Türkiyədə Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirza ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, İstanbul şəhərində keçirilən görüşdə iki ölkə arasında əlaqələrin qarşılıqlı inama, əməkdaşlığa, eləcə də mədəni əsaslara söykəndiyi vurğulanıb.
Tərəflər Azərbaycan-Pakistan hərbi əməkdaşlığının cari vəziyyətini müzakirə edib, həmçinin bu münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində həyata keçiriləcək tədbirlər barəsində ətraflı fikir mübadiləsi aparıblar.
Görüşdə, həmçinin hərbi əlaqələrimizin yeni inkişaf perspektivləri müzakirə olunub.
Xatırladaq ki, Azərbaycan nümayəndə heyəti “IDEF 2025” 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak etmək üçün Türkiyədə səfərdədir.