Ermənistan Kremllə əlaqələri kəsir…





Moskva ilə İrəvan arasında gərginlik artır…



Moskva ilə İrəvan arasında gərginlik artır. Ermənistan hakimiyyəti Kremlin ölkədəki təbliğat resurslarını bağlamağı ciddi şəkildə düşünür.

Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan bu fikri açıq şəkildə irəli sürüb.

Rəsmi Rusiya dövlət televiziya kanallarının respublikada yayımını dayandırmağa çağırıb.

O, Rusiya proqramlarının yayımının artıq ikitərəfli münasibətlərə xələl gətirdiyini vurğulayıb.

SİA-nın məlumatına görə, Simonyan sərt şəkildə rus aparıcılarını “degenerasiyalar” və “mankurtlar” adlandırıb. Onun sözlərinə görə, Ermənistanın daxili suverenliyinə hörmət edilmədiyini nəzərə alsaq, belə kanalların vətəndaşların evlərinə girişini məhdudlaşdırmağın mənası var.

…Əgər onların dövlət televiziya kanalları Ermənistanın daxili işlərinə qarışmağa icazə verərsə, bəlkə biz də onların vətəndaşlarımızın mənzillərinə girişini bağlamalıyıq.

Bunu Simonyan bildirib.

Qeyd edək ki, Moskva ilə İrəvan arasında münaqişə erməni əsilli rusiyalı iş adamı Samvel Karapetyanın işi fonunda qızışıb. O, bu yaxınlarda hakimiyyəti zorakılıqla ələ keçirməyə çağırış ittihamı ilə həbs edilib. Bu həbs ciddi siyasi rezonans doğurdu.

Həbsdən dərhal sonra Karapetyanın nəzarətində olan enerji şirkəti milliləşdirilib. Moskva Ermənistanda öz adamının həbsinə çox acı reaksiya verdi.

Əslində, İrəvan Rusiya hakimiyyətinin heç də xoşuna gəlməyən Kremldən asılı münasibətlərini kəsmək prosesinə başlayıb.

Əli Babayev

Əlaqəli Xəbərlər