar. Onlar tibb müəssisələrinə düşmək üçün hər yola əl atırlar. Həmin meyil çox vaxt keçirilmiş ağır xəstəlikdən, yaxın adamın itkisindən, sevgilisindən ayrılandan sonra və ya tənhalıqdan yaranır”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildiri məlumat verib. Psixoloqun sözlərinə görə, həkim həmin xəstəliyin sirli Münhauzen sindromu adlandırıldığını deyib: “İlk dəfə bu xəstəlik İngiltərənin Mərkəzi Middleseks Xəstəxanasının zehni müşahidə şöbəsinin müdiri, endokrinoloq və hematoloq Riçard…
Daha çoxAlmaniya XİN başçısı Kiyevə getdi
Almaniyanın xarici işlər naziri Yohann Vadeful Kiyevə elan olunmamış səfər edib. SİA xəbər verir ki, bu barədə Almaniya XİN məlumat yayıb. Y.Vadefuhl Almaniya hökumətinin Ukraynaya dəstəyə tam fokuslanmağı, o cümlədən müasir hava hücumundan müdafiə vasitələri və digər silahlarla təminatı, humanitar və iqtisadi yardımı davam etdirəcəyini bildirib. O, həmçinin Almaniyanın Aİ və G7-dəki tərəfdaşları ilə birlikdə Rusiyaya qarşı yeni sanksiyalar üzərində işləməyə davam edəcəyini iddia edib. DPA agentliyinin məlumatına görə, səfərdə naziri Almaniyanın müdafiə sənayesinin nümayəndələri müşayiət edirlər.
Daha çoxÖlkənin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir
Milli Hidrometeorologiya Xidmətinin iyunun 30-u saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Xidmətdən SİA-ya verilən məlumata görə, düşən yağıntının miqdarı Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Daşkəsən, Gədəbəy, Tovuz, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Qəbələ, Balakən, Zaqatala, Şəki, Oğuz, Qusar, Şahdağ, Tərtər, Bərdə, Yevlax, Goranboy və Göyçayda 1 millimetrdir. Şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti saniyədə Culfada 21, Goranboyda 19, Bakıda və Abşeron yarımadasında 18 metrədək güclənir. Havanın maksimal temperaturu iyunun 29-da Bakıda və Abşeron yarımadasında 32, Naxçıvan Muxtar Respublikasında 35,…
Daha çoxYasamalın qaz təchizatında fasilə yaranıb
Bakının Yasamal rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranıb. Bu barədə SİA-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir. Bildirilib ki, bu gün saat 04:20-də Yasamal rayonu, A.Abbasov küçəsində qazıntı işləri aparılan zaman qaz xətti zədələnib. A. Abbasov, A. Şərifzadə küçələrinin tam olaraq, M. Seyidov küçəsinin isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.
Daha çoxBaş prokuror Yardımlıda vətəndaşları qəbul edəcək
Baş prokuror Kamran Əliyev iyulun 4-də Yardımlıda vətəndaşları qəbul edəcək. Bu barədə SİA-ya Baş Prokurorluğun Mətbuat xidməti məlumat verib. Məlumata əsasən, Baş prokuror cari il iyulun 4-də, saat 10:00-da Yardımlı rayon prokurorluğunun inzibati binasında Yardımlı, Masallı və Cəlilabad rayon sakinlərinin qəbulunu keçirəcək. Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Yardımlı rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək. Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki…
Daha çox