“Neft yalnız iqtisadi amil deyil, eyni zamanda siyasi amildir”


“Bir sıra ölkələr OPEC üzvüdür. Dünya da neft ixracını və satışını konkret OPEC adlanan qurum tənzimləyir. Dünya ehtiyatının təxminən 70-80 faizi bu təşkilata üzv olan ölkələrin payına düşür. Həmçinin bazarda satışın təqribən 50 faizi bu ölkələrin payına düşür. Bu qurum məhz neft hasilatını və satışını tənzimləmək məqsədilə yaradılıb. Həmçinin bu qurum ilk dəfə 1960-cı ildə Bağdad şəhərində 5 ölkənin iştirakçılığı ilə yaranıb. Hal-hazırda isə qurumda 12 üzv dövlət var. Həmçinin OPEC-in daxilində qeyri-üzv dövlətlərdə var. Həmin dövlətlər əsas üzvlərə aid edilməsə də, ümumi müzakirələrdə və tənzimləmə prosesində iştirak edirlər. Azərbaycan da bu dövlətlərdən biridir. Azərbaycan qeyri-üzv dövlətlər sırasında öz fəallığı və bazardakı payı ilə seçilir. Hal-hazırda Azərbaycanın gündəlik neft hasilatı 559 min barel təşkil edir ki. Bu da həmin üzv və qeyri-üzv OPEC təşkilatlarının birgə müəyyən etdiyi kvotalara əsaslanır. Yəni məhz bu cür kvotaların müəyyən olunması nəticəsində dünya bazarında neftin qiyməti tənzimlənir”. Bu sözləri Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, neftin qiymətinin tənzimlənməsi həm dünya da neft qiymətinin ucuzlaşmasının qarşısını almaq, həm də neft hasilatının normallaşması və tənzimlənməsi məqsədi daşıyır: “Dünya da ortalama təqribən gündəlik neft təlabatı 3 mlrd barel təşkil edir. Bu da çox böyük həcmdir. Həmçinin bu həmin dövlətlər arasında kvotalara və istehsal güclərinə uyğun şəkildə bölüşdürülür. Bu bölgü dünya siyasətində olduqca böyük əhəmiyyətə malikdir.

Buna nümunə olaraq deyə bilərəm ki, keçmiş Sovet İttifaqı Əfqanıstana hücüm etdiyi zaman, OPEC üzvü olan təşkilatların qərarı ilə neft hasilatı bazarda artırılmış və neftin qiyməti hasilat artdığına 15 dollara düşmüşdür. Bu da həmin dövrdə Sovet dövlətinin büdcəsinə çox böyük zərər vurmuşdur. Bir çox dövlətlərin büdcələri məhz neft hasilatından və satışından ibarətdir. Bu yanaşma dünya siyasətində neft amilinin mövqeyini daha da aydın şəkildə ortaya qoymuş olur. Neft yalnız iqtisadi amil deyil, eyni zamanda siyasi amildir. Yəni biz yalnız ayrı-ayrı dövlətlərinin büdcəsinin formalaşmasında neft satışından istifadəni nəzərə almamalıyıq. Eyni zamanda neft həmin dövlətin gücüdür və dünya siyasətinə, iqtisadiyyatına təsiri deməkdir. Bununla yanaşı məhz büdcəsi neftdən asılı olan yaxud neftin satışın həmin dövlətin büdcəsində əhəmiyyət kəsb etdiyi ölkələrdə də hər hansı bir siyasi qərar qəbul etdikdə, bu amili nəzərə almaları tövsiyyə olunur. Əks təqdirdə dünya birliyi neftin qiymətinin aşağı salınması ilə həmin dövlətin büdcəsinə və iqtisadiyyatına zərbə vurmaq siyasətini yeridir”.

Vüqar Oruc həmçinin qeyd edib ki, hal-hazırda dünyada vahid siyasi mövqe olmadığına görə, neft amilindən istifadə o qədər də gözlənilən nəticəni verməyə bilər: “Yəni ümumi razılaşmalarda bəzi dövlətlərin fərqli mövqe nümayiş etdirilməsi nəticəsində neftin qiymətinin tənzimlənnməsində istənilən nəticə əldə olunmaya bilər. Hal-hazırda bu prosesin siyasi meydanda istifadəsi konkret probleminin həllində İran əsas hədəflərdən biri kimi çıxış edə bilər. Eyni zamanda hər kəsə məlumdur ki, Amerika neft amilindən çox ciddi şəkildə istifadə edir. Çox böyük hasilatlardan biri olsa da, bazara satış məsələsində çox ehtiyatlı davranır. Bu da neftin qiymətinin hələ də orta səviyyədə olduqlarının əsas qarantilərindən biridir. Neft amili hər ölkə üçün əhəmiyyətli amildir. Daha optimal yol xam neftin emalını təmin etməkdir. Çünki emal olunmuş neft daha çox tələb olunandır və qiyməti isə bazarda bahadır”.

Əlaqəli Xəbərlər