Hindistan və Fransa arasında 7,3 milyard dollarlıq müqavilə imzalanıb. SİA xəbər verir ki, bu barədə Hindistanın Müdafiə Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb. Bildirilib ki, müqaviləyə əsasən, Hindistan Fransadan 26 ədəd “Rafale Marine” təyyarəsi alıb. Hindistanla Pakistan arasında gərginliyin artması fonunda Yeni Dehlinin silahlanması narahatlıq doğurur. Xatırladaq ki, bundan əvvəl Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif Hindistanla 2-3 gün ərzində müharibənin başlaya biləcəyini açıqlayıb.
Daha çoxAzərbaycanla Çin arasında səmərəli investisiya əməkdaşlığı
Ümummilli Lider Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində yenidən qurulan, zirvələri fəth edən Azərbaycan son 21 ildən artıq dövrdə bu xəttin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində özünü dünyaya qalib, bütövləşən ölkə kimi təqdim etdi. Azərbaycan xarici siyasətinin dəyişməz prinsipləri əsasında mövqeyini daha da möhkəmləndirir, etibarlı və arzuolunan tərəfdaş kimi nüfuz qazanır. Dövlətimizin qarşılıqlı etimada, hörmətə əsaslanan siyasəti daim davamlı uğurlara yol açır. Bunun bariz nümunəsi olaraq cari ilin 21 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının rəsmi xəbər agentliyi olan Sinxua agentliyinə…
Daha çoxƏrdoğandan Hindistan və Pakistana çağırış
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hindistan və Pakistana çağırış edib. SİA xəbər verir ki, o, Türkiyənin tərəflər arasındakı gərginliyin aradan qalxmasını arzu etdiyini bildirib. O, həmçinin söyləyib ki, rəsmi Ankara nə öz bölgəsində, nə də digər ərazilərdə yeni toqquşmalarda maraqlıdır.
Daha çox“Çin hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib”
“Məlumdur ki, ölkə başçısının Çinin China Global Television Network (CGTN) telekanalına müsahibəsi ilk müsahibə deyildi. Prezident bundan əvvəl də həmin telekanala müsahibələr vermişdi. Çünki CGTN olduqca böyük auditoriyaya malik olan və təkcə Çin ərazisində deyil, dünyanın ayrı-ayrı yerlərində də yayımlanan bir televiziya nəhəngidir. Odur ki, bu kanala müsahibə vermək və ölkəmizin müxtəlif məsələlər baxışlarını və mövqeyini çatdırmaq olduqca əhəmiyyətlidir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib. O bildirib ki, müsahibə geniş olmaqla özündə Azərbaycan-Çin münasibətlərinin demək olar ki, bütün spektrini əhatə etdi: “Ölkə başçısı hələ keçən il “Azərbaycan Respublikası…
Daha çoxİspaniyada fövqəladə vəziyyət elan edildi
İspaniyanın Daxili İşlər Nazirliyi elektrik enerjisinin kəsilməsi fonunda ölkədə fövqəladə vəziyyət elan edib. SİA xəbər verir ki, fövqəladə vəziyyət müraciət edən ərazilərdə tətbiq ediləcək. Qeyd edək ki, İspaniyada hökm sürən tarixi elektrik probleminin ardınca Madrid rəhbəri İzabel Diaz Ayuso 3-cü dərəcəli fövqəladə vəziyyət elan edilməsi və ordunun ayıq-sayıqlığı məqsədilə Baş Nazir Pedro Sançesə çağırış etmişdi.
Daha çoxMilli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb. SİA xəbər verir ki, mayın 1-də keçiriləcək iclasın gündəliyinə 12 məsələ daxil edilib. Həmin məsələlər aşağıdakılardır: 1. “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında”, “Standartlaşdırma haqqında” və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 2. Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Uşaq hüquqları haqqında”, “Yol hərəkəti haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Yetkinlik yaşına…
Daha çox“Məsud Pezeşkianın Azərbaycana səfəri çox müsbət hadisədir”
“İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri təbii ki, çox müsbət hadisədir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elşad Məmmədli deyib. Elşad Məmmədli sözlərinə belə davam edib: “Bildiyimiz kimi, aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə məhdud tərkibdə, daha sonra geniş tərkibdə görüşləri olub. Bu səfər və görüşlərdən sonra Azərbaycan-İran münasibətlərində yeni bir səhifənin açılacağını söyləyə bilərik. Məsələyə daha geniş prizmadan yanaşmalıyıq: Azərbaycan Prezidenti İlham Əliyevin Çin səfərindən bir neçə gün sonra Pezeşkianın Azərbaycana səfər etməsi qlobal layihələrlə bağlı yeni bir mərhələnin…
Daha çoxPermdə məscid tikintisinə qarşı çıxanlar və…
Məhkəmə Pyazinanın hərəkətlərində nifrət və ya düşmənçilik çağırışları əlamətləri aşkar etməyib..? …SİA-nın məlumatına görə, Ura.ru portalı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir ki, Perm məhkəməsi şəhərdə məscid tikintisinə etiraz olaraq niqablı qar adamları ilə qalmaqallı aksiya keçirən fəal Anna Pyanzinaya qarşı cinayət işini bağlayıb. Bildirilir ki, aparılan linqvistik ekspertiza Pyazinanın hərəkətlərində nifrət və ya düşmənçilik çağırışları əlamətləri aşkar etməyib..? Qeyd edək ki, sözügedən hadisə fevralın əvvəlində müsəlman məbədinin tikintisinin planlaşdırıldığı Verxnyaya Kurya mikrorayonunda baş verib. Belə ki, yeni məscid tikintisinin əleyhdarları tamaşa təşkil ediblər: qardan…
Daha çoxABŞ-nin tətbiq etdiyi idxal rüsumları dünya iqtisadiyyatı üçün ciddi problemlər yaradıb
ABŞ hökuməti tərəfindən əksər ölkələrdən idxala gömrük rüsumlarının tətbiqi dünya iqtisadiyyatı üçün ciddi problemlər yaradır. SİA xəbər verir ki, bu barədə Çinin Azərbaycandakı səfiri Lu Mey aprelin 28-də keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, ABŞ-nin addımları praktik olaraq bütün dünyaya təzyiq göstərmək üçün rüsumlardan istifadə etmək deməkdir ki, bu da dünya ticarəti üçün ciddi risklər yaradır.
Daha çoxMüsəlman qəbiristanlığında vandalizm aktı törədilib…
…Xabarovskda naməlum şəxslər şəhər qəbiristanlığının ənənəvi olaraq müsəlmanların – ilk növbədə tatarların və başqırdların dəfn edildiyi 13-cü sektorda vandalizm aktı törədiblər SİA-nın məlumatına görə, bu barədə Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi bildirib. Hücum edənlər Quran ayələri olan stendi dağıdıb və üzərində “Müsəlman sektoru 13” yazısı olan darvazasını söküblər. Qəbiristanlığın bu hissəsindən 20-ci əsrin ortalarından Xabarovsk müsəlman icması istifadə edir və indiyədək belə hadisələr qeydə alınmayıb. Bundan əvvəl Xabarovskda daha bir səs-küylü insidentlə bağlı xəbərlər yayılmışdı və bu, müftiliyin narahatlığına səbəb olmuşdu. Belə ki, yerli məscidə basqın zamanı cümə namazı pozulmuşdu……
Daha çox