İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkian arasında telefon söhbəti olub

Azərbaycan Prezidenti İlham Əliyevlə iranlı həmkarı Məsud Pezeşkian arasında telefon söhbəti olub. SİA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Dövlətimizin başçısı İranla İsrail arasında baş vermiş qarşıdurma ilə əlaqədar ölkəmizin mövqeyini və regionda vəziyyətin gərginləşməsi ilə bağlı Azərbaycanın narahatlığını bir daha ifadə edib. Prezident İlham Əliyev son hadisələr zamanı İran vətəndaşlarının həlak olması ilə əlaqədar başsağlığını çatdırıb, Allahdan onlara rəhmət diləyib, yaralananların tezliklə sağalmalarını arzulayıb. Dövlətimizin başçısı İran-İsrail qarşıdurmasının dayandırılması, atəşkəsin əldə olunması ilə bağlı Məsud Pezeşkiana təbriklərini çatdırıb, bölgədə sülhün və əmin-amanlığın vacib şərt olduğunu…

Daha çox

“AzInTelecom” “Fintex Summit 2025”də iştirak edib

AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC-nin dəstəyi ilə Bakıda Maliyyə Texnologiyaları Sammiti (Fintex Summit 2025) təşkil olunub. SİA xəbər verir ki, iyunun 24-25-də keçirilən, bank və maliyyə ekosistemində yeni trendlər, innovativ həllər, maliyyə texnologiyası mövzularını əhatə edən tədbirdə Azərbaycanda və xaricdə fəaliyyət göstərən nüfuzlu şirkətlərin, eləcə də yerli qurumların rəhbər şəxsləri iştirak ediblər. Tədbir ərazisində quraşdırılmış “AzInTelecom” stendində iştirakçılara SİMA və şirkətin digər rəqəmsal məhsulları ilə bağlı məlumat verilib. Sammitin ilk günü “AzInTelecom”un Məhsul və xidmətlər şöbəsinin müdiri Tamerlan Məşədihəsənli panel müzakirələrdə SİMA texnologiyasının maliyyə sektoru üçün üstünlüklərindən danışıb. O…

Daha çox

Azərbaycan lideri Pezeşkianı təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev iranlı həmkarı Məsud Pezeşkianı telefon danışığı zamanı İran-İsrail qarşıdurmasının dayandırılması münasibətilə təbrik edib. SİA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, dövlət başçısı İran-İsrail qarşıdurmasının dayandırılması, atəşkəsin əldə olunması ilə bağlı Məsud Pezeşkiana təbriklərini çatdırıb, bölgədə sülhün və əmin-amanlığın vacib şərt olduğunu bir daha qeyd edib. Məsud Pezeşkian başsağlığına görə təşəkkürünü bildirib.

Daha çox

“Ermənistan Elektrik Şəbəkələri” milliləşdirilir

“Ermənistan Elektrik Şəbəkələri” QSC-nin milliləşdirilməsi layihəsi artıq hazırdır və parlamentin iyulun 1-də keçiriləcək növbədənkənar iclasında müzakirə olunacaq. SİA Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan bildirib. Xüsusilə Paşinyan şirkətin müəyyən səhm paketini birja ticarətinə çıxarmaq niyyətindədir ki, onları istənilən şəxs ala bilsin. Bu məsələ “Vətəndaş müqaviləsi” partiyasının İdarə Heyəti ilə, daha sonra isə parlament və hökumətdə müzakirə edilib. O, bu yaxınlarda Homplex Hyper Mall ticarət mərkəzinin açılışında olduğunu və təqdimat zamanı işıqların söndüyünü deyib. “İki variant var – ya sabotaj, ya da şəbəkə texniki cəhətdən…

Daha çox

Sabah bəzi dağlıq ərazilərdə yağış yağacaq, şimşək çaxacaq

Bakıda və Abşeron yarımadasında iyunun 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-22° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.…

Daha çox

“Daşnaksütun” rəhbərliyinin nümayəndəsi iki ay müddətinə həbs edilib

İrəvan Ümumi Yurisdiksiya Məhkəməsi “Daşnaksütun” partiyası rəhbərliyinin nümayəndəsi İqor Sarkisyanın iki ay müddətinə həbs edilməsi barədə qərar qəbul edib. SİA Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə “Müqəddəs mübarizə” hərəkatının məlumatında deyilir. “Daşnaksütun” partiyasının ali orqanının nümayəndəsi də iki ay müddətinə həbs edilib”, – məlumatda qeyd olunub. Daha əvvəl məhkəmə İstintaq Komitəsinin vəsatətini təmin edərək, arxiyepiskop Baqrat Qalstanyana qarşı iki aylıq həbs qətimkan tədbiri seçib. Ona qarşı Ermənistan Cinayət Məcəlləsinin “terrorizm” və “hakimiyyətin qəsb edilməsi” maddələri ilə ittiham irəli sürülüb. İstintaq Komitəsində hesab edirlər ki, Qalstanyanın rəhbərlik etdiyi “Müqəddəs…

Daha çox

Qanunvericilik təşəbbüsləri üzrə təqdim olunmuş sənəd müzakirə olunub

25 iyun 2025-ci il tarixində İAQMBİ-də Qanunvericilik Təşəbbüsləri Qrupu tərəfindən hazırlanaraq Milli Koordinatora təqdim edilmiş qanunvericilik aktlarının təkmilləşdirilməsinə dair sənədin geniş müzakirəsi keçirilib. Müzakirələr zamanı qrup tərəfindən təqdim edilən təkliflər ətraflı şəkildə nəzərdən keçirilib. Sənəddə qanunvericiliyin müxtəlif sahələrində mövcud olan boşluqlar, hüquqi uyğunsuzluqlar və tətbiqdə müşahidə edilən çətinliklər qeyd olunub, onların aradan qaldırılması üçün konkret mexanizmlər və alternativ yanaşmalar irəli sürülüb. Hazırlanmış təkliflərin əksəriyyəti idarə əməkdaşları tərəfindən müsbət qarşılanıb. Bildirilib ki, sənəddə əks olunan məsələlər praktiki təcrübəyə və mövcud hüquqi reallıqlara əsaslandığı üçün onların tətbiq olunma imkanları yüksəkdir. Bununla yanaşı,…

Daha çox

“Böyük Qayıdış” proqramı strateji əhəmiyyət daşıyır

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə qayıdışı təmin edən “Böyük Qayıdış” proqramı təkcə sosial və humanitar layihə deyil, həm də milli təhlükəsizlik, demoqrafik balans və iqtisadi inkişaf baxımından strateji əhəmiyyət daşıyır”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin siyasi iradəsi və dövlətin bütün resurslarının səfərbər olunması nəticəsində azad edilmiş ərazilərdə qısa müddət ərzində mühüm infrastruktur layihələri həyata keçirilib: “Hazırda Zəngilan, Laçın, Füzuli və digər rayonlarda yeni yaşayış massivləri, məktəblər, xəstəxanalar, yollar və enerji infrastrukturu qurulur. Bu, təkcə binaların deyil, vətəndaşların həyatının, hüquqlarının və gələcəyinin…

Daha çox

48 cinayətin açılması təmin edilib

İyunun 25-də ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. SİA xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 140, o cümlədən borclu şəxs qismində axtarışda olan 107 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 16 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər də…

Daha çox

BRAVO yerli bazarda modern marketçilik ənənəsini gücləndirir

Şirkət BRAVO BREND məhsulları ilə “Doğru Seçim” ənənəsini davam etdirir. SİA xəbər verir ki, Azərbaycanın sürətlə inkişaf edən pərakəndə satış şəbəkələrindən biri olan BRAVO, öz daxili məhsul xətti BRAVO BREND ilə istehlakçılara yüksək keyfiyyətli və sərfəli məhsullar təqdim etmək istiqamətində fəaliyyətini uğurla davam etdirir. Şirkət müştəri məmnuniyyətini, keyfiyyətə olan kompromissiz yanaşmanı və əlçatan qiymət siyasətini fəaliyyətinin əsas prioritetləri kimi müəyyən edib. BRAVO BRAND məhsulları alıcılara gündəlik ehtiyaclarını qarşılayan, beynəlxalq standartlara uyğun və əlçatan qiymətlərlə təqdim olunan geniş çeşidli məhsullar təklif edir Məhsul çeşidləri qida məhsulları, təmizlik vasitələri və gündəlik istifadə…

Daha çox