Almaniyanın Avropa üzrə xarici işlər naziri Günter Kriqbaum deyib ki, Avropa İttifaqına üzv ölkələrin uzun müddətdir davam edən qanunun aliliyi pozuntularına görə Macarıstana qarşı səbri azalır və daha çox dövlət gələcək addımları nəzərdən keçirir.
SİA-nın məlumatına görə, onun sözlərini “Tagesspiegel” nəşri “European Pravda”ya istinadən yazır.
Brüsseldə keçirilən Avropa İttifaqı nazirlərinin görüşündə Kriqbaum deyib ki, alman həmkarlarının səbri “hər keçən gün əriyir”. O qeyd edib ki, Macarıstanın səsvermə hüququndan məhrum edilməsi prosesi “kifayət qədər uzun müddət” uzanıb və problemin kökünə necə varmaq barədə düşünməyin vaxtı çatıb.
Kriqbaum vurğulayıb ki, yeni federal hökumət əvvəlcə baş nazir Viktor Orbanın hökuməti ilə birbaşa danışıqlar aparmağa çalışacaq.
…Ancaq onu da deməliyik ki, hər bir səbrin öz həddi var, – alman nazir vurğulayıb.
O, həmçinin bunun Avropa İttifaqı vətəndaşlarının “müqavilələrlə təmin olunan” hüquqlarına aid olduğunu vurğulayıb.
Nazlı Almuradova