Bu, Azərbaycana 150 milyard ABŞ dolları dəyərində zərər vurub

Ermənistanın təcavüzünə məruz qalmış və ərazilərinin 20 faizi 30 illik işğal altında olmuş Azərbaycan 2020-ci ilin noyabrında işğala son qoyduqdan və ərazi bütövlüyünü bərqərar etdikdən sonra işğaldan azad etdiyi ərazilərinin bərpasına başlayıb. Təcavüz nəticəsində bu ərazilərdən didərgin salınmış soydaşlarımızın doğma şəhər və kəndlərinə qaytarılması üzrə Böyük Qayıdış Dövlət Proqramını həyata keçirir. Bu günədək proqramın icrasına dövlət büdcəsindən 15 milyard ABŞ dolları məbləğində vəsait sərf olunub. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu Azərbaycan Baş nazirinin müavini Samir Şərifov İspaniyanın Sevilya şəhərində keçirilən BMT-nin İnkişaf üçün Maliyyələşdirmə üzrə IV Beynəlxalq…

Daha çox

“Yada düşdü” jurnalına Aydın Quliyevin YUBİLEY MÜSAHİBƏSİ…

Quliyev Aydın Alqulu oğlu 1960-cı il 18 iyulda Naxçıvan MR Babək rayonun Cəhri kəndində anadan olub. 1983-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib.1984-1989-cu illərdə Azərbaycan Dövlət Elm və Texnika Komitəsi yanında Elmi-Texniki İnformasiya və Texniki-İqtisadi Tədqiqatlar İnstitutunun Naxçıvan Elmi-Texniki İnformasiya Mərkəzində baş elmi redaktor işləyib. Azərbaycan Milli Azadlıq hərəkatının Naxçıvan MR-də ilk fəallarından olub. Naxçıvanın erməni təcavüzkarlarından könüllü müdafiə dəstələrinin tərkibində Buzqov və Kərməçataq kəndlərinin müdafiəsində iştirak edib. 1990-cı illərin əvvəllərində Azərbaycan Respublikası “Ülfət “qəzetinin ictimai əsaslarla Naxçıvan bölgə müxbiri olub. 1989-1995-ci illərdə Naxçıvanda “Ağrıdağ”, “İpək…

Daha çox

İran-İsrail müharibəsi bitəcəkmi?

Regionda davamlı sülhdən danışmaq tezdir İsrail və İran İslam Respublikası arasında iyunun 13-də başlayan və Amerikanın iyunun 22-nə keçən gecə İranın nüvə obyektlərinə hücumları ilə davam edən hərbi qarşıdurmanın son gərginləşməsi hələ də sona çatmayıb. ABŞ prezidenti Donald Tramp “12 günlük müharibənin bitdiyini” elan etməyə tələssə də, regionda davamlı sülhdən danışmaq hələ tezdir. Təkcə hava hücumlarının bərpası deyil, həm də Hörmüz boğazının kommersiya daşımaları üçün bağlanması ehtimalı da daxil olmaqla, daha da eskalasiya təhlükəsi qalmaqdadır. Buna baxmayaraq, bütün müharibələr, o cümlədən Yaxın Şərqdəki müharibələr gec-tez başa çatır. Son yarım əsrdə…

Daha çox

Ermənistan Kremllə əlaqələri kəsir…

Moskva ilə İrəvan arasında gərginlik artır… Moskva ilə İrəvan arasında gərginlik artır. Ermənistan hakimiyyəti Kremlin ölkədəki təbliğat resurslarını bağlamağı ciddi şəkildə düşünür. Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan bu fikri açıq şəkildə irəli sürüb. Rəsmi Rusiya dövlət televiziya kanallarının respublikada yayımını dayandırmağa çağırıb. O, Rusiya proqramlarının yayımının artıq ikitərəfli münasibətlərə xələl gətirdiyini vurğulayıb. SİA-nın məlumatına görə, Simonyan sərt şəkildə rus aparıcılarını “degenerasiyalar” və “mankurtlar” adlandırıb. Onun sözlərinə görə, Ermənistanın daxili suverenliyinə hörmət edilmədiyini nəzərə alsaq, belə kanalların vətəndaşların evlərinə girişini məhdudlaşdırmağın mənası var. …Əgər onların…

Daha çox

Rusiyada yeni mühafizə ordusu yaranıb…

Rusiyada yeni mühafizə dəstəsi yaranıb – bu ad Rusiya prezidenti Vladimir Putin tərəfindən 36-cı birləşmiş silahlı orduya verilib. SİA-nın əldə etdiyi məlumata görə, müvafiq fərman rəsmi hüquqi informasiya portalında dərc olunub. Sənədin mətnindən belə çıxır ki, ordu bu adı şəxsi heyətin kütləvi qəhrəmanlığına, mətanətinə və şücaətinə görə alıb. Fərman imzalandığı gündən – iyulun 1-dən qüvvəyə minib. Bundan əvvəl, iyunun 26-da Putin xüsusi əməliyyat zonasında döyüşən daha üç bölməyə fəxri adlar verib. Əli Babayev

Daha çox

“Rusiya hakimiyyət orqanları baş vermiş hadisəyə aydınlıq gətirməlidirlər”

“Rusiyanın Yekaterinburq şəhərində yaşayan soydaşlarımız – Səfərovlar ailəsi ilə bağlı baş verən hadisələr hər bir azərbaycanlını ciddi şəkildə narahat edir. Hüquq-mühafizə orqanlarının onlara qarşı sərgilədiyi münasibət nə hüquqi baxımdan, nə də Rusiya-Azərbaycan münasibətlərinin mahiyyəti və xarakteri baxımından qəbuledilən deyil”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib. Onun sözlərinə görə, Azərbaycan cəmiyyəti və dövləti bu məsələyə son dərəcə prinsipial və düzgün münasibət nümayiş etdirmişdir: “Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının Azərbaycan adında bir vətəni var. Azərbaycan dövləti bütün vətəndaşlarına və soydaşlarına daim…

Daha çox

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla aşağıdakı hakimlər birinci instansiya məhkəmələrinin hakimləri təyin ediliblər: ağır cinayətlər məhkəmələri üzrə: Bakı Ağır Cinayətlər Məhkəməsi Əsgərova-Məmmədova Leyla Səyavuş qızı Məmmədzadə Səbinə Adil qızı Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hüseynov Nahid Nəsir oğlu Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Rzayeva Aynur Tapdıq qızı inzibati məhkəmələr üzrə: Bakı İnzibati Məhkəməsi Almazova Aysev Mehman qızı Məlikov Tural Rauf oğlu Şəki İnzibati Məhkəməsi Hacızadə Fəxri Hümmət oğlu Şirvan İnzibati Məhkəməsi Hüseynova Amilya Aqil qızı Nəcəfov Hilal…

Daha çox

“Qohum evliliyinin qadağa olunması çox vacib və məqsədəuyğun bir addımdır”

“Ölkəmizdə yeni bir qanun qüvvəyə minir. Bu, bir il əvvəl – Azərbaycan Respublikasının Milli Məclisində qəbul edilən və qohumlar arasında nikahların qadağan edilməsinə dair qanunun tətbiqi ilə bağlıdır. Qanunun qüvvəyə minməsi üçün bir illik keçid müddəti müəyyən olunmuşdu. Bu da düşünürük ki, çox vacib və məqsədəuyğun bir addım idi”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib. Onun sözlərinə görə, çünki həmin dövrə qədər artıq nişanlı olan, ailə qurmağa hazırlaşan bəzi cütlüklərə bu bir il ərzində nikahlarını rəsmiləşdirmək imkanı tanındı: “Bir daha xatırladırıq ki, məlum olduğu kimi, sabahdan…

Daha çox

“İstehlakçı öz hüquqlarını qorumaq məqsədilə müvafiq addımlar atmalıdır”

“Son 8 il ərzində ölkədə fəaliyyət göstərən müasir supermarketlərdə yeni nəsil texnologiyaların tətbiqi geniş vüsət almışdır. Lakin bu proseslə paralel olaraq bəzi hallarda istehlakçı hüquqlarının pozulması halları da müşahidə olunur. Belə ki, rəflərdə təqdim edilən qiymətlərin alıcını cəlb edəcək səviyyədə aşağı göstərilməsi, lakin kassada həmin məhsulun daha yüksək məbləğlə hesablanması bu hüquqların pozulmasının açıq göstəricisidir. İstehlakçı irad bildirdikdə isə, çox zaman ona bunun “unudulduğu” və ya “texniki səhv” olduğu bildirilir”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib. Onun sözlərinə görə, bu cür hallar təkcə rəf…

Daha çox

Azərbaycan və Şimali Makedoniya arasında viza rejimi qismən ləğv edilib

Azərbaycanla Şimali Makedoniya arasında diplomatik və xidməti/rəsmi pasport sahibləri viza tələbindən azad edilib. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Şimali Makedoniya Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanunu imzalayıb. Qeyd edək ki, saziş bu ilin martın 12-də Bakı şəhərində imzalanıb.

Daha çox