Azərbaycanda xidmətə yeni qəbul olunmuş gömrükçülər and içib

Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümündə gömrük orqanlarına xidmətə yeni qəbul olunmuş əməkdaşların andiçmə mərasimi keçirilib. SİA xəbər verir ki, mərasim Dövlət Bayrağı Meydanında baş tutub. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Ulu Öndərin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ümummilli Liderin həyat və fəaliyyəti, eləcə də gömrük orqanlarına tövsiyələrini əks etdirən videoçarxların nümayişindən sonra xidmətə yeni qəbul edilən 113 əməkdaş Gömrükçü Andı içib və hərbi marşın sədaları altında təntənəli şəkildə tribuna önündən keçiblər. Dövlət…

Daha çox

“Expressbank”ın rəhbərliyi Ulu Öndərin məzarını ziyarət edib

“Expressbank” ASC-nin rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə onun qəbirüstü abidəsini ziyarət edib. SİA xəbər verir ki, bankın Müşahidə Şurası və İdarə Heyətinin iştirakı ilə baş tutan ziyarət zamanı Ulu Öndərin qəbirüstü abidəsinin önünə əklil qoyulub və qızılgüllər düzülüb. Bank rəsmiləri dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad edib, onun əvəzsiz xidmətlərini minnətdarlıqla xatırlayıblar və Abidə qarşısında baş əyərək hörmətlərini bildiriblər. Heydər Əliyev ideyalarının yaşadılması, onun dövlətçilik irsinə sadiqlik və bu dəyərlərin gələcək nəsillərə ötürülməsi istiqamətində “Expressbank”ın fəaliyyətində davamlı yer alan addımlar təkcə keçmişə ehtiram deyil, həm…

Daha çox

Heydər Əliyev siyasi irsinin təməl sütunları

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə elan edilmiş “Konstitusiya və Suverenlik İli”ndə ictimaiyyətin diqqət mərkəzində dayanan ən aktual mövzulardan biri Azərbaycanın dövlətçilik tarixində Ümummilli Lider Heydər Əliyevin siyasi irsi, onun müstəqillik və suverenlik yolunda misilsiz xidmətləri ilə bağlıdır. Hər bir xalqın müstəqillik və suverenlik uğrunda, işıqlı gələcək naminə apardığı şərəfli mübarizə yolu vardır. Tarixi inkişafın müxtəlif mərhələlərində Şirvanşahlar, Atabəylər, Ağqoyunlular, Qaraqoyunlular, Səfəvilər, Əfşarlar kimi dövlətlər və imperiyalar quran xalqımız xarici təcavüz və işğallara məruz qalsa da, öz zəngin dövlətçilik ənənələrini, mənəvi dəyərlərini, milli kimliyini qoruyub saxlamış, nəsildən-nəslə ötürmüş, azadlıq və müstəqillik…

Daha çox

“Xalqımız ən çətin dönəmdə Ulu Öndərə bir daha etimad göstərdi”

“Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə milli-mənəvi dəyərlərin yaşadılmasına, eləcə də Azərbaycanın mədəniyyətinin inkişafına zəmin yaradıb”. SİA xəbər verir ki, bu sözləri YAP sədrinin müavini Tahir Budaqov jurnalistlərə açıqlaması zamanı deyib. O bildirib ki, Azərbaycanın nəinki Qafqaz regionunda, eləcə də Avrasiya regionunda qüdrətli dövlətə çevrilməsinin əsasını Heydər Əliyev qoyub: “Bütün bu işlər Azərbaycançılıq ideologiyasının formalaşmasında misilsiz əhəmiyyət kəsb edir. Təbii ki, xalqımız bütün bunları nəzərə alaraq ən çətin dönəmdə Ulu Öndərə bir daha etimad göstərdi. Heydər Əliyev xalqın tələbini yerinə yetirərək, həyatını təhlükəyə ataraq bütün məsuliyyəti öz…

Daha çox

Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini anıblar

Mayın 10-u müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. SİA xəbər verir ki, Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyub, Ulu Öndərin xatirəsinə dərin ehtiramlarını bildiriblər. Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Daha çox

Azərbaycan Heydər Əliyevin xidmətləri sayəsində inkişaf yoluna qədəm qoyub

Azərbaycan Ümummilli Lider Heydər Əliyevin xidmətləri sayəsində inkişaf yoluna qədəm qoyub. SİA xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinin sədri, YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Ulu Öndər Azərbaycanı Avrasiya məkanında söz sahibi edib: “Heydər Əliyev hələ sovet dövrü zamanı Azərbaycana rəhbərlik edərkən ölkənin milli-mənəvi dəyərlərinin, dilinin, mədəniyyətinin inkişaf etdirilməsinə böyük önəm verib. Bu, müstəqillik üçün zəmin yaradan əsas faktor olub. Azərbaycan xalqı bütün bunları nəzərə alaraq ölkənin ən çətin dönəmində Ulu Öndərə dəstək oldu. Heydər Əliyev də həyatını təhlükəyə ataraq…

Daha çox

Heydər Əliyev və uşaqlar

“Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Uşaqlar hər bir insanın mənəviyyatıdır. Ona görə də dünyada, hər bir insan cəmiyyətdə uşaqlara daim xüsusi qayğı, xüsusi diqqət göstərilibdir. Uşaqlar daim qayğı altında olmalıdır, onları qorumaq, müdafiə etmək, böyütmək, insan cəmiyyətinin fəal iştirakçısı, fəal üzvü etmək lazımdır. Azərbaycanın prezidenti kimi mən bu gün bəyan edirəm ki, uşaqlara, körpələrə olan qayğı bütün qayğılardan üstündür”. Heydər Əliyev Uşaq xəyalların, arzuların ümid tumurcuğu, ailə qalasının misilsiz sevinç qaynağı, cənnətin qoxusunu dünyaya yayan yeganə gül, millətin övladı və ilahi əmanətdir. Çünki bir xalqın, millətin ən böyük mühafizəkarı,…

Daha çox

Azərbaycan Hindistan-Pakistan məsələsində hər zaman ədalətin, haqqın yanında olacaq

Azərbaycan Hindistan-Pakistan məsələsində hər zaman ədalətin, haqqın yanında olacaq. SİA xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov jurnalistlərə müsahibəsində deyib. “Azərbaycanın mövqeyini həm xarici işlər naziri, həm deputatlar açıq şəkildə nümayiş etdiriblər. Hesab edirik ki, Pakistan bizim yaxın dostumuzdur. Pakistan hər zaman Azərbaycanın ən ağır günlərində yanında olub. Ona görə hesab edirəm ki, bu münasibətlər davam etdirilərək möhkəmlənəcək və Azərbaycan hər zaman ədalətin, haqqın yanında olacaq”, – deyə S.Seyidov bildirib.

Daha çox