Kriptovalyuta bazarının son göstəriciləri

Martın 13-də kriptovalyuta birjalarında “Bitcoin”in qiyməti cüzi bahalaşıb. SİA xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 9:21-də “CoinMarketCap” platformasında 1.92% bahalaşaraq 83 356 ABŞ dolları təşkil edib. Son bir gündə “Ethereum”un qiymətində də artım müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 0.13% artaraq 1 874 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 3.43%, BNB isə 5.55% bahalaşıb. Qeyd edək ki, “Bitkoin”in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.

Daha çox

Bakının bir çox yollarında tıxac müşahidə edilir

Bakının bir çox yollarında tıxac müşahidə edilir. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 3. Qara Qarayev prospekti, “Qara Qarayev” metro stansiyasından “Koroğlu” metro stansiyası istiqamətində; 4. Babək prospekti, mərkəz istiqamətində; 5. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 6. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 7. “20 Yanvar” dairəsində; 8. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə…

Daha çox

Qazaxıstan OPEC+ sazişinə sadiq olduğunu bəyan edib

Qazaxıstan Respublikasının Energetika Nazirliyi bir sıra xarici medianın nəşrlərinə cavab olaraq, OPEC+ sazişinə tam sadiq olduğunu bəyan edir və öhdəliklərin yerinə yetirilməsi, o cümlədən müəyyən edilmiş kvotadan artıq hasil edilən həcmlərin kompensasiyası üzrə məqsədyönlü işi davam etdirir. SİA Qazaxıstan Energetika Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, eyni zamanda, cari ilin fevral ayında kvotaların artırılması Tengiz yatağında gələcək artım layihəsi çərçivəsində texnoloji proseslərlə şərtləndirilib. Bu layihə uzunmüddətli xarakter daşıyır və enerji resurslarının sabit təchizatını təmin etmək, eləcə də ortamüddətli öhdəlikləri yerinə yetirmək məqsədi daşıyır. Qeyd olunur ki, Qazaxıstanın energetika naziri…

Daha çox

Avropa İttifaqı Serbiyada gərginliyin azaldılmasına çağırıb

Serbiyadakı mövcud daxili siyasi vəziyyəti diqqətlə izləyirik, gərginliyin azaldılmasına və dialoqa çağırırıq. SİA xəbər verir ki, bu barədə martın 15-də Belqradda keçirilməsi nəzərdə tutulan etiraz aksiyasından əvvəl Aİ-nin informasiya xidmətinin açıqlamasında bildirilir. Avropa İttifaqı Serbiyanın ittifaqa üzvlük yolunda zəruri islahatları həyata keçirməklə bağlı bütün maraqlı tərəflərin, o cümlədən siyasi aktorların, institutların və vətəndaş cəmiyyəti üzvlərinin inklüziv dialoquna şərait yaratmaqla ölkədə gərginliyin azaldılmasına çağırıb. Aİ hesab edir ki, vətəndaşların iştirakı şəffaflığın və hesabatlılığın təşviqi də daxil olmaqla sağlam və demokratik cəmiyyətin inkişafında mühüm rol oynayır. Qeyd edək ki, martın 15-də Belqradda…

Daha çox

Britaniya rusiyalı diplomatın akkreditasiyasını ləğv edib

Britaniya hökuməti Moskvanın Britaniya diplomatlarına qarşı təzyiqlərinin artmasına cavab olaraq, Rusiyanın bir diplomatını və onun diplomatik statuslu həyat yoldaşını ölkədən çıxaracağını elan edib. SİA xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin rəsmisi bəyanat yayıb: “Aydındır ki, Rusiya dövləti Britaniyanın Moskvadakı səfirliyini bağlanmağa məcbur etməyə çalışır və bunun təhlükəli eskalasiyaya səbəb ola biləcəyini nəzərə almır”,- deyə bəyanatda qeyd olunub. Nazirlik əlavə edib ki, rusiyalı diplomatlarının ölkədən çıxarılması Britaniya rəsmilərinə qarşı Moskvada həyata keçirilən getdikcə daha aqressiv və koordinasiyalı təzyiq kampaniyasına cavab olaraq atılıb. Xatırladaq ki, Rusiya bazar ertəsi iki…

Daha çox

Ərdoğan Putinə səsləndi

Türkiyə Ukraynanın atəşkəsə razılaşmasını müsbət addım hesab edir. SİA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. “Ukraynanın atəşkəsə razılaşmasını müsbət addım hesab edirik. Ümid edirik ki, Rusiya da konstruktiv reaksiya verəcək,” – deyə Ərdoğan bildirib. Dövlət başçısı ədalətli, davamlı və şərəfli sülh üçün mübarizə aparan hər iki tərəfin masa arxasında olacağı möhkəm diplomatik zəminin vacibliyini ifadə edib. Ərdoğan həmçinin bildirib ki, Türkiyə Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həll edilməsi istiqamətində müzakirələrə evsahibliyi daxil olmaqla bütün mümkün dəstəyi verməyə hazırdır.

Daha çox

Putin hərbi formada müharibə bölgəsinə getdi

Rusiya Prezidenti Vladimir Putin Kursk vilayətində bir qrup qoşunun komanda məntəqəsinə hərbi formada gedib. SİA xəbər verir ki, Putin orada Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun məruzəsini dinləyib. Gerasimov ona ərazinin 86%-nin azad edildiyini bildirib. Putin hərbçilərin qarşısına Kursk vilayətində düşməni ən qısa müddətdə məğlub etmək vəzifəsi qoyub. Qeyd edək ki, bu, Rusiya liderinin müharibə başlayandan sonra Kursk vilayətinə ilk səfəridir.

Daha çox

Rusiyanın bəzi hava limanlarında məhdudiyyətlər tətbiq edildi

Rusiyanın Kaluqa və Saratov hava limanlarında müvəqqəti olaraq təyyarələrin gəlişi və buraxılmasına məhdudiyyətlər tətbiq olunub. SİA xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb. “Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün hava limanlarının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, – məlumatda qeyd olunub.

Daha çox