Almaniyanın xarici işlər naziri Yohann Vadeful Kiyevə elan olunmamış səfər edib. SİA xəbər verir ki, bu barədə Almaniya XİN məlumat yayıb.
Y.Vadefuhl Almaniya hökumətinin Ukraynaya dəstəyə tam fokuslanmağı, o cümlədən müasir hava hücumundan müdafiə vasitələri və digər silahlarla təminatı, humanitar və iqtisadi yardımı davam etdirəcəyini bildirib. O, həmçinin Almaniyanın Aİ və G7-dəki tərəfdaşları ilə birlikdə Rusiyaya qarşı yeni sanksiyalar üzərində işləməyə davam edəcəyini iddia edib.
DPA agentliyinin məlumatına görə, səfərdə naziri Almaniyanın müdafiə sənayesinin nümayəndələri müşayiət edirlər.