“Sülh sazişi layihəsi başa çatmaqdadır”


“Sülh sazişinin layihəsi ilə bağlı danışıqlar prosesi yekunlaşır”. SİA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, biz daha öncədə açıqlamamızda bildirmişdik ki, sülh sazişində iki açıq maddə qalmışdır: “Ermənistan tərəfi də bu maddələrlə bağlı Azərbaycan tərəfinin irəli sürdüyü təklifləri qəbul etdiyini telekanallar vasitəsi ilə diqqətə çatdırıb. Mətn üzrə də işlər yekunlaşdırılır. Azərbaycan tərəfinin də gözləntisi ondan ibarətdir ki, Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü və suverenliyi ilə bağlı dəyişikliklər etsinlər. Bu sazişin imzalanması üçün vacibdir”.

Əlaqəli Xəbərlər