Kahramanmaraşın Azərbaycan məhəlləsində yollar abadlaşdırılır


Kahramanmaraş Böyükşəhər Bələdiyyəsi Azərbaycan məhəlləsi yerləşən ərazidə yolların asfaltlanması və abadlaşdırılması işlərinə başlayıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Azərbaycan hökumətinin dəstəyi ilə inşa olunan yeni yaşayış kompleksinin yerləşdiyi zonada isti asfalt texnologiyasından istifadə olunur. Bu texnologiya yol örtüyünün davamlılığını və uzunömürlülüyünü təmin edir.

Eyni zamanda, ərazidə yaşıllaşdırma işləri aparılır ki, bu da yeni köçən ailələr üçün rahat və sağlam yaşayış mühitinin formalaşmasına xidmət edir.

Bələdiyyədən verilən məlumata görə, yeni mənzillərin ilk sahibləri püşkatma yolu ilə müəyyən edilib. Onların tezliklə Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilmiş evlərinə köçəcəkləri gözlənilir.

Yaxın zamanda Azərbaycan məhəlləsində Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin və böyük ticarət kompleksinin tikintisinə də start veriləcəyi planlaşdırılır. Layihənin Azərbaycan tərəfdən icrasına Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA), Türkiyə tərəfdən isə Mənzil İnşaatı İdarəsi (TOKİ) cavabdehdir.

Əlaqəli Xəbərlər