ABŞ-da övladlığa götürən uşaq yorğunluqdan və qəribə cəzadan ölüb…


ABŞ-da yeddi yaşlı uşaq övladlığa götürən valideynləri tərəfindən qeyri-adi cəzaya məruz qaldıqdan sonra – zeytun duzlu suyu içərək faciəvi şəkildə ölüb.

SİA xəbər verir ki, bu barədə Britaniyanın “The Daily Mail” nəşri məlumat yayıb.

Isayya Stark, Con və Elizabetin övladlığa götürülmüş oğlu idi və ondan başqa bu ailədə daha beş uşaq var idi.

Valideynlərin bütün uşaqları üçün cəza üsulu kimi müntəzəm olaraq zeytun duzundan istifadə etdiyi bildirilir.

Nəşrin verdiyi məlumata görə, Isayyaya növbəti cəza tətbiqindən sonra, uşaq həyat əlamətləri göstərməyi dayandırıb.

Müalicə müəssisəsindən gələn həkimlər uşağın ölümünü təsdiqləyiblər.

Sonrakı araşdırmalar nəticəsində məlum olub ki, oğlan yorğunluq və qida çatışmazlığından əziyyət çəkirmiş. Lakin Con və Elizabet bu vəziyyəti Isayyanın “psixi pozğunluqları” ilə izah ediblər.

Cəsədin müayinəsi ölümün dəqiq səbəbini müəyyən etməyə və uşağın psixi sağlamlığını qiymətləndirməyə imkan verməyib.

Nəticədə prokurorluq əlavə araşdırma aparmaqdan imtina edib. Üstəlik, övladlığa götürdüyü oğlunun faciəli ölümündən cəmi bir ay sonra Elizabet altıncı uşağına hamilə olduğunu açıqlayıb.

Nazlı Almuradova

Əlaqəli Xəbərlər