Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,37 ABŞ dolları, yaxud 0,51 % artaraq 72,49 ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 69,23 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,37 ABŞ dolları və ya 0,52 % artaraq 71,17 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı…
Daha çoxDay: June 26, 2025
ISW Putinin NATO ilə bağlı planlarını açıqladı
Analitiklər mühüm nüansa diqqət çəkiblər. … Rusiya yeni silahlı münaqişəyə hazırlaşır. Bu barədə Amerika Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) yeni hesabatında deyilir. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Rusiyanın NATO üzvü olan ölkələrdən birinə hücum edə biləcəyi bildirilir. ABŞ prezidenti Donald Trampın Kreml lideri Vladimir Putinin ambisiyalarına verdiyi qiymətin təhlilindən sonra analitiklər belə qənaətə gəliblər. Tramp hesab edir ki, Putini təkcə Ukrayna ərazisi maraqlandırmır. Bununla belə, Amerika prezidenti Rusiyanın 2022-ci ildə Ukraynaya müdaxiləsini səhv adlandırıb. Bu bəyanatlar fonunda Müharibənin Öyrənilməsi İnstitutu təsdiqləyib ki, Putin başda…
Daha çoxMehriban Əliyeva 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib. SİA xəbər verir ki, paylaşımda deyilir: “Xalqımıza Zəfər sevincini bəxş etmiş Ordumuzla qürur duyuruq! Allah Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizə rəhmət eləsin! Uca Tanrı xalqımızı və doğma Azərbaycanımızı qorusun!”.
Daha çoxQalstanyan həbs edildi
İrəvan Ümumi Yurisdiksiya Məhkəməsi müxalif “Müqəddəs mübarizə” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyanın iki ay müddətinə həbs edilməsi barədə qərar qəbul edib. SİA Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu onun vəkili Hovhannes Xudoyan açıqlayıb. Onun sözlərinə görə, qərardan Apellyasiya Məhkəməsinə şikayət veriləcək. Qeyd edək ki, arxiyepiskop Baqrat Qalstanyan və onun tərəfdarları terror aktı törətmək və hakimiyyətin konstitusiyaya zidd yolla ələ keçirilməsinə cəhddə şübhəli bilinirlər.
Daha çoxÇinin cənubunda yaşayan yarasalarda potensial təhlükəli iki virus aşkarlanıb
Cənubi Çinin Yunnan əyalətində yaşayan yarasaların orqanizmində daha əvvəl məlum olmayan virus aşkar edilib. Bu viruslardan ikisinin Hendra və Nipah xəstəliklərinin törədicilərinə bənzədiyi müəyyən edilib. SİA xəbər verir ki, bu barədə alimlərin “PLoS Pathogens” elmi jurnalında dərc olunan məqaləsində deyilir. Qeyd olunur ki, bu patogenlər yarasalarla insanların təması nəticəsində yeni zoonoz infeksiyaların yayılmasına səbəb ola bilər. “Biz Yunnan əyalətində kənd meyvə bağlarının yaxınlığında və ətrafdakı mağaralarda yaşayan yarasaların böyrəklərində mövcud olan patogenləri araşdırdıq. Bu analiz zamanı Hendra və Nipah viruslarına çox yaxın olan iki patogen aşkar etdik. Onların ev heyvanlarına…
Daha çoxKOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun iclası keçirilib
“Bakı KOB evi”ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib. SİA xəbər verir ki, iclasda Koordinasiya Qrupunda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Koordinasiya Qrupunun sədri, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev 2024-cü ildə yaradılmış Koordinasiya Qrupunun ilk iclasında verilmiş tapşırıqları xatırladaraq bu platformanın KOB sektoru ilə bağlı dəstək tədbirlərinə dair yeni təşəbbüs və layihələrin irəli sürülməsi, cari fəaliyyətlərə dair məlumatların paylaşılması, fikir mübadiləsi və məsləhətləşmələr, qarşıya çıxan problemlərə dair birgə həll yollarının araşdırılması üçün əhəmiyyətli olduğunu qeyd edib.…
Daha çoxÇexiya hərbi büdcəsini artırmağa hazırdır
Baş nazir Pyotr Fiala hökumətin iclasından sonra bildirib ki, Çexiya ÜDM-in 5 faizinə qədər müdafiə xərclərini artırmağa hazırdır. SİA xəbər verir ki, artım barədə qərar bu gün Şimali Atlantika Alyansının Haaqada keçirilən sammitində qəbul edilib. Baş nazirin sözlərinə görə, Çexiya nümayəndə heyətinin hökumət tərəfindən təsdiq edilmiş mandatı ilkin olaraq belə bir artıma razılıq verilməsi imkanını nəzərdə tuturdu. P.Fiala xatırladıb ki, Çexiya hökuməti mart ayında müdafiə xərclərinin 2030-cu ilə qədər tədricən ÜDM-in üç faizinə, hər il 0,2 faiz artırmağa qərar verib. “Əgər biz bunu sonrakı illərə ekstrapolyasiya etsək, o zaman onun…
Daha çoxİran “Xatəm əl-Ənbiya” Qərargah rəisinin öldüyünü təsdiqlədi
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargah rəisi general Əli Şademaninin İsrailin zərbələri nəticəsində aldığı yaralardan öldüyünü təsdiqləyib. SİA xəbər verir ki, bu barədə SEPAH-ın yaydığı bəyanatda deyilir. Qeyd olunur ki, Şademani keçən həftə İsrailin zərbəsi nəticəsində ağır yaralar alaraq həlak olub. İyunun 17-də İsrail Ordusunun Mətbuat Xidməti xəbər vermişdi ki, Şademani İrana endirilən gecə zərbələri zamanı məhv edilib.
Daha çox“Bu məsələ artıq bağlanıb”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla Rusiyanın S-400 hava hücumundan müdafiə sistemini müzakirə etmədiyini, lakin F-35 təyyarələri haqda danışdığını bildirib. SİA xəbər verir ki, bu barədə TRT məlumat yayıb. “Trampla görüşümüz zamanı S-400-ü müzakirə etmədik. Bu, gündəmimizdə deyildi, məsələ artıq bağlanıb və bitmiş sövdələşmədir. Biz F-35 məsələsini müzakirə etdik”, – Türkiyə lideri qeyd edib. Ərdoğan xatırladıb ki, Türkiyə F-35 layihəsi çərçivəsində təxminən 1,3-1,4 milyard dollar ödəniş edib: “Bu təyyarələri almağımıza gəlincə, Trampın bununla bağlı xoş niyyətli olduğunu gördük. Rəsmilərimiz F-35-lərin alınması, həmçinin F-16-larımızın texniki xidməti və təmiri…
Daha çoxMAQATE dərhal İranda fəaliyyətini bərpa etməlidir
Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) dərhal İrandakı fəaliyyətini bərpa etməlidir. SİA xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron X hesabında yazıb. “Agentliyin İrandakı missiyasını mümkün qədər tez bərpa edə bilməsi vacibdir. Paris nüvə təhlükəsizliyi üçün mühüm rolu olan MAQATE-ni dəstəkləyir”, – Makron bildirib. Qeyd edək ki, İran parlamentinin üzvləri MAQATE ilə əməkdaşlığın müvəqqəti dayandırılmasına dair qanun layihəsini təsdiqləyiblər.
Daha çox