Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının və Mahmud Kaşğari adına Beynəlxalq Fondun təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasında tanınmış pedaqoq ziyalı, şair-dramaturq, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyi Şəki bölməsinin rəhbəri Vaqif Aslanın 75 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. SİA xəbər verir ki, kitabxanadan bildirilib ki, tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli Vaqif Aslanın yaradıcılığı haqqında geniş məlumat verib. İ.Həbibbəyli şairi Azərbaycan Milli Elmlər Akademiyasının Elmi Şurasının qərarı ilə “Ədəbiyyat İnstitutunun fəxri dostu” Fəxri diplomu ilə təltif edib. Türkiyənin Azərbaycandakı səfiri…
Daha çoxDay: June 26, 2025
Azərbaycan Çin şirkəti ilə anlaşma memorandumu imzalayıb
Energetika Nazirliyinin tabeliyindəki Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə Çinin “China Datang Overseas Investment Co. Ltd” arasında yaşıl enerji dəhlizinin inkişafı üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. SİA Energetika Nazirliyinə istinadən xəbər verir ki, Memorandum Azərbaycanın bərpa olunan enerji mənbələri hesabına yaradılan elektrik enerjisi istehsalı güclərinin elektrik şəbəkəsinə təhlükəsiz qoşulmasını təmin etmək və bu enerjinin etibarlı və sabit şəkildə ötürülməsini həyata keçirmək məqsədilə əməkdaşlığı nəzərdə tutur. Sənədə əsasən, “China Datang Overseas Investment Co. Ltd” ilə şirkətin texniki imkanlarının və elektrik şəbəkəsinin inkişafı üzrə sistem tədqiqatlarının tətbiqi, eləcə də HVDC…
Daha çoxAzərbaycan nümayəndə heyəti Çin Media Qrupunda və Çin Kommunikasiya Universitetində olub
Çin Xalq Respublikasına səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti iyunun 26-da Çin Media Qrupunda və Çin Kommunikasiya Universitetində olub. SİA xəbər verir ki, Çin Media Qrupunda keçirilən görüş zamanı informasiya siyasəti, rəqəmsal transformasiya, çoxdilli yayım imkanları və müasir texnoloji yanaşmalar ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər media sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, məzmun mübadiləsinin genişləndirilməsi və texnoloji innovasiyaların öyrənilməsi istiqamətində fikir mübadiləsi aparıblar. Nümayəndə heyətinin Çin Kommunikasiya Universitetinin rəhbərliyi ilə görüşündə isə media təhsili sahəsində əməkdaşlığın perspektivləri, peşəkar kadr hazırlığı, təcrübə imkanlarının genişləndirilməsi və birgə akademik təşəbbüslərin həyata keçirilməsi məsələləri müzakirə edilib.…
Daha çoxRamin Məmmədov Almaniyanın Dini Azadlıq üzrə komissarı ilə görüşüb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyanın Dini Azadlıq üzrə Komissarı Tomas Raxel ilə görüşüb. SİA xəbər verir ki, görüş zamanı iki ölkə arasında dinlərarası dialoq və qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Komitə sədri Azərbaycanda dövlət-din münasibətləri, dini tolerantlıq və multikulturalizm ənənələri barədə ətraflı məlumat verib. O, Azərbaycanın müxtəlif dinlərin və etnik qrupların sülh şəraitində birgəyaşayışına önəm verdiyini vurğulayıb və bu sahədə dövlət siyasətinin əsas istiqamətləri haqqında danışıb. R.Məmmədov bildirib ki, Azərbaycan vicdan azadlığının və multikultural mühitin təmin edilməsinə, yüzilliklər ərzində formalaşmış…
Daha çoxBakı–Balakən qatarı 100 % doluluqla yola düşüb
İyunun 25-də Bakı–Balakən qatarı 100 % doluluqla yola düşüb. Bu barədə SİA-ya “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) məlumat verilib. Bildirilib ki, ADY 26-29 iyun qeyri-iş günlərində gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir: “Artan sərnişin tələbatı nəzərə alınaraq 25 iyunda Bakı–Balakən qatarına əlavə 8 vaqon qoşulub. Gecə qatarı ümumilikdə 13 vaqon olmaqla 100 % doluluqla yola düşüb. Qeyd edək ki, həftəiçi Bakı–Balakən–Bakı qatarı bir istiqamət üzrə 5 vaqon olmaqla orta hesabla 110 sərnişinə xidmət edir. Artan sərnişin tələbatı nəzərə alınaraq iyunun 26-29-da Bakı–Ağstafa–Bakı və Bakı–Qəbələ–Bakı xətləri üzrə də əlavə reyslər təyin edilib.
Daha çoxİlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkian arasında telefon söhbəti olub
Azərbaycan Prezidenti İlham Əliyevlə iranlı həmkarı Məsud Pezeşkian arasında telefon söhbəti olub. SİA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Dövlətimizin başçısı İranla İsrail arasında baş vermiş qarşıdurma ilə əlaqədar ölkəmizin mövqeyini və regionda vəziyyətin gərginləşməsi ilə bağlı Azərbaycanın narahatlığını bir daha ifadə edib. Prezident İlham Əliyev son hadisələr zamanı İran vətəndaşlarının həlak olması ilə əlaqədar başsağlığını çatdırıb, Allahdan onlara rəhmət diləyib, yaralananların tezliklə sağalmalarını arzulayıb. Dövlətimizin başçısı İran-İsrail qarşıdurmasının dayandırılması, atəşkəsin əldə olunması ilə bağlı Məsud Pezeşkiana təbriklərini çatdırıb, bölgədə sülhün və əmin-amanlığın vacib şərt olduğunu…
Daha çox“AzInTelecom” “Fintex Summit 2025”də iştirak edib
AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC-nin dəstəyi ilə Bakıda Maliyyə Texnologiyaları Sammiti (Fintex Summit 2025) təşkil olunub. SİA xəbər verir ki, iyunun 24-25-də keçirilən, bank və maliyyə ekosistemində yeni trendlər, innovativ həllər, maliyyə texnologiyası mövzularını əhatə edən tədbirdə Azərbaycanda və xaricdə fəaliyyət göstərən nüfuzlu şirkətlərin, eləcə də yerli qurumların rəhbər şəxsləri iştirak ediblər. Tədbir ərazisində quraşdırılmış “AzInTelecom” stendində iştirakçılara SİMA və şirkətin digər rəqəmsal məhsulları ilə bağlı məlumat verilib. Sammitin ilk günü “AzInTelecom”un Məhsul və xidmətlər şöbəsinin müdiri Tamerlan Məşədihəsənli panel müzakirələrdə SİMA texnologiyasının maliyyə sektoru üçün üstünlüklərindən danışıb. O…
Daha çoxAzərbaycan lideri Pezeşkianı təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev iranlı həmkarı Məsud Pezeşkianı telefon danışığı zamanı İran-İsrail qarşıdurmasının dayandırılması münasibətilə təbrik edib. SİA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, dövlət başçısı İran-İsrail qarşıdurmasının dayandırılması, atəşkəsin əldə olunması ilə bağlı Məsud Pezeşkiana təbriklərini çatdırıb, bölgədə sülhün və əmin-amanlığın vacib şərt olduğunu bir daha qeyd edib. Məsud Pezeşkian başsağlığına görə təşəkkürünü bildirib.
Daha çox“Ermənistan Elektrik Şəbəkələri” milliləşdirilir
“Ermənistan Elektrik Şəbəkələri” QSC-nin milliləşdirilməsi layihəsi artıq hazırdır və parlamentin iyulun 1-də keçiriləcək növbədənkənar iclasında müzakirə olunacaq. SİA Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan bildirib. Xüsusilə Paşinyan şirkətin müəyyən səhm paketini birja ticarətinə çıxarmaq niyyətindədir ki, onları istənilən şəxs ala bilsin. Bu məsələ “Vətəndaş müqaviləsi” partiyasının İdarə Heyəti ilə, daha sonra isə parlament və hökumətdə müzakirə edilib. O, bu yaxınlarda Homplex Hyper Mall ticarət mərkəzinin açılışında olduğunu və təqdimat zamanı işıqların söndüyünü deyib. “İki variant var – ya sabotaj, ya da şəbəkə texniki cəhətdən…
Daha çoxSabah bəzi dağlıq ərazilərdə yağış yağacaq, şimşək çaxacaq
Bakıda və Abşeron yarımadasında iyunun 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-22° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.…
Daha çox