İspaniyanın Daxili İşlər Nazirliyi elektrik enerjisinin kəsilməsi fonunda ölkədə fövqəladə vəziyyət elan edib. SİA xəbər verir ki, fövqəladə vəziyyət müraciət edən ərazilərdə tətbiq ediləcək.
Qeyd edək ki, İspaniyada hökm sürən tarixi elektrik probleminin ardınca Madrid rəhbəri İzabel Diaz Ayuso 3-cü dərəcəli fövqəladə vəziyyət elan edilməsi və ordunun ayıq-sayıqlığı məqsədilə Baş Nazir Pedro Sançesə çağırış etmişdi.