Putin ilə Zelenskinin görüşü nümayəndə heyətlərinin konkret razılaşmasından sonra mümkündür

Rusiya və Ukrayna prezidentləri Vladimir Putin ilə Volodimir Zelenski arasında görüş mümkündür, lakin bu, iki ölkənin nümayəndə heyətləri arasında konkret razılaşmaların nəticəsi olmalıdır. SİA xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Donald Trampın iştirakı ilə ikitərəfli və ya üçtərəfli sammitin keçirilməsi ehtimalını şərh edərkən deyib. Peskov bildirib ki, Ukrayna nizamlanması üzrə Rusiya memorandumunun layihəsi üzərində iş son mərhələdədir. Onun sözlərinə görə, sənəd yaxın vaxtlarda təqdim olunacaq. Rusiya ilə Ukrayna arasında birbaşa danışıqların növbəti raundunun mümkün yeri ilə bağlı sualı cavablandıran Kreml nümayəndəsi qeyd edib ki, hələlik heç…

Daha çox

“Bosniya qəssabı” ləqəbli Ratko Mladiçin səhhəti daha da pisləşib…

Soyqırımı və müharibə cinayətlərinə görə 2017-ci ildə ömürlük həbs cəzasına məhkum edilən Bosniya serbləri ordusunun sabiq komandiri Ratko Mladiçin səhhətinin daha da pisləşdiyi və vəziyyətinin ağır olduğu bildirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, həkimlər Haaqadakı həbsxanada səhhəti pisləşdikdən sonra xəstəxanada müalicəsi davam etdirilən “Bosniya qəssabı” ləqəbli R.Mladiçin ailəsinə onun xəstəliyinin sağalmaz olduğunu və cəmi bir neçə ay ömrünün qaldığını deyiblər. Xatırladaq ki, Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Haaqa Tribunalı R.Mladiçi soyqırımında, insanlıq əleyhinə cinayətlərdə, həmçinin müharibə qanunları və ənənələrini pozmaqda təqsirkar bilib və o, ömürlük həbs cəzasına məhkum olunub.…

Daha çox

Bakı Davamlılıq Koalisiyasının irəliləyişinə dair növbəti addımlar müzakirə edilib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudiya Rosbax və Bakı Davamlılıq Koalisiyasının digər üzvləri görüşüb. SİA xəbər verir ki, bunu A.Quliyev “X” sosial şəbəkəsindəki hesabında bildirib. Onun sözlərinə görə, görüşdə Koalisiyanın COP29-un işə başladığı vaxtdan bəri əldə etdiyi irəliləyişlər vurğulanıb. Xüsusilə, “Davamlı və Sağlam Şəhərlər üçün Çoxsahəli Fəaliyyət Yolları” (MAP) təşəbbüsü üzrə artan beynəlxalq dəstəyi qeyd edilib. MAP təşəbbüsünü artıq 200-dən çox tərəfdaş, o cümlədən 54 milli hökumət, 100-dən çox şəhər və bir sıra beynəlxalq və regional təşkilatlar təsdiqləyib. “Biz…

Daha çox

Saxta attestatlar Rusiyada hazırlanıb..?

Belarusda, Minskdə iki abituriyent universitetin qəbul komissiyasına saxta attestat gətirib. SİA-nın məlumatına görə, bununla bağlı təfərrüatları Dövlət Məhkəmə Ekspertizası Komitəsinin mətbuat xidmətindən veriblər. …Bu ilin mart ayında paytaxt ali məktəblərindən birinin qəbul komissiyası təhsilə qəbul üçün sənədləri qəbul edib, – deyə idarədən bildirilib. Dövlət Komitəsindən verilən məlumata görə, iki abituriyentin təqdim etdiyi sənədlərin siyahısına Rusiya müəssisələri tərəfindən verilmiş orta təhsil haqqında attestatlar daxil edilib. Sözügedən sənədlər komissiya üzvlərində onların həqiqiliyinə şübhə yaradıb. Polis əməkdaşları arayışları müsadirə edərək sənədlərin məhkəmə-texniki ekspertizasına göndəriblər. Mütəxəssislər müəyyən ediblər ki, orta təhsil haqqında adları çəkilən…

Daha çox

Laçın Beynəlxalq Hava Limanı regionun inkişafına və dünyaya inteqrasiyasına mühüm töhfə verəcək

Azərbaycan torpaqlarının 30 illik işğaldan azad edilməsi ilə regionun inkişaf və tərəqqi mərkəzinə çevrilməsinin vaxtı çatıb. Əminəm ki, bu gün istifadəyə verilən Laçın Beynəlxalq Hava Limanı regionun inkişafına və dünyaya inteqrasiyasına mühüm töhfə verəcək. SİA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Laçında keçirilən üçtərəfli görüşünün yekunlarına dair bəyanatında bildirib. Türkiyə lideri Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib, ölkəmizin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib. Rəcəb Tayyib Ərdoğan Türkiyə, Azərbaycan və Pakistanı “münasibətləri qarşılıqlı…

Daha çox

Turistlər Misiri Mərakeşə dəyişirlər..?

…Mütəxəssislər turistlərin Mərakeşə marağının artdığını qeyd ediblər. SİA-nın məlumatına görə, həmişə piramidalar ölkəsində istirahətə üstünlük verənlər indi Mərakeşə üz tuturlar. Misir turistlərin marağını itirir. Bunu britaniyalı analitiklər deyib. Ekspress-də dərc olunan məlumatlara görə, turistlər Misirdən 3400 kilometr aralıda yerləşən, qumlu çimərliklərin, tarixi ekskursiyaların və digər maraqlı təkliflərin olduğu Mərakeşdə istirahət etmək üçün piramidalar ölkəsini tərk edirlər. Nəticədə 2024-cü ildə Mərakeşə 17,4 milyon turist səfər edib. Artım 20 faiz və ya 3 “əlavə” milyon təşkil edib. Bu il Mərakeşə 4 milyon turist gəlib ki, bu da ötən illə müqayisədə 22 faiz…

Daha çox

Türkiyə Prezidenti Azərbaycanın Müstəqillik Günü ilə bağlı paylaşım edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın 28 May – Müstəqillik Günü ilə bağlı paylaşım edib. SİA xəbər verir ki, Türkiyənin dövlət başçısı “X” sosial media hesabında Azərbaycanı təbrik edib. Rəcəb Tayyib Ərdoğan Azərbaycanın müstəqilliyinin müdafiəsi uğrunda canlarını təhlükəyə atan, müstəqillik və gələcək uğrunda şəhid olanları ehtiramla yad etdiyini vurğulayıb.

Daha çox

Tramp Netanyahudan İrana zərbə endirməyi təxirə salmasını istəyib

ABŞ Prezidenti Donald Tramp Tehranla yeni nüvə sazişi üzrə danışıqları aparması üçün İsrailin Baş naziri Benyamin Netanyahudan İrana zərbə endirməkdən çəkinməsini istəyib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə o, Ağ evdə jurnalistlərə açıqlamasında deyib. O, Netanyahuya hazırda zərbə vurmağın uyğunsuz olacağını bildirib.

Daha çox

Azərbaycanın Müstəqillik Günü Polşada qeyd olunub

Polşadakı səfirliyimizin təşəbbüsü ilə Polşanın Müstəqillik Muzeyində Azərbaycanın Müstəqillik Gününə həsr edilmiş tədbir keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, muzeyin direktor müavini Bartolomey Klusek tədbir iştirakçılarını salamlayaraq belə əlamətdar tarixin Müstəqillik Muzeyində qeyd olunmasından məmnunluğunu ifadə edib və Azərbaycan xalqına təbriklərini çatdırıb. Tədbirdə çıxış edən Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasından, gənc dövlətin keçdiyi inkişaf yolundan bəhs edib. Səfir Azərbaycanın polyakəsilli görkəmli dövlət xadimlərini və memarlarını xatırlayaraq, bolşeviklərin Azərbaycanın işğalına qarşı mübarizədə həyatlarını qurban vermiş polşalı zabitlərə ehtiramını bildirib. Qısa müddətdə süqut etməsinə baxmayaraq,…

Daha çox

Azərbaycan, Türkiyə və Pakistan əməkdaşlığı ildən-ilə gücləndirir

Azərbaycan, Türkiyə və Pakistan – üç qardaş ölkə əməkdaşlığı ildən-ilə, gündən-günə gücləndirir. SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı deyib. Dövlət başçısı qeyd edib: “Biz ağır günlərdə hər zaman bir-birimizin yanındayıq, həmrəylik, dəstək göstəririk”.

Daha çox