Ekspert daha əvvəl çeşidin bir hissəsini daha sərfəli qiymətlərlə təmin edən Azərbaycan və Türkiyədən ərzaq tədarükünün həcminin azalmasına da diqqət çəkib
…2025-ci ilin avqustunda Rusiyada ərzaq məhsullarının bahalaşması gözlənilir.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə “Yeni Əmək” Müstəqil Həmkarlar İttifaqının operativ qərargahının rəhbəri Aleksey Nejivoy məlumat verib.
Onun sözlərinə görə, qiymət artımı eyni anda iki amillə bağlıdır: kənd təsərrüfatı itkiləri və kommunal xidmət tariflərinin artması…
…Şaxta və quraqlıq səbəbindən bir sıra rayonlarda tərəvəz və meyvə yığımına ziyan dəyib. Bu, bazarda təklifin azalmasına və nəticədə qiymətlərin artmasına səbəb olacaq. Eyni zamanda, iyul ayından qüvvəyə minən elektrik enerjisi və suyun qiymətinin qalxması ərzaq məhsullarının emalı və qablaşdırılması xərclərinə də zərbə vuracaq.
…Nejivoy qeyd edib ki, süd, toyuq və digər sənaye məhsullarının istehsalı sabit enerji təchizatı tələb edir. Məsələn, avtomatlaşdırılmış quşçuluq təsərrüfatları elektrik enerjisindən asılıdır və onun bahalaşması ətin maya dəyərinin artmasına səbəb olur.
Saxlama və qablaşdırma xərclərinin birbaşa kommunal xərclərlə bağlı olduğu süd məhsulları ilə də oxşar vəziyyət yaranır.
Ekspert daha əvvəl çeşidin bir hissəsini daha sərfəli qiymətlərlə təmin edən Azərbaycan və Türkiyədən ərzaq tədarükünün həcminin azalmasına da diqqət çəkib.
Sanksiya məhdudiyyətləri logistikanı çətinləşdirir ki, bu da daxili bazarın artan xərclərin təzyiqi altında olan yerli istehsaldan asılılığını artırır.
Əli Babayev