“Ailə sosial bir birlikdir və ənənəvi olaraq qadın və kişidən ibarət olur”. Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib. O bildirib ki, fərqli cəmiyyətlərdə ailənin quruluşu, qadın və kişinin hüquq və vəzifələrinə yanaşmalar müxtəlif olsa da, bir həqiqət var ki, qadınlar və kişilər hər zaman çalışmışlar. Zaman-zaman ailədə qadın və kişinin roluna yanaşmaların fərqli olması inanc və mental dəyərlərə görə dəyişmişdir. İbtidai icma quruluşunda da kişilər ov edər, qadınlar isə uşaqlara baxıb yemək hazırlamaqla məşğul olardılar. Bu gün də qadınların işlədiyi bir dövr mövcuddur,…
Daha çoxDay: May 20, 2025
Sabah Sabirabadın 7 kəndində qaz olmayacaq
Sabah Sabirabad rayonunun 7 kəndində qaz təchizatı dayandırılacaq. Bu barədə SİA-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, “Azadakənd” qazpaylayıcı stansiyasından (QPS) qidalanan Sabirabad rayon kəndlərini təbii qazla təmin edən PE 250, 200, 160, 110 mm-lik yeraltı qaz kəmərlərində kipliyin sınağı məqsədilə mayın 21-də saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Sabirabad rayonunun 7 kəndində qaz təchizatının daxildən dayandırılması planlaşdırılır. Qeyd edilib ki, bu müddət ərzində rayonun Azadkənd, Poladtoğay, Yaxadəllək, Beşdəli, Qarağac, Dadaşbəyli, Minbaşı kəndlərində (ümumi 2 211 abonent) qaz təchizatı dayandırılacaq.
Daha çox“Azərbaycan Aİ-nin enerji təhlükəsizliyinin təmin olunmasında fəal iştirak edən ölkələrdəndir”
“Avropa ümumilikdə geniş bir regiondur və burada Azərbaycanın Avropa İttifaqına üzv olan bəzi ölkələrlə münasibətləri müsbət dinamikaya malikdir, eyni zamanda münasibətlərin zəif olduğu ölkələr də mövcuddur. Avropa Siyasi Birliyi 2022-ci ildən etibarən, Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsindən sonra, Fransanın təşəbbüsü ilə Avropa regionunda siyasi dialoqun genişləndirilməsi məqsədilə yaradılmışdır. Bu çərçivədə indiyədək altı dövlətlərarası sammit keçirilmişdir”. Bu sözləri SİA-ya açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov deyib. Onun sözlərinə görə, Azərbaycan bu sammitlərin dördündə iştirak etmiş, yalnız iki humanitar məzmunlu görüşdə iştirak etməmişdir. Azərbaycan Kanada və Budapeştdə keçirilmiş…
Daha çoxQazaxıstan iyulda avrobond buraxacaq…
…Qazaxıstan bu ilin iyul ayında ölkənin əlavə investisiya cəlb etmək və beynəlxalq bazarlarda maliyyə sabitliyini gücləndirmək istəyini əks etdirən avrobondlar buraxmağı planlaşdırır. SİA-nın məlumatına görə, hökumət rəsmilərinin bəyanatları göstərir ki, hazırlıq mərhələsi artıq başa çatıb və məsələyə mühüm infrastruktur layihələrinin maliyyələşdirilməsinə, iqtisadi inkişafın və milli proqramların dəstəklənməsinə kömək edəcək əhəmiyyətli vəsaitlərin cəlb edilməsi daxildir. Bu addım xarici iqtisadi vəziyyət, artan daxili tələb və ölkənin maliyyə müstəqilliyi səviyyəsini artırmaq istəyi ilə bağlıdır. Ekspertlər hesab edirlər ki, iyul ayında avrobondların yerləşdirilməsi Qazaxıstanın iqtisadi siyasətinə və dövlət borcunu effektiv idarə etmək qabiliyyətinə inamı…
Daha çoxAzərbaycan və Moldovanın tənzimləmə qurumları memorandum imzalayıb
Bu gün Energetika Nazirliyinin tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və Moldovanın Milli Enerji Tənzimləmə Qurumu (ANRE) arasında enerji tənzimlənməsi sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. SİA EMTA-ya istinadən xəbər verir ki, memorandum ANRE-nin baş direktoru Aleksey Taranın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində imzalanıb. Sənədi EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov və ANRE-nin baş direktoru Aleksey Taran imzalayıblar. Anlaşma memorandumu ikitərəfli və regional enerji bazarının tənzimlənməsi məsələləri üzrə birbaşa dialoq qurmaq və inkişaf etdirmək, regional enerji bazarına təsir edən təcili və ya fövqəladə hallar zamanı səmərəli məlumat mübadiləsini…
Daha çoxAvropa Dövlət Prokurorluğunun Baş prokurorunun müavini Petr Klementin Azərbaycanda səfərdədir
Avropa Dövlət Prokurorluğunun Baş prokurorunun müavini Petr Klementin Azərbaycanda səfərdədir. SİA Baş Prokurorluqdan verilən məlumata görə, Baş prokuror Kamran Əliyev, Avropa Dövlət Prokurorluğunun Baş Prokurorunun müavini Petr Klementinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Baş prokuror görüş zamanı qanunun aliliyi və ədalətin təmin edilməsində Avropa İttifaqı ilə Azərbaycan arasında mövcud əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, həmçinin Azərbaycan Baş Prokurorluğu ilə Avropa Prokurorluğu arasında əlaqə mexanizminin yaradılması və gücləndirilməsinin vacibliyini qeyd edib. Petr Klementin isə, görüşdə Azərbaycanda həyata keçirilən hüquqi islahatların və bu islahatların beynəlxalq hüquq və ədalət prinsipləri ilə uyğunluğunu müsbət…
Daha çoxŞərqlə Qərb arasında körpü
Macarıstanda Türk Dövlətləri Təşkilatı liderlərinin görüşü keçirilir Türkdilli Dövlətlər Təşkilatının (TDT) ilk dəfə sammiti mayın 20-22-də Avropa İttifaqının ölkəsində, bu assosiasiyada müşahidəçi statusuna malik Macarıstanda keçiriləcək. Gündəliyə rabitənin inkişafı, qarşılıqlı ticarətin genişləndirilməsi, əlifbaların birləşdirilməsi və ortaq türk dilinin təşviqi kimi əsas məsələlər daxildir. Bu məsələlər təcili həllini tələb edir. Sammit çərçivəsində baş nazir Viktor Orban və Mərkəzi Asiya ölkələrinin liderləri arasında ikitərəfli danışıqlar da baş tutacaq. Budapeştdə keçirilən tədbir Macarıstanın Şərqlə Qərb arasında körpü rolunu vurğulayan Baş nazir Viktor Orban tərəfindən irəli sürülüb. Macarıstanda keçirilən TDT sammiti görünməmiş hadisədir: ilk…
Daha çox“Qızların STEM-də yüksəlişi” proqramının qalibləri açıqlandı
“Huma Quşu” təhsilə yardım fondu Azercell-in dəstəyi ilə həyata keçirdiyi “Qızların STEM-də yüksəlişi” təqaüd proqramının qaliblərini açıqlayıb. Proqram çərçivəsində 10 tələbə qıza təqaüd təqdim olunub. Qeyd edək ki, layihə Azercell-in “Həyatı daha dolğun edirik: Qadınlara dəstək proqramı” çərçivəsində qalib gəlmiş sosial təşəbbüslərdən biridir. Təqaüd proqramının ilkin mərhələsində 5 tələbənin dəstəklənməsi nəzərdə tutulsa da, iştirakçıların yüksək bilik və potensialı nəzərə alınaraq “Huma Quşu” Fondu tərəfindən əlavə 5 tələbəyə də təqaüd ayrılıb. Layihənin əsas məqsədi informasiya texnologiyaları və kommunikasiya sahələrində təhsil alan gənc qızların bilik və bacarıqlarının inkişafına dəstək olmaq, onların bu…
Daha çox“Azərbaycanda orta aylıq əməkhaqqı səviyyəsi nisbətən aşağıdır”
“Azərbaycanda əməkhaqqı səviyyəsi həm iqtisadi sektorlardan, həm də regional xüsusiyyətlərdən asılı olaraq ciddi şəkildə fərqlənir. Məsələn, paytaxtda orta əməkhaqqı ölkə üzrə orta göstəricidən daha yüksəkdir. Lakin ucqarlara doğru bu göstərici aşağı düşür. Bu fərq hətta eyni sektor daxilində belə müşahidə olunur”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib. Onun sözlərinə görə, orta əməkhaqqı səviyyəsi, dövlət sektoru istisna olmaqla, əsasən özəl sektorda bazar təkliflərinə əsasən formalaşır: “Bu isə həm sahələr, həm də regionlar arasında fərqlərin yaranmasına səbəb olur. Sektorlar üzrə müqayisəyə nəzər salsaq, kənd təsərrüfatı, təhsil və xidmət sahələrində…
Daha çox“Xarici agentlər haqqında qanun”un qəbuluna nə mane olur?
Milli Məclis tərəfindən qanun qəbul edilsə, o zaman dağıdıcı müxalifətin xaricdən qrant almaq fəaliyyətlərinə son qoydular Heç kəsə sirr deyil ki, Azərbaycanda elə siyasi, ictimai təşkilatlar var ki, onlar xarici fondlardan qarantlar şəklində maliyyə yardımları alırlar. Həmin vəsaitlərin qarşılığında Azərbaycanın beynəlxalq aləmdə imicini ləkələməyə, qələbələrinə, uğurlarına kölgə salmağa çalışırlar. Bu sahə üzrə ixtisaslaşmış dağıdıcı müxalifət və onların ətrafında olan trollar böyük həcmdə pullar əldə etdikcə, daha böyük həvəslə ölkəmizin milli və dövlətçilik maraqlarına yönələn fəaliyyətini bir qədər də genişləndirirlər. Bu baxımdan birmənalı şəkildə demək olar ki, AXCP, Müsavat, Real, “Milli…
Daha çox