…Mütəxəssislər turistlərin Mərakeşə marağının artdığını qeyd ediblər.
SİA-nın məlumatına görə, həmişə piramidalar ölkəsində istirahətə üstünlük verənlər indi Mərakeşə üz tuturlar.
Misir turistlərin marağını itirir. Bunu britaniyalı analitiklər deyib.
Ekspress-də dərc olunan məlumatlara görə, turistlər Misirdən 3400 kilometr aralıda yerləşən, qumlu çimərliklərin, tarixi ekskursiyaların və digər maraqlı təkliflərin olduğu Mərakeşdə istirahət etmək üçün piramidalar ölkəsini tərk edirlər. Nəticədə 2024-cü ildə Mərakeşə 17,4 milyon turist səfər edib. Artım 20 faiz və ya 3 “əlavə” milyon təşkil edib.
Bu il Mərakeşə 4 milyon turist gəlib ki, bu da ötən illə müqayisədə 22 faiz çoxdur. Eyni zamanda, ölkənin Turizm, Sənətkarlıq, Sosial və Həmrəylik İqtisadiyyatı Nazirliyi ilin sonuna kimi Mərakeşə gələn turistlərin sayının 20 milyon nəfərə çatacağına ümid edir.
Yada salaq ki, ekspertlərin hesablamalarına görə, gələn yayda ruslar 50 milyondan çox turist səfəri edəcək.
Nazlı Almuradova