Asiya İnkişaf Bankı (AİB) Gürcüstanın enerji təhlükəsizliyinin səviyyəsinin artırılması üçün 104 milyon dollar kredit ayırıb. SİA xəbər verir ki, bu barədə AİB-nin yaydığı məlumata deyilir.
Bildirilir ki, AİB “Enerjinin saxlanması və yaşıl hidrogen” layihəsi çərçivəsində Gürcüstanda özünün ilk enerji anbarını yaratmaq və ölkədə “yaşıl hidrogen”in inkişaf imkanlarını araşdırmaq niyyətindədir.
Layihə Gürcüstanın elektrik sisteminin istehsal qabiliyyətini artıracaq və gücü 200 MVt/200MVt saat olan BESS tipli akkumulyator batareyaları hesabına enerji ehtiyatı yaratmağa imkan verəcək. Bunun üçün Tbilisinin Krtsanisi rayonu ərazisində yarımstansiyanın tikintisi nəzərdə tutulub.