Heydər Əliyev və uşaqlar


“Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Uşaqlar hər bir insanın mənəviyyatıdır. Ona görə də dünyada, hər bir insan cəmiyyətdə uşaqlara daim xüsusi qayğı, xüsusi diqqət göstərilibdir. Uşaqlar daim qayğı altında olmalıdır, onları qorumaq, müdafiə etmək, böyütmək, insan cəmiyyətinin fəal iştirakçısı, fəal üzvü etmək lazımdır. Azərbaycanın prezidenti kimi mən bu gün bəyan edirəm ki, uşaqlara, körpələrə olan qayğı bütün qayğılardan üstündür”.

Heydər Əliyev

Uşaq xəyalların, arzuların ümid tumurcuğu, ailə qalasının misilsiz sevinç qaynağı, cənnətin qoxusunu dünyaya yayan yeganə gül, millətin övladı və ilahi əmanətdir. Çünki bir xalqın, millətin ən böyük mühafizəkarı, təbliğatçısı, milli irsini, tarixini, əsrlərdən əsrlərə, nəsillərdən-nəsillərə daşıyan uşaqlardır. Bu uşaqların hər tərəfli inkişafı, maraq dairəsinin düzgün istiqamətləndirilməsi, istedad və bacarıqlarının ortaya çıxarılması üçün münbit səraitin yaradılması hər zaman diqqət mərkəzində saxlanılıb. Müstəqil Azərbaycanda bu bünövrə xalqının gələcəyini düşünən, uzaqgörən siyasətçi, müstəqil Azərbaycanın gələçəyi üçün ömrünü fəda edən, ümummilli lider Heydər Əliyev tərəfindən qoyuldu. Xalqımızın taleyində zaman-zaman ağrılı-acılı günlər çox olub. O, günlərin fəsadları uşaqlardan da yan keçməyib. 80-ci illərin ortalarından sonra müəyyən müddətdə cəmiyyətimizdə gedən mənəvi iqtisadi tənəzzül, müharibə şəraiti həmin dövrdə uşaqların təhsildə geriləməsi, məktəb yaşlı uşaqların al verə cəlb edilməsi, tədrisin keyfiyyətinin aşağı olması, bir sözlə, uşaqlara qayğısızlıq cəmiyyətda narahatlıq yaratmırdı. Bu problemlərin həlli ümummilli liderin hakimiyyətə gəlişi, həyata keçirdiyi islahatlarla öz həllini tapdı. Gələcəyə sağlam düşüncəli insanlar yetişdirməy məqsədilə bir sıra tədbirlər həyata keçirildi.

Uzaqgörən lider H.Əliyevin təşəbbüsü ilə Azərbaycan 1994-cü ildə BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşuldu, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi, “SOS Kinderdorf İnternəşnl” təşkilatı ilə respublika hökuməti arasında əldə olunmuş razılaşmaya əsasən “Bakı SOS uşaq kəndi” salındı. Burada Avropa standartlarına uyğun 12 ailə evi, uşaq bağçası və altı

digər yardımçı bina fəaliyyətə başladı. Ailə evlərinin hər birində 8-10, umumilikdə isə kənddə 100-dən artıq uşağın yaşaması üçün hər çür şərait yaradıldı. Burada kimsəsiz, valideyn himayəsindən məhrum, yetim, atılmış uşaqlar hər tərəfli qayğı ilə əhatə olundu.

Heydər Əliyev xalqımızın sabahını gənc nəsli yaşatmaq, uşaqlar arasında fərqli həyat səviyyəsini yaxşılaşdırmaq üçün xarici ölkələrin diqqətini respublikamıza yönəltməyə çalışırdı. İdman sahəsində apardığı mühüm islahatlar bunun bariz nümunəsidir. Bu gün ölkəmizdə uşaqların sağlamlığı, inkişafı, təhsili, onların hüquqlarının qorunması üçün geniş hərəkat başlanmışdır. Uşaqların Beynəlxalq televiziya va radio günü münasibətilə keçirilən ənənəvi bayramında iştirak edən ulu öndərimiz Heydər Əliyev demişdir: “Artıq biz ictimai-siyasi cəhətdən çox sabit bir Azərbaycan yaratmışıq. İnsanlar rahat yaşasınlar və biz bunu, sabitliyi daimi edəcəyik… Əmin olun ki siz bizim rastlaşdığımız çətinliklərlə rastlaşmayacaqsınız. Ancaq bu, sizə imkan verəcək ki, bizim başladığımız işləri daha da uğurla həyata keçirəsiniz. Siz bizim ümidimiz, gələcəyimizsiniz”

Har bir uşaqın şəxsiyyət kimi formalaşmasında dövlətin milli təhsil sistemi böyük rol oynayır. “Məktəb həyatı təkcə təhsil vermir, eyni zamanda ha, yüksək tərbiyə ocağıdır”- deyən ulu öndər uşaq və gənclərimizin milli və umumbəşəri dəyərlər əsa-unda formalaşdırılmasını, dövlətçilik ideyalarına sədaqət, vətənə, torpağa məhəbbət ruhunda tərbiyəsini daim ön plana çəkirdi.

Təhsildən kənarda qalan uşaqların məktəblərə cəlb edilməsi ilə əlaqədar Təhsil Nazirliyinin müvafiq şöbələrində, icra nümayəndəliklərində, azyaşlı larla iş üzrə hüquq-mühafizə orqanlarında ciddi işlər aparılması, kimsəsiz, valideyn himayəsindən məhrum uşaqların axtarılıb tapılması, onların internat məktəblərinə, uşaq evlərinə yerləşdirilməsi əsas məqsədlərdən idi. Çətin dövr çətin tərbiyə olunan uşaqlarda yetişdirmişdi. Bu uşaqların xüsusi nəzarətdə saxlanılması üçün bütün tədbirlər həyata keçirilmişdir. Bu işdə məktəbdənkənar müəssisələrin

fəaliyyəti danılmazdır. Çünki təhsil sistemi yalnız uşaq və yeniyetmələrin savad almasını biliklərə yiyələnməsini əhatə etmir, həm də onların şəxsiyyət kimi formalaşmasını nəzərdə tuturdu. Bu sistemə isə uşaqların fəaliyyətinin bütün istiqamətləri, o cümlədən asudə vaxtlarının və istirahətlərinin səmərəli təşkili də daxil edilmişdir. Uşaqların həyatını gələçək uğursuzluqlardan xilas edən bu islahatlar ulu öndərin böyük zəhmət və əzmkarlığı sayəsində həyata keçirilirdi.

Bu gün dünyaya səs salan Azərbaycan gəncləri istər idman sahəsində, istərsədə digər sahələr üzrə böyük uğurlar qazanaraq bayrağımızı bayraqlar arasında birinci edirlər. Bu uğurlu nəticələrin bünövrəsi dahi şəxsiyyət Heydər Əliyevin sarsılmaz əzmkarlığı, böyük zəhməti ilə qoyulub. İdmanın kütləviliyinin genişləndirilməsi, olimpiya hərəkatının inkişafı üçün ayrı-ayrı zonalarda müasir standartlara uyğun idman komplekslərinin tikilərək istifadəyə verilməsi müasir Azərbaycanın Avropa vizyonuna çıxışına hesablanmış islahatlardan idi.

Heydər Əliyev fiziki tərbiyəni daim diqqətdə saxlamağı tövsiyə edirdi: “İdman hər bir insanın sağlamlığıdır. Ona görə də biz idma na çox böyük yol açmışıq. Gənclər gərək fiziki cəhətdən sağlam olsunlar, həm də yüksək biliyə, əxlaqa, tərbiyəyə, yüksək elmə malik olsunlar”. Bu gün gənc və yeniyetmə idmançılarımızın sorağı beynəlxalq, dünya və Avropa çempionatlarından, olimpiadalarından gəlir. Şahmat, dama, voleybol, ağırlıqqaldırma, boks və s. dərməklərdə məşğul olan uşaqlar vətənimizin adını və bayrağını olimpiadalarda, müx təlif yarışlarda yüksəklərə qaldırırlar. Bu, böyük uğur və nailiyyətdir. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün illərdə istedadlı uşalara qayğını dövlət əhəmiyyətli bir işə çevirmiş, möhkəm hüquqi baza yaratmışdır .”Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında ” fərman imzalamış, həmin fərmanla gənc istedadların “Qızıl kitab”ı eləcədə prezidentin xüsusi təqaüdü təsis edilmişdir. Sevindirici haldır ki, istedadlarımız internet vasitəsilə dünya uşaqları ilə bilik marafonuna qoşulur, müxtəlif müsabiqələrdə iştirak edirlər.

Uşaqlara bütün sahələrdə göstərilən qayğı bir amala, bir məqsədə ünvanlanmışdır cəmiyyat üçin layiqli, faydalı insan böyütmək!

Təməli ümummilli lider tərəfindən qoyin uğurlu layihələr bu gün respublika prezidenti inds dən mühüm qərar və sərəncamlarla davam etdirilr. Ölkəmizdə uşaqların sağlam böyümələri, onlan hərtərəfli inkişafı üçün Heydər Əliyev Fonda tətəfindən məktəblərin, uşaq evləri və bağçalarının inşası , onların yenidən müasir tələblərə uyğun şəkildə qurulması, həmçinin digər sahələrdə də görülən işlər, gerçəkləşdirilən layihələr, proqramlar isə özünün uğurlu nəticələri ilə hər bir uşağın, gəncin, valideynin üzünə təbəssüm yaradır.

Ölkə prezidentinin uşaqlarla əlaqədar çirdiyi böyük tədbir və proqramlar içərisində sağ lamlıq imkanları məhdud uşaqların da reablitasiyası na xüsusi diqqət yetilir. həyata keçirdiyi tədbir və proqramlar içərisində sağlamlıq imkanları məhdud uşaqların da reabilitasiyasına xüsusi diqqət yetirilir.

Bu gün Azərbaycanın digər bölgələrində olduğu kimi Naxçıvan şəhərində də Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Naxçıvan Regional İnfo8 Mərkəzinin açılışında iştirak edən cənab İlham Əliyev bildirmişdir ki, mərkəzin yaradılmasında əsas məqsəd məhdud fiziki imkanlı uşaqlar və böyüklər üçün informasiya texnologiyalarının tədrisi, gözdən əlil uşaqlara informasiya texnologiyaları sahəsində bilik və bacarıqların aşılanmasıdır. Heydər Əliyev Fondunun, Rabitə və İnformasiya Texnologiyalar Nazirliyinin, həmçinin BMT-nin İnkişaf Proqramının həyata keçirdikləri bu layihənin əsasında yaradılan Naxçıvan Regional İnformasiya Mərkəzinin Xidmətindən Naxçıvan şəhəri daxil olmaqla muxtar respublikanın 7 rayonunda yaşayan fiziki qüsurlu insanlar, uşaqlar və böyüklər istifadə edir. Bu kimi yüzlərlə layihə və proqramların həyata keçirilməsi müstəqil Azərbaycanın parlaq gələçəyi naminə hesablanmış və töhfələrini verməkdədir.

Ulu öndər Heydər Əliyev deyirdi ki, ” Fəxr edirəm ki, bizim Azərbaycanın gözəl, göyçək, istedadis balaları, övladları var. Fəxr edirəm ki, Azerbaycanın gələcəyi bu qədər gözəl təməl əsasında qoyulur “

Bəli, bu gün müstəqil Azərbaycanın bayrağını Qarabağda dalğalandıran, beynəlxalq olimpiyadalarda, dünya arenasında birinci edən, “Azərbaycan” adı ən yüksək elm ocaqlarına tanıdan, bir sözlə Azərbaycan bayrağını bayraqlar içində qürurla yüksəklərə qaldıran gəncləri var. O, gənclər ki, ilk addımlarının xeyir duasını ulu öndərdən alaraq bu gün qürurla ölkəmizi təmsil edirlər. Nə yaxşı ki, Azərbaycanlıyıq, nə yaxşı ki, Heydər Əliyev davamçıları olan uşaqlarımız, övladlarımız var.

Bu gün ümummilli liderin dünyaya gəlişindən 102 il ötür. Əsrlər, qərinələr keçsədə o daima bizimlədir. Onun miras qoyduğu müstəqil Azərbaycan daim yaşayacaq!

Ulduz Əliyeva

Günəş Uşaq Akademiyasınıntəsisçisi direktoru

Əlaqəli Xəbərlər