Primakov Rusiyanı “Avropadan yaxşı bir şey gözləməməyə” çağırıb…

Rusiya “Avropadan yaxşı heç nə” gözləməməlidir. SİA rus saytlarına istinadən xəbər verir ki, Tsarqradın xəbərinə görə, bunu MDB İşləri, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyin rəhbəri Yevgeni Primakov deyib. O xatırladıb ki, Rusiyanın mədəni ənənələrinin əhəmiyyətli bir hissəsi Avropadan gəlir, lakin unutmaq olmaz ki, Avropa ölkələri dünyada bir çox soyqırımların və Rusiya ərazisinin də əziyyət çəkdiyi bəlaların mənbəyi olub. …İndi Avropadan yaxşı bir şey gözləmək olarmı? Primakov sual edib. Agentliyin rəhbəri əlavə edib ki, avropalı siyasətçilər özlərini rusofob hesab etmirlər, lakin onlar rus mədəniyyətini və tarixi…

Daha çox

BÖYÜK MÜHARİBƏ SSENARİSİ

Çoxdandır ki, NATO-nu Rusiyaya qarşı qoymaq ssenarisi barədə spekulyasiyalar dolaşır. Maraqlıdır ki, həqiqətən də kim NATO-nu Rusiyaya qarşı qoymaq niyyətindədir? Yaxud da, bunun hansı məqsəd daşıdığı da həqiqətən çox maraqlıdır. Ümumiyyətlə, Rusiya ilə bağlı bir-birinin ardınca bu qədər planların cızılması, davamlı şəkildə hansısa ssenarilərin hazırlanması diqqəti cəlb etməyə bilməz. Məsələ burasındadır ki, bir çox siyasətçilər, politoloqlar bütün bu planları məhz NATO-nu Rusiyaya qarşı qoyacaq böyük müharıbə ssenarisi hesab edirlər. Müşahidə edilənlərin fonunda ortaya çıxan məntiqi suallar və sual doğuran məqamlar Bəzi mənbələrin məlumatına istinadən dünya mətbuatında qeyd olunur ki, Britaniyanın…

Daha çox

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb

İyunun 30-da Bakı şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Ukrayna Xarici İşlər Nazirliyi arasında sayca yeddinci konsulluq məsləhətləşmələri keçirilib. SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Xarici İşlər Nazirliyindən bildiriblər ki, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Ukrayna nümayəndə heyətinə isə Ukrayna Xarici İşlər Nazirliyinin Konsulluq xidməti departamentinin rəisi Vladislav Kanevski rəhbərlik edib. Məsləhətləşmələrdə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Dövlət Miqrasiya Xidmətinin rəsmiləri, o cümlədən Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyinin…

Daha çox

Milanın məşhur göydələninin damındakı reklam lövhəsi çöküb

İtaliyanın Milan şəhərində 192 metr hündürlüyündəki göydələnin damındakı reklam lövhəsi çöküb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, məşhur memar Zaha Hadidin layihəsi olan 44 mərtəbəli göydələnin damındakı reklam lövhəsinin çökməsi nəticəsində xəsarət alan olmayıb, binanın daxilinə ziyan dəyməyib. Binanın ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib, ehtiyat tədbiri olaraq küçələr müvəqqəti boşaldılıb. Milan Prokurorluğu hadisə ilə bağlı araşdırmalara başlayıb.

Daha çox

Daha bir ölkədə niqab taxmağı qadağan edib…

Qazaxıstanda ictimai yerlərdə üzü tamamilə örtən paltarların geyinilməsini qadağan edən qanun qüvvəyə minib. SİA-nın məlumatına görə, sənədi prezident Kasım-Jomart Tokayev imzalayıb. …“Qazaxıstan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” qanunun mətninə əsasən, niqab qadağası bir sıra istisnalara şamil edilmir. Üz, xidməti vəzifələri yerinə yetirərkən, tibbi səbəblərdən, əlverişsiz hava şəraitindən qorunmaq üçün, mülki müdafiə məqsədləri üçün, habelə qanuna uyğun olduqda, idman və mədəni tədbirlərdə iştirak edərkən örtülə bilər. Normanın pozulması inzibati məsuliyyətə səbəb ola bilər, baxmayaraq ki, konkret cəzalar hələ müəyyən edilməmişdir. Qazaxıstanın daxili işlər naziri Yerjan Sadenov bu…

Daha çox

Əmlakların qiymətləndirilməsi prosesində hansı sənədlərin olması zəruridir?

“Qiymətləndirmə prosesində ilk və ən vacib mərhələ daşınmaz əmlakla bağlı lazımi sənədlərin toplanmasıdır”. Bu sözləri SİA-ya açıqlamasında Qiymətləndiricilər Palatasının sədri Nüsrət İbrahimov deyib. Onun sözlərinə görə, qiymətləndirmə aparılacaq əmlakın növünə və təyinatına görə sənədlər dəyişə bilər. Lakin ümumilikdə aşağıdakı sənədlər tələb olunur: “Hüquqi sənədlər: Mülkiyyət hüququnu təsdiqləyən çıxarış (kupça), torpaq sahəsinə dair dövlət aktı və ya icarə müqaviləsi, tikintiyə icazə və istismara qəbul aktı. Texniki sənədlər: Texniki pasport, bina planı, kadastr və torpaq ölçü planı. Əlavə sənədlər: Əgər dəyərə təsir edə biləcək hallar varsa – icarə müqavilələri, texniki vəziyyət aktları,…

Daha çox

“Regionda etnik zəmində sabitliyə ciddi təhdid formalaşdırır”

“Son illərdə Rusiyada müşahidə olunan sistemli şovinist, diskriminasiya və islamofob meyillər, xüsusilə hüquq-mühafizə orqanlarının azərbaycanlılara və ümumilikdə Orta Asiya xalqlarının nümayəndələrinə qarşı sərgilədiyi qəddar münasibətlər, sadəcə təsadüfi hallar deyil, daha dərinə enən strateji bir siyasətin nəticəsidir. Yekaterinburqda azərbaycanlılara qarşı törədilmiş son hadisə də bu geniş kontekstin tərkib hissəsi kimi dəyərləndirilməlidir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib. Onun sözlərinə görə, bu tendensiyaların kökündə yalnız daxili sosial-siyasi idarəetmə amilləri dayanmır. Əslində, bu proses Kremlin uzunmüddətli imperiya irsini canlandırmaq və Rusiya daxilində monoetnik, rus pravoslav dəyərlərinə söykənən bir cəmiyyət formalaşdırmaq strategiyasının…

Daha çox

Rusiyada çörək problemləri başlayır..?

Çörək qiymətlərinin məhdudlaşdırılması çörək zavodlarının iflasına səbəb ola bilər. …Rusiyada ən populyar çörək növü olan dilimlənmiş ağ çörək, səlahiyyətlilər sosial əhəmiyyətli mallara ciddi qiymət nəzarəti tətbiq edərsə, mağazalardan yoxa çıxa bilər. SİA-nın məlumatına görə, bu barədə ölkənin ən böyük çörək və qənnadı məmulatları holdinqinin sahibi “Kolomenski”nin sahibi Aleksey Tulupov RBC-yə müsahibəsində bildirib. Mart ayında Rusiyanın baş naziri Mixail Mişustin hökumətin ərzaq inflyasiyasını yavaşlatmaq üçün “ən sərt” tədbirlər görməyə hazır olduğunu açıqlamışdı. Dumada illik hesabatı ilə çıxış edərkən o xatırladıb ki, regionlar artıq əsas ərzaq məhsulları üzrə…

Daha çox

“Pezeşkian nüvə proqramından imtina etməyəcəklərini bəyan etmişdir”

“2025-ci il iyunun 13-də başlayan İsrailin İrana qarşı hərbi əməliyyatları qısa müddət sonra atəşkəslə nəticələnmişdir. Bu atəşkəsin əldə olunmasında əsas vasitəçi qismində ABŞ-ın sabiq prezidenti Donald Tramp çıxış etmişdir. Əldə edilən məlumata əsasən, atəşkəsə nail olmaq üçün ilkin mərhələdə İsrail tərəfi ilə diplomatik danışıqlar aparılmış, daha sonra İran tərəfinə rəsmi şəkildə bu təşəbbüs çatdırılmış və onlar da razılıq bildirmişlər”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elşad Həsənov deyib. Onun sözlərinə görə, lakin təəssüflə qeyd olunmalıdır ki, atəşkəs rejimi uzunmüddətli olmadı və qısa zaman ərzində hər iki tərəf tərəfindən pozuldu: “Bu…

Daha çox

İtaliyada 4,6 bal gücündə zəlzələ olub

İtaliyanın Neapol şəhəri yaxınlığındakı Kampi Fleqrey bölgəsində 4,6 bal gücündə zəlzələ baş verib. Bu, bölgədə son 40 ildə qeydə alınan ən şiddətli yeraltı tıkandır. SİA xəbər verir ki, İtaliyanın Geofizika və Vulkanologiya İnstitutunun məlumatına görə, episentri Bakoli qəsəbəsi olan zəlzələnin ocağı 5 kilometr dərinlikdə yerləşib. Bölgədə müxtəlif maqnitudalı ardıcıl yeraltı təkanlar olub. Təbiət hadisəsi əhali arasında təşviş yaradıb, insanlar evlərini tərk ediblər. Bölgədə qatarların hərəkəti müvəqqəti dayandırılıb. Zəlzələ Neapol şəhərində də hiss olunub. Qeyd edək ki, Kampi Fleqrey şəhəri qədim vulkanik kraterlərdən ibarətdir. Bölgədə seysmik aktivlik son 1 ildə artıb.…

Daha çox