…Alkoqollu içkilərin tütün məmulatlarına tətbiq olunan prinsipə əsasən, qapalı vitrinlər və ya dispenserlər vasitəsilə satışı təklif edilir.
Alkoqollu içkilər pərakəndə satış məntəqələrində müştərilərin gözündən uzaqlaşdırılmalı və tütün məmulatları kimi yerləşdirilməlidir.
SİA-nın məlumatına görə, bu təklifi TASS agentliyinə müsahibəsində Rusiya Federasiyası İctimai Palatasının katibinin müavini Vladislav Qrib səsləndirib.
Qribin fikrincə, əgər dövlət həqiqətən gənc nəsli alkoqolun zərərli təsirindən qorumaq istəyirsə, o, alkoqolun siqaretlə eyni prinsiplərə uyğun – nümayişsiz satılmasını təmin etməlidir. O, tütünə qarşı eyni tədbirlərin spirtli içkilərə də tətbiq edilməsini haqlı hesab etdiyini vurğulayıb. …Mağazalarda siqaretlər gizlədilir, onlar görünmür. Əvəzində biz araq, konyak, pivə şüşələrində çoxlu cəlbedici etiketlər görürük – bunlar diqqəti cəlb edən əsl sənət əsərləridir.
Bunu Qrib deyib və əlavə edib ki, spirtli içki qəbul edən və ya siqaret çəkənlər çeşidlərə yaxşı bələd olduqları üçün onlara lazım olan məhsulu tapmaq çətin olmayacaq.
Əli Babayev