Rus qadın Kubadakı tətilini “SSRİ-yə qayıt” ifadəsi ilə təsvir edir


Rus turist Kubaya səfər edib və orada keçirdiyi tətili “SSRİ-yə qayıt” ifadəsi ilə təsvir edib.

SİA-nın məlumatına görə, o, təəssüratlarını “Tonkosti turizma” (“Turizmin incəlikləri”) portalı ilə bölüşüb və onun rəyi Zen platformasında dərc olunub.

Oxucu Anna Beliss 2025-ci ilin aprelində Azadlıq adasında istirahət edib.

Onun sözlərinə görə, bu ölkəyə uçuşlarla turlar adambaşına rus puluyla 120 min rubldan başlayır. Rus qadını məyus edən ilk şey uzun, narahat uçuş oldu.

…Biz həddən artıq dolu bir təyyarədə təxminən 14 saat uçduq, bu müddət ərzində çox yorğun idik, ayaqlarımız uyuşmuşdu və göyərtədəki yemək zəif C idi…

Bundan əlavə, Anna Kuba otelindəki şəraiti bəyənməyib. …Otaqlar köhnədir, mebellər yorğundur. Türkiyə rahatlığına öyrəşmişlər üçün divarları köhnəlmiş, mebelləri çürük olan köhnə otaqda yaşamaq çox qeyri-adi olacaq, -deyən xanım oteldəki yeməklərin iyrənc və monoton olduğunu qeyd edib.

Turist yüksək dalğalara görə okeana girməyə qorxduğunu və çimərlikdə oturub gözəl mənzərələrə baxmaqdan tez yorulduğunu da etiraf edib.

Oteldən kənarda da Anna bəzi məyusluqlar yaşayıb.

Bir dənə də olsun avtomobil icarəsi şirkəti tapa bilməyib, adada taksi xidməti fəaliyyət göstərmədi, mağazalarda rəflər boş idi.

…Mağazaları tapdıq, amma yemək yoxdur. Heç bir yerdə. Kuba mağazalarında satılanların hamısı beş litrlik çəlləklərdə rom, siqar və qarabaşaq yarmasıdır.

…Çörək, ət, kolbasa, süd məhsulları yoxdur – tamamilə heç bir şey yoxdur.

İcmal müəllifi Kubadakı tətili birdəfəlik səyahət adlandırıb və etiraf edib ki, gözəl mənzərələr və xurma ağaclarının bolluğu 14 saatlıq yorucu uçuşa dəyməz.

…Rusiyaya daha yaxın olan ölkələr var ki, orada daha az maraqlı təbiət tapa bilməzsən, amma orada daha rahat olacaq. Bunu da rus qadən deyib.

Bundan əvvəl daha bir rusiyalı turist Kubanın məşhur Kayo Koko kurortunda istirahət edib və o da səfərdən məyus olub. O, oteldəki yeməkləri “xüsusi bir yoxsulluq növü” adlandırıb.

Nazlı Almuradova

Əlaqəli Xəbərlər