Tramp İrandan zənglərin olduğunu iddia edir…

Tehranın dialoq istəyir..? ABŞ prezidenti Donald Tramp deyib ki, İsrailin zərbələrindən sonra İran tərəfi özü də əlaqə saxlayır və dialoqa başlamaq istəyini bildirir. SİA-nın məlumatına görə, Amerika lideri bu barədə NBC News-a telefonla müsahibəsində bildirib. …Onlar məni danışmağa çağırırlar, – deyə Tramp İranın son hadisələri nəzərə alaraq nüvə sazişi üzrə danışıqlara hazır olub-olmayacağı barədə suala cavab verib. Tramp deyib ki, zəng edənlər keçən dəfə işlədikləri insanlardır. …Onların çoxu indi ölüb, o əlavə edib. İranla danışıqların bərpası ehtimalını şərh edən Tramp qeyd edib ki, “Onlar razılaşma…

Daha çox

Şamaxıda “Suverenliyə aparan Qurtuluş Yolu” adlı tədbir keçirilib

Şamaxıda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Milli Qurtuluş Günü münasibətilə “Suverenliyə Aparan Qurtuluş Yolu” adlı tədbir keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, əvvəlcə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, eləcə də ictimaiyyətin nümayəndələri Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Onlar dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad edərək, abidəsi önünə gül dəstələri düzüblər. Daha sonra tədbir Şamaxı Rayon Mədəniyyət Mərkəzində davam edib. Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov 15 İyun – Milli Qurtuluş Gününün müasir Azərbaycan…

Daha çox

İsrail-İran gərginliyi fonunda Romada təhlükəsizlik tədbirləri gücləndirilib

İsraillə İran arasında artan gərginlik fonunda İtaliyanın paytaxtı Romada təhlükəsizlik tədbirləri gücləndirilib. SİA xəbər verir ki, Romanın yəhudi gettosunda və digər həssas bölgələrinin ətrafında təhlükəsizlik ən yüksək səviyyəyə qaldırılıb. Təhlükəsizlik qüvvələri hazırda həssas bölgələrdə xidmət aparır. Polis xəbərdarlıq səviyyəsinin yüksəldildiyini, sayıqlığın artırıldığını, ehtiyac yaranacağı təqdirdə, tədbirlərin daha da gücləndiriləcəyini açıqlayıb. Qeyd edək ki, Romanın yəhudi gettosu Qərb dünyasının ən qədimi hesab olunur.

Daha çox

Tramp İsrailin İrana zərbələrini yüksək qiymətləndirir…

…İsrailin İrana zərbələri dünya bazarlarına müsbət təsir edəcək. SİA-nın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib, onun sözlərini “The Wall Street Journal” yazıb. …Düşünürəm ki, nəticədə bu, bazar üçün əla olacaq, çünki İran nüvə silahına malik olmayacaq. Bu, bazar üçün əla olacaq və ona çox müsbət təsir göstərməlidir. Bunları Tramp deyib. Onun sözlərinə görə, İsrailin zərbələri İranın bəşəriyyət üçün təhlükə yarada biləcək nüvə silahı əldə etməsinə mane olacaq. Tramp bundan əvvəl İranı “çox gec olmadan” nüvə sazişinə razılıq verməyə çağırmışdı. Onun sözlərinə görə, İsrailin növbəti planlaşdırdığı hücumları daha…

Daha çox

Kahramanmaraşın Azərbaycan məhəlləsində yollar abadlaşdırılır

Kahramanmaraş Böyükşəhər Bələdiyyəsi Azərbaycan məhəlləsi yerləşən ərazidə yolların asfaltlanması və abadlaşdırılması işlərinə başlayıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Azərbaycan hökumətinin dəstəyi ilə inşa olunan yeni yaşayış kompleksinin yerləşdiyi zonada isti asfalt texnologiyasından istifadə olunur. Bu texnologiya yol örtüyünün davamlılığını və uzunömürlülüyünü təmin edir. Eyni zamanda, ərazidə yaşıllaşdırma işləri aparılır ki, bu da yeni köçən ailələr üçün rahat və sağlam yaşayış mühitinin formalaşmasına xidmət edir. Bələdiyyədən verilən məlumata görə, yeni mənzillərin ilk sahibləri püşkatma yolu ilə müəyyən edilib. Onların tezliklə Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilmiş evlərinə köçəcəkləri gözlənilir.…

Daha çox

Ermənistan Rusiya ilə münasibətləri kəsməyəcək…

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın və Moskvanın gələcəyindən danışarkən bəyan edib ki, bu ölkənin Rusiya ilə münasibətləri kəsmək planı yoxdur. SİA xəbər verir ki, bu barədə TASS nəşri məlumat yayıb. Paşinyan qeyd edib ki, Ermənistan balanslaşdırılmış xarici siyasətə görə Rusiya ilə münasibətləri kəsməyəcək. Buna baxmayaraq, ölkə eyni zamanda Avrasiya İqtisadi İttifaqının və Avropa İttifaqının bir hissəsi ola bilməz, deyə o, sözlərinə əlavə edib. Dövlət xadimi əlavə edib ki, bu yaxınlarda Ermənistan parlamenti Avropa İttifaqına üzvlüyün başlanması ilə bağlı qanun layihəsinə baxıb. Praqaya işgüzar səfəri zamanı bu mövzuda danışan siyasətçi…

Daha çox

ABŞ hərbi qüvvələrini Yaxın Şərqə köçürür…

…ABŞ hərbi qüvvələrini, o cümlədən gəmilərini Yaxın Şərqə köçürməyə başladı. SİA-nın məlumatına görə, bu barədə Associated Press yazır. Adları açıqlanmayan rəsmilərin sözlərinə görə, bu qərar İranın İsrailin zərbələrinə mümkün cavabı ilə əlaqədar verilib. Hərbi Dəniz Qüvvələri artıq Şərqi Aralıq dənizinə USS Thomas Hudner esminesini göndərib. Ağ Evin tələbi ilə daha bir gəmi dənizə buraxılıb. Bu arada insayderlər deyirlər ki, Tramp hazırkı vəziyyəti müzakirə etmək üçün Milli Təhlükəsizlik Şurasının rəhbərləri ilə görüşür. İyunun əvvəlində rusiyalı politoloq İsrailin hava hücumlarından sonra İranın gələcəyini dəyərləndirib. Ekspert Sergey Markovun sözlərinə görə, ölkələr daha bir…

Daha çox

Cəmşid Naxçıvanski adına hərbi liseydə buraxılış mərasimi keçirilib

İyunun 13-də Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına hərbi liseyin 53-cü buraxılış mərasimi keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirdə Müdafiə Nazirliyinin (MN) rəhbər vəzifəli şəxsləri, həmçinin MMU-nun və liseyin rəhbərliyi, professor-müəllim heyəti, kursantlar, təhsil ocağını müxtəlif illərdə bitirmiş məzunlar, valideynlər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Hərbi orkestrin müşayiəti ilə şəxsi heyət Azərbaycanın Dövlət Himnini ifa edib. Hərbi liseyin Döyüş bayrağı…

Daha çox

“Şahidlər”i Rusiyaya verən iranlı komandir də öldürülüb…

O, digər zabitlərlə birlikdə komanda mərkəzinə endirilən hava hücumunda həlak olub… İran İslam İnqilabı Keşikçiləri Korpusu aerokosmik komandirinin İsrailin komanda mərkəzinə endirdiyi hava zərbəsi nəticəsində digər zabitlərlə birlikdə öldürüldüyünü təsdiqləyib. SİA-nın məlumatına görə, bu barədə RBC-Ukrayna “The Times of Israel” nəşrinə istinadən xəbər verir. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenkonun sözlərinə görə, Şahed kamikadze pilotsuz uçan aparatların Rusiyaya verilməsində Hacızadə birbaşa iştirak edib. …Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail aviasiyası “Şir millət” əməliyyatı çərçivəsində İranın hərbi…

Daha çox

İran prezidenti İsrailin hava hücumundan sonra xalqa müraciət edib

ABŞ prezidenti Donald Tramp İsrailin İrana hücumunu alqışlayıb… …İran prezidenti Məsud Pezeşkian İsrailin ölkəyə hava zərbələri endirməsindən sonra xalqa müraciət edib. SİA xəbər verir ki, bu barədə TASS nəşri məlumat yayıb. Pezeşkian İsrailin hücumunu cinayət adlandırıb. Onun sözlərinə görə, nə İran hakimiyyəti, nə də xalq buna cavab olaraq susmayacaq. Ölkə prezidenti qanuni olacaq güclü cavab verəcəyini vəd edib. İran liderinin əlavə etdiyi kimi, düşmən adlandırdığı İsrail əməlindən peşman olacaq. Siyasətçi ölkəyə aviazərbələrin endirilməsini axmaq hərəkətlər hesab edib. O, sonda xalqı daha birliyə, yalnız ölkə hakimiyyətinə…

Daha çox