Sabahdan “KOB bazar” satış yarmarkası başlayır

Mikro və kiçik sahibkarlıq subyektlərinin məhsullarının satışına dəstək olmaq, eləcə də istehlakçıları birbaşa kənd təsərrüfatı və qida məhsullarının istehsalçıları ilə əlaqələndirmək məqsədilə martın 5-dən etibarən “KOB bazar” satış yarmarkasına start verilir. Bu barədə SİA İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir. Bildirilib ki, yarmarka Bakının Binəqədi rayonunda Koroğlu və Əcəmi Naxçıvani küçələrinin kəsişməsində yerləşir. Bazar Novruz və Ramazan bayramları günlərində hər gün, digər günlərdə isə həftəsonu fəaliyyət göstərəcək. Yarmarkada Abşeron və ölkənin digər bölgələrində istehsal olunan kənd təsərrüfatı və qida məhsullarının satışı həyata keçiriləcək.…

Daha çox

Transxəzər Fiber Optik Kabel Xəttinin tikintisinə dair mühüm sənəd imzalanıb

Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə rəqəmsal dəhlizin yaradılmasını nəzərdə tutan “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsinin mühüm komponenti olan Transxəzər Fiber Optik Kabel Xəttinin tikintisi üzrə növbəti mərhələyə başlanılır. SİA xəbər verir ki, Azərbaycan və Qazaxıstanın Baş nazirləri Əli Əsədov və Oljas Bektenovun iştirakı ilə Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kommunikasiya xətlərinin tikintisinə dair müqavilənin təsdiq edilməsi haqqında sənəd imzalanıb. Sənədi “AzerTelecom” şirkətinin Direktorlar Şurasının sədri Emil Məsimov və “Kazakhtelecom” şirkətinin Direktorlar Şurasının sədri Bagdat Musin imzalayıblar. Region üçün strateji əhəmiyyət daşıyan Transxəzər Fiber Optik Kabel Xətti…

Daha çox

Azərbaycan-Özbəkistan Hökumətlərarası Komissiyasının 14-cü iclası olacaq

Bu ilin I yarısında Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın 14-cü iclasının keçirilməsi nəzərdə tutulur. Bu barədə SİA Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov ilə görüşündə iki ölkə arasında ticari-iqtisadi və investisiya əməkdaşlığının gücləndirilməsi perspektivlərini müzakirə edib. “Martın 3-də keçirilmiş danışıqlarda tərəflər mövcud razılaşmaların vaxtında həyata keçirilməsi üzrə tədbirləri, hər iki ölkənin işgüzar dairələrinin nümayəndələrinin bu prosesə geniş şəkildə cəlb edilməsinə diqqət yetirilməklə ticari-iqtisadi və investisiya əməkdaşlığının gücləndirilməsi perspektivlərini…

Daha çox

“Brent” neftinin qiyməti 71 dollara düşüb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin may müqaviləsinin dəyəri 0,63% azalaraq 1 barelə görə 71,17 ABŞ dolları təşkil edib. SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin aprel ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,31% azalaraq 1 barelə görə 68,16 ABŞ dollarına bərabər olub.

Daha çox

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Martın 3-də Amerika fond bazarlarında Dow Jones indeksi 1.48% – 43,191.24 bəndədək, S&P 500 indeksi 1.78% – 5,849.72 bəndədək, Nasdaq indeksi isə 2.64% – 18,350.19 bəndədək azalıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında martın 3-də FTSE 100 indeksi 0.70% – 8,871.31 bəndədək, Fransanın CAC-40 indeksi 1.09% – 8,199.71 bəndədək, Almaniyanın DAX indeksi 2.64% – 23,147.02 bəndədək artıb Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.07% azalaraq 1.0480 dollar təşkil edib.

Daha çox

“Neft yalnız iqtisadi amil deyil, eyni zamanda siyasi amildir”

“Bir sıra ölkələr OPEC üzvüdür. Dünya da neft ixracını və satışını konkret OPEC adlanan qurum tənzimləyir. Dünya ehtiyatının təxminən 70-80 faizi bu təşkilata üzv olan ölkələrin payına düşür. Həmçinin bazarda satışın təqribən 50 faizi bu ölkələrin payına düşür. Bu qurum məhz neft hasilatını və satışını tənzimləmək məqsədilə yaradılıb. Həmçinin bu qurum ilk dəfə 1960-cı ildə Bağdad şəhərində 5 ölkənin iştirakçılığı ilə yaranıb. Hal-hazırda isə qurumda 12 üzv dövlət var. Həmçinin OPEC-in daxilində qeyri-üzv dövlətlərdə var. Həmin dövlətlər əsas üzvlərə aid edilməsə də, ümumi müzakirələrdə və tənzimləmə prosesində iştirak edirlər. Azərbaycan…

Daha çox

Bank “BTB” yazın gəlişini “Əmanət kampaniyası” ilə qarşılayır

Bu yaz Bank “BTB”-də yerləşdirilən əmanətlər daha gəlirlidir. Beləki, yeni kampaniyanın şərtlərinə əsasən 6 aydan 36 ayadək yerləşdirilən vəsaitlər hər ay 12% gəlir qazandıracaq. SİA xəbər verir ki, faizlərin ödənilməsi əmanətin müddətindən asılı olaraq aylıq əsasda və ya müddətin sonunda həyata keçəcək. Vəsaiti 6-36 ayadək yerləşdirdikdə aylıq və ya müddətin sonunda 12% təşkil edəcək. Qeyd edək ki, Bank BTB-də yerləşdirilən əmanətlər Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun qaydalarına uyğun olaraq sığortalanır. Kampaniyanın müddəti 01 Mart 2025-ci il tarixindən 31 May 2025-ci il tarixinədək davam edəcək. Müddətli əmanət Müddət Faizlərin ödənilməsi Faiz Valyuta…

Daha çox

Qlobal hadisələrin neftin qiytmətinə olan təsirləri AÇIQLANDI

“Neft beynəlxalq əmtəə bazarlarında ticarət olunan əsas əmtəələrdən biridir və əlbəttə ki, bu əmtəənin qiyməti bir sıra amillərdən asılı olaraq tez-tez dəyişir. Neftə olan cari tələbat və neftin dünya bazarında təklif həcmləri neftin qiymətinə təsir edən əsas faktorlardan biri olsa da, tələb təklifə dair gözləntilər də qara qızılın qiymətinə ciddi təsir göstərir. İri həcmdə neft hasilat edən ölkələrdə siyasi gərginlik və müharibələr neftin gələcək hasilat həcmlərinin azalması gözləntilərini artırır və bu da neft bazarlarında adətən neftin qiymətinin artmasına səbəb olur”. Bu sözləri iqtisadçı ekspert Elçin Məmmədov SİA-ya açıqlamasında deyib. Onun…

Daha çox