Konstitusiya və suverenlik – Fəal vətəndaşlıq mövqeyi


Azərbaycan tarixən qədim məkandır. Qədimliyi qorumaq,müasirliklə uyğunlaşmaq, bütün inkişaflar və irəliləyişlər içərisində milli–mənəvi dəyərlərin qorunması, dövlətçilik ənənələrinin, o cümlədən vətəndaş, insan faktoruna böyük önəm verən qanunların qəbul və tətbiq edilməsi başlıca prinsiplərdəndir. Dövlətin qanunlarının aliliyinə riayət etmək, bu istiqamətdə fəal vətəndaşlıq mövqeyi sərgiləmək hər bir insanın vəzifə borcu, ədalətin, azadlığın və hüquqların mühafizəsi dövlət quruculuğu prosesi əsas prioritetlərdəndir. Hər bir vətandaşın firavan, müharibəsiz şəraitdə yaşaması hüquqlarının tam müdafiəsi, o cümlədən dövlətin qanunlarının aliliyinin mühafizəsi konstitusiya və suverenliyin tam ifadəsidir.

Dövlət başçısının Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsi haqqında 28 dekabr 2024-cü il tarixli Sərəncamı Ulu öndərin bilavasitə rəhbərliyi ilə 1995-ci il 12 noyabr tarixində qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyasının 30 illiyi və 2020-ci ildən Müzəffər Ordumuzun rəşadəti ilə torpaqlarımızın azadlığının bərpasının 5 illiyinin təntənəsidir.Bu sərəncam Azərbaycan tarixində 2025-ci ili xüsusiilə yaddaqalan səhifəyə çevrilməsində və dövlətçilik tariximizin daha da dərindən öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Yaşadığımız tarixə,keçdiyimiz o çətin günlərə nəzər salmaq, unutmamaq, yaşatmaq və gələcək nəsillərə ötürmək, xalqımızın milli birliyinin təzahürü olaraq dövlət başçısı cənab İlham Əliyev tərəfindən imzalanan sərəncam keçmişimizə ehtiram kimi böyük əhəmiyyətə malikdir. Bu Sərəncam “keçmişini unutmadan gələcəyini düşünən xalq” ifadəsinin tarixi möhrünü vurdu, ölkəmizin tarixi keçmişi, bu günü və gələcəyi üçün böyük dəyər kimi qiymətləndirilir. Hər bir xalq müstəqil, hüquqi dövlətçilik və suverenliyi mövcud olan güclü dövlətin vətəndaşı olmaq və bu yolda mübarizə aparmaq əzmindədir. Bildyimiz kimi hər bir dövlətin Konstitusiyası, Suverenliyi ən vacib amillərdəndir. Dövlətin möhkəmliyi,əsaslı şəkildə hüquqi və siyasi cəhətdən formalaşması,vətəndaşına etibarlı bünövrə irs kimi bəxş etmək və qanuni şəkildə tətbiqi davamlı inkişafa gedən yolun başlanğıcıdır.Bu baxımdan möhtərəm prezidentimiz İlham Əliyevin bu Sərəncamı yaşadığımız tarixə bir nəzər, “Konstitusiya və Suverenlik İli” elan edilməsi dövlətin hüquqi əsaslarının möhkəmləndirilməsi, dövlət suverenliyinin daha da gücləndirilməsi məqsədi daşıyır.

Azərbaycan artıq bir müstəqil dövlət olaraq suverenliyi üçün hüquqi-siyasi, sosial-iqtisadi fundament formalaşdırmış,beynəlxalq arenada hərtərəfli inkişaf addımlarını və bu addımlardan əldə etdiklərini nümayiş etdirmək üzrədir. Xüsusi vurğulamaq lazımdır ki, bu inkişafın ilk addımları Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci dövründə başlamışdı.Həmin dövrdə Heydər Əliyev hər bir sahədə mədəni, hərbi, maarifçilik və iqtisadi inkişafa gedən uğurlu yolun başlanğıcını qoydu. Bu başlanğıc hazırki günümüzdə potensialımızın nəticəsi olaraq səciyyələndirilir və müstəqillik illərində dövlətçilik ənənələrimiz üçün çox mühüm rol oynadı. Müdrik siyasətçi Heydər Əliyevin birinci hakimiyyəti illərində azərbaycanlı tələbələrin xaricdə təhsil alması, müxtəlif sahələrdə yerli kadrların yetişdirilməsi, həmçinin milli soykökə qayıdış, o cümlədən xalqın əldə etdiyi maddi-mənəvi sərvətlərin mühafizəsi üçün muzey sahəsində də bir çox mühüm işlər həyata keçirildi.

Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə ümumilikdə nəzər saldıqda Azərbaycana rəhbərliyinin birinci dövründə qeyri-adi idarəçilik bacarığı, məqsədyönlü və uzaqgörən siyasəti, əzmkarlığı, yüksək vətənpərvərliyi sayəsində, çox qısa zaman ərzində respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında nailiyyətlər eldə edilmişdir. Bütün bunlar indiki müstəqil Azərbaycanın forlaşması üçün böyük bir başlanğıc, uğura uzanan yola ilk addımlar idi. 1969-cu il 14 iyul tarixindən sonra Azərbaycanın dinamik inkişafı üçün güclü təkan oldu. Mədəniyyət, sənaye, təhsil, tibb sahəsində, o cümlədən iqtisadi inkişafın ilkin mərhələsinin əsası qoyuldu. Hərbi sahədə ilk addımlar da məhz ulu öndər Heydər Əliyevin uzaqgörənliyi nəticəsində 1971-ci ildə atıldı.Bu ildə Azərbaycanda ilk hərbi məktəb yaradılmış və burada azərbaycanlı uşaqlar təhsil alaraq, sonradan keçmiş SSRİ-nin ali hərbi məktəblərinə daxil olmaq, zabit peşəsinə yiyələnmək imkanı əldə etmişlər. Bu gün Azərbaycan Ordusunun sıralarında vaxtilə C.Naxçıvanski adına hərbi liseyi bitirmiş,yüzlərlə zabit, general xidmət etmiş, Qarabağ döyüşlərində də böyük bacarıq və şücaət göstərmişlər. 2020-ci ilin ən böyük şərəfli tarixinin başlanğıcı məhz həmin ildə hərbi strategiyanın təməlinin qoyulmasına bağlı amildir.

Ulu öndər Heydər Əliyev hər iki hakimiyyəti illərində Azərbaycanın sosial-iqtisadi inkişafına böyük tövhələr bəxş etmiş, həyata keçirilən müdrik və uzaqgörən siyasət nəticəsində milli dövlətçilik ideyası ənənəvi şəkildə bərqərar oldu, müasir müstəqil Azərbaycan dövləti möhkəmləndi. Azərbaycan dahi liderinin rəhbərliyi altında tamamilə yeni inkişaf mərhələsinə qədəm qoydu,bir çox sahələri əhatə edən irimiqyaslı islahatların həyata keçirilməsinə başlandı. Ümummilli lider Heydər Əliyev ölkə daxilində siyasi sabitliyin təmin edilməsi, sosial-iqtisadi quruculuq sahəsində prioritetlərin müəyyən edilməsi, kompleks xarakterli islahatların həyata keçirilməsinə əsas yaradan qanunvericilik bazasının yenidən hazırlanması və digər bir sıra mühüm vəzifələrin öhdəsindən məharətlə gəldi. 1993-cü ildə xalqın təkidli tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonrkı illərdə Azərbaycanda köklü dəyişikliklər baş verdi. Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 2 may tarixli 1048 saylı qərarı və Ulu öndər Heydər Əliyevin sədrliyi ilə yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın 34 nəfər üzvdən ibarət tərkibi təsdiq olundu.

Ulu öndər Heydər Əliyev dövlətimizin konstitusiya quruculuğu tarixinə geniş şəkildə toxunmuş və qeyd etmişdir ki, müstəqil dövlətimizin ilk Konstitusiya layihəsinin hazırlanması tarixi nöqteyi-nəzərdən olduqca böyük və mühüm bir hadisədir.Əlbəttə Konstitusiya hər bir dövlətin möhkəm əsaslarla idarəçiliyi,hərtərəfli inkişafı, vətəndaşının hüquq və azadlıqlarının müdafiəsi üçün ən ali qanunlar toplusudur.

Ulu öndər Heydər Əliyev bu haqda qeyd etmişdir ki, bizim yeni konstitusiyamız, şübhəsiz ki, birinci növbədə Azərbaycan Respublikasının dövlət müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Yeni konstitusiyamız demokratik prinsipləri özündə əks etdirməlidir. Yəni dünya demokratiyasının əldə etdiyi bütün nailiyyətlərdən, demokratiya sahəsində inkişaf etmiş dövlətlərin konstitusiya təcrübəsindən istifadə etməli və Azərbaycan Respublikasının özünəməxsus tarixi, milli ənənələrini əks etdirən prinsipləri özündə cəmləşdirməlidir”. Bəli müdrik el atası, bununla da dövlət üçün, xalq üçün ən böyük uğuru əldə etdi və bü günümüzə müstəqil Azərbaycanı qorumaqla düşünülmüş, siyasət sərgilədi, fədakarlıq göstərdi.

Ulu öndər Heydər Əliyevin çıxışlarında qeyd edilən bu vacib konseptual məqamlar mahiyyət etibarilə hüquqi dövlət quruculuğu prosesində ilkin təməl rolunu oynadı.

Bununla da Azərbaycan tarixində yeni bir səhifə açıldı və Əsas Qanununun qəbul edilməsi ən mühüm hadisələrindən biri olaraq, milli dövlətçiliyimizin daha da möhkəmləndirilməsi baxımından çox mühüm ictimai-siyasi hadisə kimi müstəqilliyimizin bariz göstəricisi oldu. Ulu öndər Heydər Əliyev tərəfindən imzalanan 1996-cı il 1 noyabr tarixli fərmana əsasən hər il noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.

Bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 2025-ci ili “Konstitusiya və Suverenlik ili“ elan edilməsi haqqında Sərəncamı ilə həmin o tarixi anları bir daha dəyərləndirdi,Əsas Qanunun Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü qorumaq, insan hüquqları və azadlıqlarının müdafiəsi və təminatını prinsiplərinin sistemli şəkildə ehtiva etdiyini diqqətə çatdırdı.

Bu Sərəncam Azərbaycanda hakimiyyət orqanlarının təşkili, fəaliyyəti, cəmiyyət, vətəndaş hüquqlarının çərçivələrini müəyyən edən, insan hüquqları və azadlıqlarının müdafiəsi və təminatı ilə bağlı mexanizmləri tənzim edən Suveren dövlətin Konstitusiysının 30 illik ali məqsədini və əldə olunan nəticəsini bir daha diqqətə çatdırdı. Bütün bunlar insana, onun hüquqları və azadlıqlarına dövlət tərəfindən verilən dəyərin, suveren, müstəqil Azərbaycanın bariz göstəricisidir.

Bəxtiyar Vəliyev

Qəbələ rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru

Əlaqəli Xəbərlər