Milli Hidrometeorologiya Xidmətinin iyunun 30-u saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Xidmətdən SİA-ya verilən məlumata görə, düşən yağıntının miqdarı Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Daşkəsən, Gədəbəy, Tovuz, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Qəbələ, Balakən, Zaqatala, Şəki, Oğuz, Qusar, Şahdağ, Tərtər, Bərdə, Yevlax, Goranboy və Göyçayda 1 millimetrdir.
Şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti saniyədə Culfada 21, Goranboyda 19, Bakıda və Abşeron yarımadasında 18 metrədək güclənir.
Havanın maksimal temperaturu iyunun 29-da Bakıda və Abşeron yarımadasında 32, Naxçıvan Muxtar Respublikasında 35, Aran bölgəsində 34, dağlıq rayonlarda isə 25 dərəcəyədək isti qeydə alınıb.