…ABŞ siyasətçi Boris Nemtsovu Boris Yeltsindən sonra Rusiya Federasiyasının prezidenti kimi görürdü.
SİA-nın əldə etdiyi məlumata görə, bunu ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol jurnalist Yuri Duda (Rusiya mediası tərəfindən xarici agent kimi tanınır-A.B.) müsahibəsində deyib.
…Əgər o, Putin yox, Yeltsinin varisi olsaydı, o zaman Rusiyanın bank hesabları bloklanmazdı. Boris Nemtsov heç vaxt Ukraynaya hücum etməzdi… Biz uğursuzluğa düçar olduq, – o qeyd edib.
Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Gazeta.Ru-ya açıqlamasında Makfolun öz vəzifəsində Amerika diplomatiyasının “terminatoruna” çevrildiyini bildirib.
Zaxarova xatırladıb ki, 2014-cü ildə Maykl Makfol ABŞ-ın Rusiyadakı səfiri postunu tərk etmək qərarını elan edəndə Xarici İşlər Nazirliyi Twitter-də “Əlvida, Mixail” mesajı dərc edib.
ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol, jurnalist Yuri Duda (Rusiya Federasiyasında media tərəfindən xarici agent kimi tanınır-A.B.) müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovu “işləməyin çətin olduğu” “döyüşkən adam” adlandırıb. Makfolun sözlərinə görə, Lavrov ona Maykl adı ilə müraciət edib, baxmayaraq ki, protokolda “cənab səfir” demək olardı.
Makfol həmçinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “diplomat olmadığını” bildirib.
Əli Babayev