Düşmənlər İstanbulda görüşür

Rusiya və Ukrayna İstanbulda danışıqların üçüncü raundu üçün hazırlığı yekunlaşdırırlar. Bu, prezident Trampın sentyabrın 3-dək Moskvaya münaqişəni sona çatdırmaq üçün ultimatum verməsindən sonra onların ilk görüşü olacaq. Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun dediyi kimi, tərəflərin nizamlanmaya yanaşmalarını əks etdirən memorandumlar tamamilə ziddiyyət təşkil edir. Buna baxmayaraq, yeni görüş İstanbulda müxtəlif problemləri həll edən həm Moskvanın, həm də Kiyevin maraqlarına cavab verir. Ukraynada siyasi və diplomatik nizamlanmaya sadiqliyini təsdiq edən prezident Tramp da Rusiya-Ukrayna danışıqlarını davam etdirməlidir. Çərşənbə axşamı İstanbulda Rusiya-Ukrayna danışıqlarının üçüncü raundunun dəqiq tarixi ilə bağlı intriqa həllini…

Daha çox

Amerikalıların Yeltsinin varisi kimi kimi gördüyü məlum olub…

…ABŞ siyasətçi Boris Nemtsovu Boris Yeltsindən sonra Rusiya Federasiyasının prezidenti kimi görürdü. SİA-nın əldə etdiyi məlumata görə, bunu ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol jurnalist Yuri Duda (Rusiya mediası tərəfindən xarici agent kimi tanınır-A.B.) müsahibəsində deyib. …Əgər o, Putin yox, Yeltsinin varisi olsaydı, o zaman Rusiyanın bank hesabları bloklanmazdı. Boris Nemtsov heç vaxt Ukraynaya hücum etməzdi… Biz uğursuzluğa düçar olduq, – o qeyd edib. Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Gazeta.Ru-ya açıqlamasında Makfolun öz vəzifəsində Amerika diplomatiyasının “terminatoruna” çevrildiyini bildirib. Zaxarova xatırladıb ki, 2014-cü ildə Maykl…

Daha çox

Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib

Türkiyədə Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirza ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, İstanbul şəhərində keçirilən görüşdə iki ölkə arasında əlaqələrin qarşılıqlı inama, əməkdaşlığa, eləcə də mədəni əsaslara söykəndiyi vurğulanıb. Tərəflər Azərbaycan-Pakistan hərbi əməkdaşlığının cari vəziyyətini müzakirə edib, həmçinin bu münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində həyata keçiriləcək tədbirlər barəsində ətraflı fikir mübadiləsi aparıblar. Görüşdə, həmçinin hərbi əlaqələrimizin yeni inkişaf perspektivləri müzakirə olunub. Xatırladaq ki, Azərbaycan nümayəndə heyəti “IDEF 2025” 17-ci Beynəlxalq…

Daha çox

Bakıda Ziya Səmədzadə küçəsində avtonmobillərin hərəkəti məhdudlaşdırılacaq

Sabah saat 08:00-dan iyulun 25-i saat 22:00-a qədər Bakının Səbail rayonunun Bayıl qəsəbəsinin Ziya Yusifzadə (Xanlar) küçəsində aparılacaq təmir işləri ilə əlaqədar, sözügedən küçənin Buxta küçəsilə kəsişməsindən Qəzənfər Əlizadə küçəsilə kəsişməsinə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. SİA bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir. Qurum sürücülərdən aparılan işlərə anlayışıla yanaşmalarını və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edib.

Daha çox

İrəvanda kilsə-Paşinyan savaşı

İrəvanda dava getdikcə qızışır. Hakimiyyət uğrunda savaşa rusiyapərəstlərin dəstək verməsi Moskvanın da planlarına uyğundur. Əslində isə bütün proseslərin qarşıdurma səviyyəsinə çatmasında Moskvanın birbaşa əlinin olmasına kimsə şübhə etmir. Paşinyanın KTMT-dən çıxmaq fikrində israrlı olması, Zəngəzur dəhlizinə nəzarət məsələsindən Rusiyanın kənarlaşdırılması Kremlin qəzəbinə səbəb olub. Odur ki, rıçaqlar işə düşüb, Paşinyanı baş nazir kreslosunda görmək istəməyən fərqli siyasi qütblər bir araya gəliblər, daha doğrusu birləşiblər. Ermənistan rəhbərliyi bu prosesdə populyarlığını qurban verərək, Erməni Apostol Kilsəsinə (AAK) təzyiq göstərməkdə davam edir. Son bir ildə baş nazir Nikol Paşinyana etimad 8% azalıb, kilsəyə…

Daha çox

Sabah Biləsuvarda 1000-dən çox abonentin qaz təminatında fasilə yaranacaq

Sabah Biləsuvar rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq. SİA-nın məlumatına görə, Biləsuvar şəhəri, “Təyyarə Meydanı” adlanan yaşayış massivində “Təmiz Qaz” QSC-nin xidməti tərəfindən yeraltı qaz xəttində aşkar olunan qaz sızması aradan qaldırılılacaq. Bu məqsədlə iyulun 24-də aat 10:00-dan etibarən işlər başa çatanadək Muğan, Yuxarı Ağalı kəndləri, “Təyyarə Meydanı” yaşayış massivi və şəhərin bir hissəsində qaz təchizatının müvəqqəti olaraq dayandırılması planlaşdırılır. Qeyd olunan tədbirlər çərçivəsində ümumilikdə 3 yaşayış məntəqəsi üzrə 1 050 abonentin qaz təminatında fasilə yaranacaq.

Daha çox

Kürdəmirdə “Aqrar Biznes” və “Bostan” festivalı keçiriləcək

Kürdəmir rayonunda növbəti “Aqrar Biznes” və “Bostan” festivalı keçiriləcək. Bu barədə SİA-ya Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib. Bildirilib ki, festival iyulun 25-də saat 10:00-da Kürdəmir Rayon İcra Hakimiyyəti binasının qarşısında baş tutacaq. Festival çərçivəsində “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel sessiya təşkil ediləcək. Panel müzakirəsi saat 12:00-da Kürdəmir rayon İcra Hakimiyyəti binasında baş tutacaq.

Daha çox

Ədliyyə Nazirliyinin İstintaq idarəsinə rəis təyin olunub

Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təyinat olub. Nazirlikdən SİA-ya verilən məlumata görə, ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə Sahib Rzayev İstintaq idarəsinin rəisi vəzifəsinə təyin edilib. Qeyd edək ki, S.Rzayev 1977-ci ildə anadan olub. 2001-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsini, 2011-ci ildə isə Bakı Dövlət Universitetində Beynəlxalq hüquq ixtisası üzrə əlavə təhsili fərqlənmə ilə bitirib. 2006-cı ilədək daxili işlər orqanlarında müstəntiq, 2006-cı ildən 2023-cü ilə qədər Fövqəladə Hallar Nazirliyində şöbə, idarə və baş idarə rəisi vəzifələrində çalışıb. Bu ilin yanvar ayından hazırkı təyinatına qədər Ədliyyə Nazirliyinin…

Daha çox

Bakıda iki müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

Bakıda iki müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir. Bu barədə SİA Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, iyulun 24-25-də 126 və 554 nömrəli müntəzəm marşrutların hərəkət sxemi üzrə yerləşən dəmir yolu keçidində (Puta-Abşeron mənzilinin tək yolu) aidiyyəti qurum tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. Məhdudiyyət səbəbindən 126 nömrəli marşrutun hərəkəti müvəqqəti olaraq Şonqar qəsəbəsi – Dəmir yolu keçidi və Dəmir yolu keçidi – “Sədərək” ticarət mərkəzi, 554 nömrəli marşrutun hərəkəti isə Güzdək qəsəbəsi – Dəmir…

Daha çox

Azərbaycanda “fin” tipli evlərin yerində tikilən yeni tikililərə mülkiyyət hüququ tanınacaq

Azərbaycanda fərdi yaşayış evlərinin, xüsusilə Bakı və Abşeron ərazisindəki “fin” tipli evlərin yerində inşa edilmiş tikililərin qeydiyyat prosedurları sadələşdirilir. SİA xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin İdarə Heyətinin sədri Nigar Alimova jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, praktikada vətəndaşlar “fin” tipli evləri sökərək onların yerində yeni fərdi yaşayış evləri tikiblər: “Lakin əvvəlki qanunvericilik yalnız müvafiq icra hakimiyyəti orqanından alınmış tikintiyə icazə sənədi əsasında bu tikililərin və torpaq sahələrinin qeydiyyatına imkan verirdi. Yeni dəyişikliklərə əsasən, əgər vətəndaşın əlində 2004-cü ilin…

Daha çox