Heydər Əliyev və uşaqlar

“Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Uşaqlar hər bir insanın mənəviyyatıdır. Ona görə də dünyada, hər bir insan cəmiyyətdə uşaqlara daim xüsusi qayğı, xüsusi diqqət göstərilibdir. Uşaqlar daim qayğı altında olmalıdır, onları qorumaq, müdafiə etmək, böyütmək, insan cəmiyyətinin fəal iştirakçısı, fəal üzvü etmək lazımdır. Azərbaycanın prezidenti kimi mən bu gün bəyan edirəm ki, uşaqlara, körpələrə olan qayğı bütün qayğılardan üstündür”. Heydər Əliyev Uşaq xəyalların, arzuların ümid tumurcuğu, ailə qalasının misilsiz sevinç qaynağı, cənnətin qoxusunu dünyaya yayan yeganə gül, millətin övladı və ilahi əmanətdir. Çünki bir xalqın, millətin ən böyük mühafizəkarı,…

Daha çox

Azərbaycan Hindistan-Pakistan məsələsində hər zaman ədalətin, haqqın yanında olacaq

Azərbaycan Hindistan-Pakistan məsələsində hər zaman ədalətin, haqqın yanında olacaq. SİA xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov jurnalistlərə müsahibəsində deyib. “Azərbaycanın mövqeyini həm xarici işlər naziri, həm deputatlar açıq şəkildə nümayiş etdiriblər. Hesab edirik ki, Pakistan bizim yaxın dostumuzdur. Pakistan hər zaman Azərbaycanın ən ağır günlərində yanında olub. Ona görə hesab edirəm ki, bu münasibətlər davam etdirilərək möhkəmlənəcək və Azərbaycan hər zaman ədalətin, haqqın yanında olacaq”, – deyə S.Seyidov bildirib.

Daha çox

Makron, Merts, Starmer və Tusk Kiyevə gediblər

Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Merts, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Polşanın Baş naziri Donald Tusk “qətiyyətlilərin koalisiyası”nın görüşü üçün Kiyevə gediblər. SİA xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb. Qeyd olunb ki, “qətiyyətlilərin koalisiyası”nın görüşündə ölkə liderləri Ukraynada davamlı atəşkəsi müzakirə edəcəklər. E.Makron bildirib ki, sülh sazişi Ukraynanın təhlükəsizliyinə zəmanət verməlidir: “Bu, üzərində işlədiyimiz məsələdir. Birlikdə irəliləyirik”.

Daha çox

Sabah 31 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında mayın 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. SİA xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-19° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-55 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu…

Daha çox

Azərbaycanın Belarusdakı səfirliyi Heydər Əliyevlə bağlı paylaşım edib

Azərbaycanın Belarusdakı səfirliyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə paylaşım edib. SİA xəbər verir ki, paylaşım səfirliyin “X” sosial şəbəkəsindəki hesabında edilib. “10 may – müstəqil, müasir, güclü Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin doğum günüdür. Qəlbimizdə əbədi yaşayan böyük liderin xatirəsini dərin hörmət və minnətdarlıqla yad edirik”, – paylaşımda vurğulanıb.

Daha çox

YAP-ın nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri mayın 10-da Fəxri xiyabana gələrək Ulu Öndərin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. SİA xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Daha çox

Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Mayın 9-da ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. SİA xəbər verir ki, DİN-in mətbuat xidmətinin məlumatına görə, axtarışda olduğuna görə ümumilikdə 34, o cümlədən borclu şəxs qismində axtarışda olan 15 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 23 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb.

Daha çox

“Heydər Əliyev xalqını çətin sınaqlardan uğurla çıxarmış dahi şəxsiyyətdir”

Ümummilli Lider Heydər Əliyev xalqını çətin və taleyüklü sınaqlardan uğurla çıxarmış, ölkəmizin inkişafında misilsiz xidmətləri olan dahi şəxsiyyətdir. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Ulu Öndərin anadan olmasının 102-ci ildönümü münasibəti ilə “X” sosial şəbəkəsindəki hesabında bildirib. “Onun müdrikliyi, uzaqgörənliyi və yorulmaz fəaliyyəti sayəsində dövlətçiliyimiz möhkəmləndi, bugünkü güclü və müasir Azərbaycanın təməli qoyuldu. Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün də ölkəmizin dinamik yüksəlişinin əsasını təşkil edir. Bu strateji xəttin bünövrəsində dayanan milli dövlətçilik amalları hər birimiz üçün zəngin örnəkdir. Ulu Öndər Heydər Əliyevi 102-ci ildönümündə ehtiramla…

Daha çox