Bakının Əhməd Rəcəbli küçəsində, Uluqbəy küçəsi ilə kəsişməsindən Fətəli xan Xoyski küçəsinə qədər nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlə əlaqədar 9 may tarixindən 2, 9, 11, 24 və 211 nömrəli müntəzəm marşrutların hərəkət sxemi dəyişdiriləcək. SİA-nın məlumatına görə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA ) bildirilib ki, 2 nömrəli marşrut Əhməd Rəcəbli, Uluqbəy və Ağa Nemətulla küçələri ilə hərəkət edəcək. 9 nömrəli marşrutun hərəkəti Əhməd Rəcəbli, Uluqbəy və Ağa Nemətulla (son dayanacaq) küçələri ilə təşkil olunacaq. 11 nömrəli marşrut Əhməd Rəcəbli, Uluqbəy, Ağa Nemətulla və Təbriz küçələri ilə hərəkət edəcək. 24…
Daha çoxDay: May 8, 2025
Zəngəzur və İrəvanın Ermənistana verilməsini pisləyən qərar layihəsinin hazırlanması təklif edilib
Milli Məclisdə Zəngəzur və İrəvanın Azərbaycandan ayrılaraq Ermənistana verilməsini pisləyən qərar layihəsinin hazırlanması təklif edilib. SİA xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamal Cəfərov parlamentin bu gün keçirilən “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusuna həsr edilmiş xüsusi iclasında deyib. O qeyd edib ki, Prezident İlham Əliyev 2022-ci il 24 dekabr tarixdə Qərbi azərbaycanlılarla görüşü zamanı Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən İrəvanın Ermənistana bağışlanmasını xəyanət və cinayət adlandırdı: “Bu, obyektiv tarixi həqiqətdir. Məhz bu fikirləri əsas tutaraq tarixi ədalətsizliyin hüquqi yolla aradan qaldırılması üçün “Konstitusiya və Suverenlik İli”…
Daha çox“Azərbaycan Vyetnam əlaqələrinin tarixi dərin və zəngindir”
“Coğrafi baxımından fərqli ərazilərdə yerləşməyimizə, məsafə baxımından kifayət qədər uzaq olmağımıza baxmyaraq Vyetnam və Azərbaycan xalqları artıq uzun illərdir ki, bir-birini tanıyır və həmişə bir-birinə xüsusi hisslər bəsləyiblər”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Əhməd Abbasbəyli deyib. Əhməd Abbasbəyli sözlərinə belə davam edib: “Hələ tələbəlik illərində xatırlayıram – keçən əsrin 70-80-ci illərindən Bakının ali məktəblərində çoxlu sayda Vyetnamlı tələbələr müxtəlif ixtisaslara yiyələnərək öz ölkələrinə savadlı, faydalı mütəxəssislər kimi qayıdırdılar. O da yadımdadır ki, sovet dönəmində Bakı şəhərinin Vyetnamın Vunq-Tau şəhəri ilə qardaşlaşması hər iki ölkədə əlamətdar tədbir kimi böyük təntənə…
Daha çox“NASA 2026-cı ildə Marsa raket göndərə bilər..?”
…Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) tezliklə Marsa raket göndərmək variantlarını nəzərdən keçirir. …Biz 2026 və 2028-ci illərdə buraxılış pəncərələri də daxil olmaqla bütün variantları qiymətləndiririk ki, nəticədə Marsa insanları endirməyə imkan verəcək texnologiyaları sınaqdan keçiririk. SİA-nın məlumatına görə, “Politico” bunu NASA-nın mətbuat katibi Betanu Stivens-ə istinadən bildirir. …Bu, 2026 və 2028-ci illər nəzərdə tutulur, çünki bu, Yer və Marsın bir-birinə ən yaxın olacağı dövrlərdir və bu, uçuşlar üçün əlverişlidir. Politico-nun qeyd etdiyi kimi, NASA-nın bəyanatı kosmosun tədqiqində prioritetlərin dəyişdirilməsindən xəbər verir, çünki ABŞ Konqresi artıq Ayın kəşfiyyatı proqramını…
Daha çoxAZƏRTAC və Vyetnamın VNA agentliyi tərəfdaşlıq müqaviləsi imzalayıb
Xəbər verildiyi kimi, mayın 7-də Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə Vyetnam Xəbər Agentliyi (VNA) arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilə mayın 8-də AZƏRTAC-da keçirilən görüşdə mübadilə olunub. SİA-nın məlumatına görə, AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyevin Vyetnamın Bakıda səfərdə olan VNA xəbər agentliyinin Baş direktoru xanım Vu Viet Trang ilə görüşündə agentliklərin əməkdaşlıq perspektivləri müzakirə edilib. Azərbaycan və Vyetnam əlaqələrinin müxtəlif istiqamətlərdə inkişaf etdiyini deyən Vüqar Əliyev informasiya sahəsində də münasibətlərin yüksələn xətlə davam etdiyini diqqətə çatdırıb. Bildirib ki, AZƏRTAC və VNA uzun illərdir uğurla əməkdaşlıq edir və imzalanan…
Daha çoxMilli Məclis Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı bəyanat qəbul edib
Milli Məclis Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı bəyanat qəbul edib. SİA xəbər verir ki, layihə parlamentin “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda bu gün keçirilən xüsusi iclasında müzakirə olunub. Bəyanatın mətnini deputat Bəhruz Məhərrəmov oxuyub. Müzakirələrdən sonra sənəd səsverməyə qoyulub və qəbul edilib.
Daha çoxHyundai Rusiyaya “qayıdır”..?
…Ticarət nişanları Rusiyada avtomobil istehsalçısı Hyundai tərəfindən qeydiyyata alınıb. SİA-nın məlumatına görə, TASS xəbər verir ki, Rospatentdən verilən məlumata görə, ümumilikdə bunlardan üçü var – Hyundai ix10, Hyundai ix40 və Hyundai ix50. Qeyd olunur ki, əmtəə nişanları mal və xidmətlərin beynəlxalq təsnifatının on ikinci sinfinə uyğun olaraq qeydə alınır. Buraya avtomobillər, onlar üçün ehtiyat hissələri və aksessuarlar daxildir. Daha əvvəl bildirilmişdi ki, Hyundai dörd ticarət nişanını Rospatentdə qeydiyyatdan keçirib. Onlar 2024-cü ildə yenidən təqdim edilib və 2025-ci ilin aprelində 2034-cü ilə qədər etibarlılıq müddəti ilə təsdiqlənib. DP-nin sitat gətirdiyi ekspertlər…
Daha çoxMilli Məclisin növbəti plenar iclasının vaxtı
Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası mayın 16-da keçiriləcək. SİA xəbər verir ki, bu barədə parlamentin sədri Sahibə Qafarova bu gün keçirilən “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusuna həsr edilmiş xüsusi iclasın yekununda məlumat verib. O qeyd edib ki, plenar iclasın gündəliyi haqqında ictimaiyyətə məlumat veriləcək.
Daha çox“Ölkəmizdə hal-hazırda utilizasiya prosesinə strat verilib”
“Bildiyiniz kimi ölkəyə yaşı 10 ildən yuxarı olan avtomobillərin girişi qadağan olunub. Buda əlbəttə ki, bizim avto-parkın yenilənməsi ilə bağlıdır”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının sədri Eyyub Əliyev deyib. Onun sözlərinə görə, bizim avto-parkın ötən ilin son nəticələrinə görə, 80 faizdən yuxarış yaşı 10 ili keçmiş avtomibillər idi: “Amma bu son illər elektrik və hybrid avtomobillərinin ölkəyə gətirilməsi və gömrük rüsumlarının və əlavə dəyər vergisinin ləğvi məsələsi bizim avto-parklarımızın yenilənməsinə səbəb olub. Lakin hal-hazırda da, avto-parkımızda köhnə avtomobillər var. Lakin hamının bildiyi kimi ölkəmizdə hal-hazırda utilizasiya prosesinə…
Daha çox“Əməkdaşlığın yol xəritəsini Prezidentin müsahibəsində gördük”
“Azərbaycan Prezidentinin “Vietnam News Agency” agentliyinə müsahibəsi Çinin media orqanları ilə geniş əməkdaşlıqdan sonra başlanmış prosesin davamı və uzantısı kimi dəyərləndirilə bilər”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib. O bildirib ki, Azərbaycanın xarici, iqtisadi, ticarət, investisiya əlaqələrinin inkişafında Cənub-şərqi Asiyaya doğru yeni bir istiqamət açılır: “İndiyə kimi bu istiqamətin əsas ağırlıq gücünü Çinə yönəlik görürdük. İndiki şəraitdə Çinlə bağlı planlar və fəaliyyətlər öz yerində qalmaq şərtilə Cənub-Şərqi Asiyanın inkişaf etmiş ölkələrinə, o cümlədən də Vyetnama, digərlərinə yönəlik istiqamətdə yeni fəaliyyətlərin şahidi oluruq. Hansı ki, Azərbaycan Vyetnamla hərtərəfli…
Daha çox