“Azərbaycanda insan alverinə qarşı mübarizədə Daxili İşlər Nazirliyi mütəmadi işlər aparır”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclasında çıxışı zamanı deputat Fazil Mustafa deyib.
O bildirib ki, reydlər zamanı dilənçilik edən 616 azyaşlı müəyyən edilərək valideynləri haqqında tədbirlər görülmüşdür: “Əgər həmin uşaqlar valideynlərə qaytarılsa, bu uşaqlar yenidən eyni sahədə işlərə cəlb ediləcəklər. Bu uşaqlara sahib çıxılmalıdır. Dövlət dilənçiliyə cəlb edilən uşaqları öz nəzarətinə götürməli və aidiyyəti üzrə yerləşdirilməlidir.
İkinci məsələ, hansısa məktəb direktoruna uşaqlara dini təhsil alması üçün valideynlər pul veriblər. Dövlətdən kənarda dini təhsilə də icazə verilmir. Azərbaycan dünyəvi dövlətir. Bu sahənin insan alveri kateqoriyasına aid edilməsi lazımdır. İndidən qanunvericilik səviyyəsində buna fikir verməliyik.
Azərbaycandan kənarda dini təhsilə məcburi cəlb edilən şəxslər insan alveri qurbanı kimi qeydə alınmalıdır. Çünki din təhsil dövlətin nəzarətində olan təhsil müəssisələrində alınmalıdır. Bundan kənar dini təhsilə cəlbedilmə qanunsuzdur”.