Rusiyanın Sverdlovsk vilayəti Azərbaycan və Qazaxıstana biznes missiyaları göndərməyi planlaşdırır. Bu barədə SİA Sverdlovsk vilayətinin Beynəlxalq və Xarici İqtisadi Əlaqələr Nazirliyinə istinadən xəbər verir.
Azərbaycana biznes missiyanın oktyabr ayında, Qazaxıstana isə noyabr ayında təşkil edilməsi planlaşdırılır.
İştirakçıların seçimi İnvestisiyaların Cəlb Edilməsi üzrə Agentlik tərəfindən həyata keçirilir. Müraciətlərin qəbulu 2025-ci il iyunun 20-dək davam edəcək, seçimin nəticələri iyul ayının əvvəlində açıqlanacaq. Hər iki ölkəyə səfər üçün ayrı-ayrılıqda 10 şirkət seçiləcək.
“Qarşıdakı səfərlərin formatı maksimum səmərəlidir: proqramlarda iştirakçılar üçün tərəfdaşların seçimi ilə müşayiət olunan işgüzar əlaqələr birjalarının təşkili nəzərdə tutulub. Bundan əlavə, iri dövlət şirkətləri və dövlət hakimiyyəti orqanlarının nümayəndələri ilə danışıqlar aparılacaq. Xarici həmkarlarımız üçün onların məhsullarının bazarımıza idxalına dair təkliflər hazırlayacağıq”, – beynəlxalq və xarici iqtisadi əlaqələr naziri Vyaçeslav Yarin qeyd edib.
Nazirliyin məlumatına görə, son üç ildə Sverdlovsk vilayətinin Azərbaycanla ticarət dövriyyəsi 8 % artıb. Azərbaycan üç il ərzində Sverdlovsk vilayətinin tərəfdaş ölkələri arasında 21-ci pillədən 15-ci pilləyə yüksəlib.