…Dağıstanın Karabudaxkənd rayonunda məktəb yeməkləri ətrafında qalmaqal yaşanır.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə “Aktsentı” nəşri yazıb.
Belə ki, Manaskent məktəbinin rəhbərliyi 1,1 milyon rubla 2,5 ton mal əti alıb, lakin yoxlama ətin halal standartlarına uyğun olmadığını göstərib.
Bu, əhalinin əksəriyyətinin müsəlman olduğu və dini normalara riayət etdiyi regionda valideynlərin və ictimaiyyətin qəzəbli reaksiyasına səbəb olub.
Maraqlıdır ki, rayonda halal əti adi mal ətindən daha ucuz qiymətə almaq olar.
…Xatırladaq ki, 2024-cü ildə Rusiyada ən yaxşı halal məhsul artıq seçilib.
Nazlı Almuradova