Naxçıvan Muxtar Respublikasının Şahbuz, Babək, Culfa və Ordubad rayonlarının ərazisində yerləşən mərkəzi və kənd daxili avtomobil yolları əsaslı təmir ediləcək. SİA xəbər verir ki, “Naxçıvan Yol Təchizat” MMC bununla bağlı elan etdiyi tenderə yekun vurub.
Tenderin qalibi “Elta Development” QSC-dir. Şirkət görəcəyi işlərə görə 45 milyon 672,5 min manat ödəniş alacaq.