ABŞ-da Alzheymer xəstəliyinin diaqnozu ilə bağlı yeni qan testinə icazə verilib. SİA xəbər verir ki, yeni qan testi Alzheymer xəstəliyini daha erkən aşkar edərək xəstələrin daha tez müalicəyə başlamasına şərait yaradır. ABŞ Qida və Dərman Agentliyinin məlumatına görə, bu testin effekti beyin skaneri ilə müqayisə edilə bilər. Agentlik bildirir ki, yaşı 65-i keçən insanların 10 faizi Alzheymer xəstəsidir. Bu göstəricinin 2050-ci ilədək ikiqat artacağı gözlənilir.
Daha çoxDay: May 18, 2025
Helikopterlərin toqquşması nəticəsində beş nəfər həlak olub
Finlandiyanın cənub-qərbində yerləşən Eyura şəhəri yaxınlığında iki mülki helikopter toqquşub. SİA xəbər verir ki, helikopterlərdən birində iki, digərində isə üç nəfər olub və onların hamısı hadisə yerində həyatını itirib. Mediada yayılan məlumatlara əsasən, həlak olanlar arasında iki estoniyalı iş adamı da olub. Qəza yerli vaxtla saat 12:35 radələrində (Bakı vaxtı 14.35) baş verib. Toqquşmadan sonra hər iki helikopter yerə çırpılıb. Hadisənin şahidlərindən birinin sözlərinə görə, helikopterlərdən biri manevr edərkən digərinə çırpılıb və nəticədə hər iki hava nəqliyyatı vasitəsi yerə düşüb. Helikopterlər hadisə yerində bir-birindən təxminən 100 metr məsafədə aşkar edilib.…
Daha çoxSəudiyyə Ərəbistanında süni intellekt həkimləri əvəz edir…
Bu ilin aprel ayında Səudiyyə Ərəbistanının şərqindəki Əl-Ahsa bölgəsində yerli səhiyyə xidmətləri şirkəti Almoosa Health Group ilə birgə innovativ pilot layihəyə start verilib. Pilot proqram süni intellektin virtual həkim kimi istifadəsinə, xəstələrlə qarşılıqlı əlaqəyə, diaqnostikanın aparılmasına və dərmanların təyin edilməsinə əsaslanır. SİA-nın məlumatına görə, bu iş alqoritmi həkimlə standart görüşə mümkün qədər yaxındır. Yaradıcılar hesab edirlər ki, bu texnologiyadan istifadə səhiyyənin yükünü yüngülləşdirəcək, əsas tibbi xidmətlərə operativ çıxışı təmin edəcək və müraciətlərin işlənməsini sürətləndirəcək. Onlar bu cür layihələri süni intellektin ilkin səhiyyə xidmətinə inteqrasiyası, xəstələrin həkimin birbaşa iştirakı olmadan lazımi…
Daha çoxKeçmiş nazirin evində qətl işi ilə bağlı axtarışlar aparılıb…
Rusiyanın keçmiş xarici işlər naziri Kozırevin malikanəsində 1990-cı illərdəki qətllərlə bağlı axtarışlar aparılıb… …2012-ci ildə o, Tolyattidə məşhur cinayətkar, Sirotinski mütəşəkkil cinayətkar qrupunun üzvü İqor Şinkorenko ilə əlaqəli şəxslərə daşınmaz əmlak satıb. İstintaq tədbirləri əvvəllər Rusiyanın keçmiş xarici işlər naziri Andrey Kozırevə (Rusiya hakimiyyəti tərəfindən xarici agent kimi tanınıb-A.B.) məxsus olan, Moskva yaxınlığındakı Barvixada yerləşən evdə həyata keçirilib. SİA xəbər verir ki, “İzvestiya”nın dərc etdiyi məlumata görə, axtarışlar 1990-cı illərdə baş vermiş silsilə qətllərin araşdırılması ilə bağlıdır. Axtarışlar zamanı nağd pullar, sənədlər…
Daha çoxRusiya mağaza vitrinlərindən spirtli içkiləri yığışdırmaq istəyir…
…Alkoqollu içkilərin tütün məmulatlarına tətbiq olunan prinsipə əsasən, qapalı vitrinlər və ya dispenserlər vasitəsilə satışı təklif edilir. Alkoqollu içkilər pərakəndə satış məntəqələrində müştərilərin gözündən uzaqlaşdırılmalı və tütün məmulatları kimi yerləşdirilməlidir. SİA-nın məlumatına görə, bu təklifi TASS agentliyinə müsahibəsində Rusiya Federasiyası İctimai Palatasının katibinin müavini Vladislav Qrib səsləndirib. Qribin fikrincə, əgər dövlət həqiqətən gənc nəsli alkoqolun zərərli təsirindən qorumaq istəyirsə, o, alkoqolun siqaretlə eyni prinsiplərə uyğun – nümayişsiz satılmasını təmin etməlidir. O, tütünə qarşı eyni tədbirlərin spirtli içkilərə də tətbiq edilməsini haqlı hesab etdiyini vurğulayıb. …Mağazalarda siqaretlər gizlədilir, onlar görünmür. Əvəzində…
Daha çoxABŞ prezidenti Zelenskini xarakterizə edib…
O, Vaşinqtona gəlir və 100 milyard dollarla gedir, sonra isə getdikcə daha çox,..daha çox istəyir… …ABŞ prezidenti Donald Tramp ukraynalı həmkarı Vladimir Zelenski ilə bağlı səciyyələndirici açıqlama verib. Siyasətçi onu dünyanın ən yaxşı treyderi adlandırıb. SİA-nın əldə etdiyi məlumata görə, Tramp bu baxımdan Zelenskinin ondan da üstün olduğunu vurğulayıb. …O, Vaşinqtona gəlir və 100 milyard dollarla gedir, sonra isə getdikcə daha çox,..daha çox istəyir. Qeyd edək ki, Amerika prezidenti bunu “Fox News”-a müsahibəsi zamanı bildirib. Trampın sözlərinə görə, son səfəri zamanı Zelenski cəmi 60 milyard…
Daha çoxTramp bir sıra ölkələr üçün yeni tariflər elan edib
ABŞ-ın ticarət tərəfdaşları onlara yeni tariflər barədə məlumat verən məktublar alacaqlar/// …ABŞ prezidenti Donald Tramp cümə günü, mayın 16-da bildirib ki, o, “yandakı iki-üç həftə ərzində” Amerika ticarət tərəfdaşlarına “tarif dərəcələri” tətbiq edəcək. Və onun administrasiyasının hər bir ticarət tərəfdaşı ilə danışıqlar aparmaq, eləcə də razılığa gəlmək imkanının olmadığını qeyd edib. SİA-nın məlumatına görə, bunu Bloomberg xəbər verir. Tramp bildirib ki, Maliyyə Naziri Skott Bessent və Ticarət Naziri Hovard Lutnik “insanlara Birləşmiş Ştatlarda iş görməyin nəyə başa gələcəyini izah edən məktublar göndərəcək”. …Düşünürəm ki, biz çox…
Daha çoxBöhran Rusiya iqtisadiyyatının daha bir sahəsini bürüyür..?
Pul yoxdur, istehsal dayanır …Rusiya iqtisadiyyatının enerji sektoru hazırda nəhəng problemlərlə üzləşən yeganə sektor deyil. SİA-nın məlumatına görə, bunu dialog.ua qeyd edir. Sənaye bir-birinin ardınca böhrana sürüklənir, o cümlədən kənd təsərrüfatı sektoru, vəziyyəti Rusiyanın kənd təsərrüfatı texnikasının flaqmanı olan Rostselmaş konserni ilə mövcud vəziyyətlə aydın şəkildə təsvir olunur. İyun ayından etibarən Rusiyanın Ukraynaya hücumundan əvvəl Rusiya Federasiyasında bütün kombaynların üçdə ikisini və digər kənd təsərrüfatı texnikasının 70 faizini istehsal edən bu şirkət istehsalı dayandıracaq. Bunu Reuters xəbər verir. Fermerlərin yeni texnikaya pulu yoxdur Səbəb ixrac…
Daha çoxQlobal istiləşmə Sibirin yaşıllaşmasına səbəb olacaq…
Tədqiqatçılar belə nəticəyə gəliblər ki, tropik bölgələr qurumaq üzrədir və əksinə, Sibirdə bitki örtüyü çiçəklənə bilər. SİA-nın məlumatına görə, bu nəticələr Nature Climate Change jurnalında dərc olunub. …Hətta temperaturun 1,5 dərəcə cüzi artımı iqlim təhlükəsini ifadə edir. Amazon tropik meşələrinin savannaya çevrilməyə başlayacağı proqnozlaşdırılır. Mütəxəssislər bu prosesin cari əsrin sonlarında başlayacağını irəli sürürlər. Orta temperatur 2,7 dərəcə yüksələrsə, bölgənin tamamilə yox olması iki yüz il ərzində baş verəcək. Eyni zamanda, Sibir tayqası aktiv böyümə və inkişaf üçün əlverişli şərait əldə edəcəkdir. Artıq iqlim dəyişikliklərinin müşahidə olunduğu vurğulanır. Əsas səbəbin istixana…
Daha çox