İsrail-İran gərginliyi fonunda Romada təhlükəsizlik tədbirləri gücləndirilib


İsraillə İran arasında artan gərginlik fonunda İtaliyanın paytaxtı Romada təhlükəsizlik tədbirləri gücləndirilib.

SİA xəbər verir ki, Romanın yəhudi gettosunda və digər həssas bölgələrinin ətrafında təhlükəsizlik ən yüksək səviyyəyə qaldırılıb. Təhlükəsizlik qüvvələri hazırda həssas bölgələrdə xidmət aparır.

Polis xəbərdarlıq səviyyəsinin yüksəldildiyini, sayıqlığın artırıldığını, ehtiyac yaranacağı təqdirdə, tədbirlərin daha da gücləndiriləcəyini açıqlayıb.

Qeyd edək ki, Romanın yəhudi gettosu Qərb dünyasının ən qədimi hesab olunur.

Əlaqəli Xəbərlər