“Kiber Yay Məktəbi-2025”in bağlanış mərasimi keçirilib

İyulun 26-da Bakı Ali Neft Məktəbində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə keçirilən “Kiber Yay Məktəbi-2025”in bağlanış mərasimi baş tutub. SİA yerli mənbələrə istinadən xəbər verir ki, əvvəlcə altı gün davam edən təlimlərlə bağlı videoçarx nümayiş olunub. Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının sədri Pənah Musayev çıxış edərək bildirib ki, təlimlərdə iştirakçılara kibertəhdidlərlə müasir mübarizə metodları tədris olunub, “Kiber Yay Məktəbi” öz işini yüksək nəticələrlə başa vurub. Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik Əməliyyatları Mərkəzinin rəisi Davud Rüstəmov çıxışında qeyd edib ki, dövlətin kibertəhlükəsizliyinin keşiyində dayanmaq vətənpərvərlik ruhu ilə assosiasiya olunur. Davud Rüstəmov…

Daha çox

AYNA Castin Timberleykin konsertinə ödənişsiz avtobuslar təşkil edəcək

İyulun 27-də Castin Timberleykin konsertinə ödənişsiz avtobuslar təşkil olunacaq. SİA xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yayıb. Məlumata görə, daşımalar ümumilikdə 80 avtobusla təşkil olunacaq: “Konsert iştirakçılarına səfərlərini şəxsi minik avtomobilləri ilə deyil, avtobusla həyata keçirmələri tövsiyə olunur”. Vurğulanır ki, saat 16:00–20:00 aralığında aşağıdakı metrostansiyalardan Bakı Olimpiya Stadionu istiqamətində avtobuslar fəaliyyət göstərəcək: “Koroğlu” m/st (Nəqliyyat Mübadilə Mərkəzi) “Qara Qarayev” m/st “28 May ” m/st “20 Yanvar” m/st Bakı Olimpiya Stadionundan əks istiqamətdə isə avtobuslar saat 23:00-dan etibarən yola düşəcək.

Daha çox

SOCAR-ın bu il üçün tam konsolidasiya olunmuş və dürüstləşdirilmiş büdcəsi təsdiqlənib

Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda şirkətin 2024-cü il üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib, əvvəlki iclasda baxılan məsələlərlə bağlı məlumat təqdim olunub. SİA bu barədə SOCAR-a istinadən xəbər verir. Toplantıda şirkətin 2025-ci il üçün tam konsolidasiya olunmuş və dürüstləşdirilmiş büdcəsi təsdiqlənib, ilin ilk 6 ayı üzrə fəaliyyət nəticələri və icrası planlaşdırılan layihələr barədə məlumat verilib.

Daha çox

Azərbaycan nefti 1 dollara yaxın ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,93 ABŞ dolları, yaxud 1,3 % azalaraq 69,48 ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 69,56 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,26 ABŞ dolları və ya 1,3 % azalaraq 68,23 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı…

Daha çox

Naxçıvanda bir sıra avtomobil yollarının əsaslı təmirinə başlanılır

Naxçıvan Muxtar Respublikasının Şahbuz, Babək, Culfa və Ordubad rayonlarının ərazisində yerləşən mərkəzi və kənd daxili avtomobil yolları əsaslı təmir ediləcək. SİA xəbər verir ki, “Naxçıvan Yol Təchizat” MMC bununla bağlı elan etdiyi tenderə yekun vurub. Tenderin qalibi “Elta Development” QSC-dir. Şirkət görəcəyi işlərə görə 45 milyon 672,5 min manat ödəniş alacaq.

Daha çox

BVF ilə makroiqtisadi və makrofiskal proseslər müzakirə olunub

Maliyyə naziri Sahil Babayev Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiya rəhbəri Anna Bordonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın məlumatına görə, nazirlikdən bildirilib ki, görüş zamanı ölkədə baş verən makroiqtisadi və makrofiskal proseslər, ilin sonuna və ortamüddətli perspektivlər, eləcə də son dövrlərdə həyata keçirilmiş təşəbbüslər və planlar, həmçinin növbəti ilin əvvəllərində keçirilməsi planlaşdırılan BVF-nin IV Maddə üzrə məsləhətləşmələr missiyası ilə bağlı müzakirələr aparılıb. BVF nümayəndə heyətinə növbəti ortamüddətli dövr üzrə makrofiskal çərçivənin komponentləri, gəlir və xərc siyasətinin əsas istiqamətləri, dövlət maliyyəsinin idarə edilməsi sahəsində həyata keçirilən islahatlar və…

Daha çox

Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Sabah səhər saatlarından başlayaraq 27 iyul axşam saatlarına qədər bir sıra ünvanlarda yol təmir işləri aparılacaq. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən və tam məhdudlaşdırılacaq. Nəqliyyat vasitələrinin hərəkətinin qismən məhdudlaşdırılacağı yollar aşağıdakılardır: – Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində (Dilarə Əliyeva küçəsindən Şəmsi Bədəlbəyli küçəsinədək); – Yasamal rayonu Əbdürrəhim bəy Haqverdiyev küçəsində (Mətbuat prospektindən İnşaatçılar prospektinədək); – Nərimanov rayonu Məmməd Araz küçəsində (Azadlıq prospektindən Atatürk prospektinədək). Nəqliyyatın hərəkətinin tam məhdudlaşdırılacağı yollar isə…

Daha çox

Maliyyə Nazirliyi növbəti depozit hərracı keçirib

Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti depozit hərracı təşkil edilib. SİA-nın məlumatına görə, nazirlikdən bildirilib ki, hərracın nəticələrinə əsasən, xəzinə hesabının 330 milyon manat həcmində qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankından təklif təqdim edən iki bankında 28 gün müddətinə, 7 faiz orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

Daha çox

Azərbaycan balığı Avropa ölkələrinə ixrac olunacaq

Azərbaycandan Avropa bazarlarına akvakulturada yetişdirilən nərəkimilərdən əldə olunan kürü məhsulunun ixrac icazəsi 2025-2026-cı illərdə də qüvvədə saxlanılır. SİA xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Qeyd edilib ki, Agentlik tərəfindən balıq məhsullarının da Aİ bazarlarına çıxış imkanlarının təmin edilməsi məqsədilə Monitorinq Planı hazırlanıb və Avropa Komissiyasının Səhiyyə və Qida Təhlükəsizliyi üzrə Baş Direktorluğuna təqdim edilib. Beləliklə, Avropanın müvafiq qurumu tərəfindən texniki qiymətləndirmə aparılaraq Azərbaycan balığının Aİ-yə ixracı məqsədi ilə hazırlanan Monitorinq Planı uyğun olduğu üçün qəbul edilib.

Daha çox

Azərbaycanda daha 232 nəqliyyat vasitəsi hərraca çıxarılır

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti avqustun 1, 5 və 7-də dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti dəfə hərraclar keçiləcək. SİA bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, 1-ci hərraca texnika və 16 lot üzrə 97 nəqliyyat vasitəsi çıxarılacaq. Avtomobillərin buraxılış tarixləri 1980-2012-ci illəri əhatə edir. 2-ci hərraca Şəki şəhərində yerləşən əmlak kompleksi və 18 lot üzrə 79 nəqliyyat vasitəsi çıxarılacaq. Əmlak kompleksinin ümumi faydalı sahəsi 14 900 kvadratmetr, torpaq sahəsi 85 368 kvadratmetrdir. Avtomobillərin buraxılış tarixləri 1986-2018-ci illəri əhatə edir. 3-cü hərraca 56 nəqliyyat vasitəsi çıxarılacaq. Avtomobillərin buraxılış…

Daha çox