“Cari ilin ötən dövründə isə 124 teleqram, instaqram və tiktok hesabı bağlanıb”

“Əmək fəaliyyəti ilə məşğul olmaq üçün xaricə gedən insanların insan alverinin qurbanı olmaması üçün maarifləndirilməsi, seminarlar keçirilmiş məlumatlandırma işi aparılmışdır”. SİA xəbər verir ki, bu sözləri Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov Milli Məclisin bugünkü plenar iclasında 2024-cü ildə Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair məlumatı təqdim edərkən deyib. O bildirib ki, tədbirlərə Hüquq Mühafizə orqanları, media, tibb işçiləri, cəlb edilmişdir: “Tədbirlərə aid müsahibələr verilmişdir. Dövlət Miqrasiya qurumlarının əməkdaşları üçün təlimlər, kurslar təşkil olunmuşdur. Dövlət uşaq müəssisələri, uşaqların insan…

Daha çox

“İndidən qanunvericilik səviyyəsində buna fikir verməliyik”

“Azərbaycanda insan alverinə qarşı mübarizədə Daxili İşlər Nazirliyi mütəmadi işlər aparır”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclasında çıxışı zamanı deputat Fazil Mustafa deyib. O bildirib ki, reydlər zamanı dilənçilik edən 616 azyaşlı müəyyən edilərək valideynləri haqqında tədbirlər görülmüşdür: “Əgər həmin uşaqlar valideynlərə qaytarılsa, bu uşaqlar yenidən eyni sahədə işlərə cəlb ediləcəklər. Bu uşaqlara sahib çıxılmalıdır. Dövlət dilənçiliyə cəlb edilən uşaqları öz nəzarətinə götürməli və aidiyyəti üzrə yerləşdirilməlidir. İkinci məsələ, hansısa məktəb direktoruna uşaqlara dini təhsil alması üçün valideynlər pul veriblər. Dövlətdən kənarda dini təhsilə də icazə…

Daha çox

Sverdlovskdan olan iş adamları payızda Azərbaycana səfər edəcəklər

Rusiyanın Sverdlovsk vilayəti Azərbaycan və Qazaxıstana biznes missiyaları göndərməyi planlaşdırır. Bu barədə SİA Sverdlovsk vilayətinin Beynəlxalq və Xarici İqtisadi Əlaqələr Nazirliyinə istinadən xəbər verir. Azərbaycana biznes missiyanın oktyabr ayında, Qazaxıstana isə noyabr ayında təşkil edilməsi planlaşdırılır. İştirakçıların seçimi İnvestisiyaların Cəlb Edilməsi üzrə Agentlik tərəfindən həyata keçirilir. Müraciətlərin qəbulu 2025-ci il iyunun 20-dək davam edəcək, seçimin nəticələri iyul ayının əvvəlində açıqlanacaq. Hər iki ölkəyə səfər üçün ayrı-ayrılıqda 10 şirkət seçiləcək. “Qarşıdakı səfərlərin formatı maksimum səmərəlidir: proqramlarda iştirakçılar üçün tərəfdaşların seçimi ilə müşayiət olunan işgüzar əlaqələr birjalarının təşkili nəzərdə tutulub. Bundan əlavə,…

Daha çox

Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Yusif Məmmədovla vida mərasimi keçirilib

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Yusif Mirzəli oğlu Məmmədovun meyitinin qalıqları Sumqayıt şəhərinə gətirilib. SİA-nın məlumatına görə, şəhidin nəşi Sumqayıtda ailəsinə təhvil verilib. Şəhidlə vida mərasimi keçirilib. Qeyd edək ki, Yusif Mirzəli oğlu Məmmədovla 1972-ci il iyunun 29-da Sumqayıtda anadan olub. O, 1994-cü il fevralın 2-də Kəlbəcər rayonunun Murovdağ istiqamətində itkin düşüb. Y.Məmmədov Sumqayıt Şəhidlər xiyabanında dəfn olunacaq.

Daha çox

Sumqayıtın bəzi ərazilərinin qaz təchizatı dayandırılıb

Bu gün Sumqayıt şəhərinin bəzi ərazilərinin qaz təchizatı müvəqqəti dayandırılıb. Bu barədə SİA-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində balans qovşaqlarının təmiri ilə əlaqədar saat 09:45-dən etibarən qaz təchizatı dayandırılıb. Qaz təchizatı dayandırılan müddətdə İnşaatçılar qəsəbəsinin qaz təchizatında fasilə yaranıb.

Daha çox

Birbank Biznes-dən xanım sahibkarlar üçün daha bir fürsət

“She’s Next” təşəbbüsünə qoşulun 15 000 AZN qazanmaq şansına sahib olun Sahibkarlar üçün biznes və bankçılıq xidmətlərində bazar liderlərindən olan Birbank Biznes rəqəmsal ödənişlərdə dünya lideri olan Visa şirkəti ilə birgə qadın sahibkarlığının inkişafına yönələn “She’s Next” qlobal təşəbbüsünün üçüncü dalğasına start verir. 16 may 2025-ci il tarixindən etibarən başlanan layihə çərçivəsində xanım sahibkarlar üçün “Uğur hekayəni yarat” təhsil və müsabiqə proqramı keçiriləcək. Proqram 2 kateqoriya üzrə baş tutacaq. Kiçik və Orta bizneslər: Bu kateqoriyada iştirak üçün illik dövriyyəsi 200 000 manatdan az olmayan sahibkar xanımlar müraciət…

Daha çox

“”TikTok” sosial şəbəkəsində Azərbaycan polisinə qarşı qarayaxma kampaniyası gedir”

“Çox təəssüf kimi insan alveri kimi bir məsələ 21-ci əsrdə hələ də problemdir”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclası zamanı deputat Aydın Mirzəzadə deyib. O bildirib ki, bu ağır cinayətə qarşı mübarizədə təkcə Daxili İşlər Nazirliyi fəaliyytə göstərmir: “Azərbaycan hüquqi demokratik dövlətir. Hesab edirəm, dövlətimiz bu sahədə kompleks işlər görür. İnsanlar üçün keyfiyyətli tibbi müəssisələr, iş yerlərinin açılması insan alveri ilə məşğul olanların fəaliyyətini məhdudlaşdırır. Azərbaycan vətəndaşı öz polisi fəxr edir. Bir neçə gün bundan əvvəl bir ailənin məsələsi var idi. Daxili İşlər Nazirliyi üzərinə düşən…

Daha çox

Sabah 27 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında mayın 17-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, 16-dan 17-nə keçən gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 13-16° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 70-75 % olacaq. Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli yağış…

Daha çox

Azərbaycan Ordusu silah və texnika yaz-yay mövsümü istismarı rejiminə keçib

2025-ci ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun bütün qoşun növləri və hərbi hissələrində silahların, döyüş və xüsusi texnikaların, eləcə də aviasiya vasitələrinin yaz-yay mövsümü istismarı rejiminə keçirilməsi üzrə kompleks tədbirlər keçirilib. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, hərbi hissələrin texniki xidmət məntəqələrində silahların və texnikaların yaz-yay mövsümündə fasiləsiz, dayanıqlı istismarını təmin etmək məqsədilə iqlim şəraitinin xüsusiyyətləri də nəzərə alınmaqla yanacaq-sürtkü materialları dəyişdirilib, elektrik sistemlərinin vəziyyəti yoxlanılıb və onlara mövsümi qulluq göstərilib. Keçirilən tədbirlər çərçivəsində hərbi hissələr mərkəzləşdirilmiş qaydada zəruri ehtiyat hissələri və avadanlıqlarla tam təmin edilib.…

Daha çox