…Əksər ruslar ailələrinə daha çox vaxt ayırmaq üçün qadınların iş gününün bir saat azaldılması ideyasını bəyənirlər.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu məlumat SuperJob iş axtarışı xidməti tərəfindən paylaşılıb. Respondentlərin 67 faizi qadınların gündəlik həyatda daha çox yük daşıdığını izah edərək bu təşəbbüsü dəstəkləyib. Respondentlərin 17 faizi əleyhinə səs verib.
Onlar bərabərlik prinsiplərinə istinad edirlər..?
Digər 16 faiz isə atalığın inkişaf etdirilməsinin zəruri olduğunu və bu ideyanın bəzi sahələrdə həyata keçirilməsinin çətinliyini qeyd edərək, təşəbbüsü qiymətləndirməkdə çətinlik çəkib.
Qadınların 79, kişilərin isə 53 faizi təşəbbüsü dəstəkləyib.
Kişilərin 28, qadınların isə yalnız 7 faizi bu fikrə mənfi münasibət bəsləyib.
Arqumentlərdən biri belə bir tədbirin biznesə mənfi təsir edəcəyi və işəgötürənlərin işçi kimi qadınlara marağının azalmasına səbəb olacağıdır.
Bundan əlavə, yaşı 35-dən aşağı olan ruslar arasında 64, 45-dən yuxarı sorğuda iştirak edənlər arasında isə 69 faiz bu ideyanı dəstəkləyib.
Nazlı Almuradova