…İsrailin İrana zərbələri dünya bazarlarına müsbət təsir edəcək.
SİA-nın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib, onun sözlərini “The Wall Street Journal” yazıb. …Düşünürəm ki, nəticədə bu, bazar üçün əla olacaq, çünki İran nüvə silahına malik olmayacaq. Bu, bazar üçün əla olacaq və ona çox müsbət təsir göstərməlidir.
Bunları Tramp deyib.
Onun sözlərinə görə, İsrailin zərbələri İranın bəşəriyyət üçün təhlükə yarada biləcək nüvə silahı əldə etməsinə mane olacaq. Tramp bundan əvvəl İranı “çox gec olmadan” nüvə sazişinə razılıq verməyə çağırmışdı. Onun sözlərinə görə, İsrailin növbəti planlaşdırdığı hücumları daha qəddar və dağıdıcı olacaq.
Əli Babayev