Bakı, Sumqayıt və Abşeron üzrə may ayının pensiyaları ödənilib

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə may ayının pensiyaları ödənilib. SİA xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Respublikanın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin may ayı üzrə pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.

Daha çox

Ümummilli Liderin 102-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

Xətai rayonunda Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. SİA xəbər verir ki, tədbir Xətai Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı, SƏS Media Qrupu və “SSAL-2” şirkətinin birgə təşkilatçılığı ilə baş tutub. Aksiyada millət vəkilləri, ictimai-siyasi xadimlər, media nümayəndələri, rayon ictimaiyyəti və digər qonaqlar iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad edərək, onun Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərini xüsusi vurğulayıblar. Tədbirin təşkilatçılarından SƏS Media Qrupunun rəhbəri Bəhruz Quliyev qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev 102 illik…

Daha çox

Prokurorluq orqanları cinayətkarlara qarşı mübarizəni yüksək səviyyədə aparır

Prokurorluq orqanları cinayətkarlara qarşı mübarizədə peşə fəaliyyətlərini yüksək səviyyədə yerinə yetirirlər. SİA xəbər verir ki, bunu Bakı şəhər prokuroru Elşən Abbasov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir və Bakı Şəhər Prokurorluğunun inzibati binasının yeni korpusunun açılış mərasimində deyib. Onun sözlərinə görə, prokurorluq orqanlarında vətəndaş məmnunluğu üstün tutulur: “Yeni istifadəyə verilən binalar, prokurluq orqanlarının infrastrukturunun yaxşılaşdırılması onların peşə fəaliyyətini də yüksək səviyyəyə qaldırır. Ona görə də yeni korpusun müasir şəraitinin Bakı Şəhər Prokurorluğunun fəaliyyətinin daha da səmərəli və məhsuldar olmasına töhfə verəcəyinə inanıram”.

Daha çox

Qadınlar hansı kişilərdən uzaq dururlar?

“Təbiidir ki, qadından-qadına çox fərq var. Bəzən demək olar ki, 80 faiz qadınlar daha çox onlara sahiblənən bəyləri sevirlər”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib. Onun sözlərinə görə, hətta kriminal şəxsiyyət tipi olan kişiləridə qadınlar çox vaxt bəyənir və onlara üstünlük verirlər: “Çünki o kişilərin qadına qarşı sayğısı, qadına qarşı qoruma mövqeyi, qadını daha uca tutması, qadını daha diqqətdə saxlaması qadınların xoşuna gəlir. Qadınlar seviləndə, qadınlar qısqanılanda düşünürlər ki, biz sevilirik. Bir balaca diqqət əskikliyi olduğu zamanda qadınlar pis olmağa başlayır və kompleksə düşürlər. Bir kişi bir qadını…

Daha çox

Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC Bakıda mayın 9-11-də “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil edəcək. SİA bu barədə nazirliyə istinadən xəbər verir. Məlumata görə, yarmarkada 20-dən artıq rayondan 40-dan çox fermerin iştirakı gözlənilir: “Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) ünvanında keçirilən yarmarkada müxtəlif regionlardan əvvəlcədən qeydiyyatdan keçən fermerlər 100-dan artıq çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər. Satışa çıxarılacaq məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək, yarmarkanın yanında Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək”. Qeyd edilib ki, yarmarkalarda iştirak etmək…

Daha çox

Bakı şəhər prokurorluğunun yeni korpusunun açılışı olub

Bakı şəhər prokurorluğunun inzibati binasının yeni korpusunun açılışı və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib. SİA xəbər verir ki, Baş prokuror Kamran Əliyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Milli Məclisin Komitə sədrləri, deputatlar, Baş prokurorluğun rəhbərliyi və prokurorluq əməkdaşları, habelə digər hüquq-mühafizə orqanlarının nümayəndələri və jurnalistlər qatılıb. Qeyd olunub ki, yeni inşa edilmiş korpusla tanış olan iştirakçılara bildirilib ki, bina prokurorluq əməkdaşlarının peşəkar fəaliyyətinin daha səmərəli təşkili, iş proseslərinin effektivliyinin artırılması və vətəndaşlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə müasir standartlara tam cavab…

Daha çox

Azərbaycan qeyri-neft-qaz ixracını 18% artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 18 % artaraq 1,1 milyard ABŞ dolları təşkil edib. SİA bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir. Məlumata görə, o cümlədən son 1 ildə ölkənin yeyinti məhsullarının ixrac dəyəri 12,1 % artaraq 300,1 milyon ABŞ dolları olub. Bundan başqa, hesabat dövründə kimya sənayesi məhsullarının ixrac dəyəri 35 milyon ABŞ dolları və yaxud 42,5 %, şəkərin ixrac dəyəri 1,9 milyon ABŞ dolları və yaxud 25,8 %, qara metallar və onlardan hazırlanan…

Daha çox

Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vyetnamın baş nazirinin müavini, xarici işlər naziri Bui Tan Son ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlığın inkişaf perspektivləri, ikitərəfli və çoxtərəfli əməkdaşlığın gələcəyi, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub. İki ölkə arasında qarşılıqlı səfər və təmasların, xüsusilə Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfərinin, habelə sözügedən səfər çərçivəsində Azərbaycan ilə Vyetnam arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatın qəbul edilməsinin əməkdaşlıq…

Daha çox

Taksi tapmag cetinlesib sebebi nedir?

“Son illərdə Bakı şəhərində taksi tapmaq əvvəlki illərlə müqayisədə daha da çətinləşib. Xüsusilə səhər və axşam pik saatlarında, eləcə də yağışlı və soyuq havalarda sərnişinlərin taksi axtarışında çətinlik çəkməsi adi hala çevrilib. Bu vəziyyətin bir neçə əsas səbəbi mövcuddur ki, onlar həm iqtisadi, həm sosial, həm də texnoloji amillərlə bağlıdır”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Aslan Əsədov deyib. Onun sözlərinə görə, ilk növbədə, yanacaq qiymətlərinin artması sürücülərin gündəlik qazancına mənfi təsir göstərir. Avtomobilin saxlanılması, texniki xidməti və ehtiyat hissələrinin bahalaşması fonunda qazancın azalması bir çox sürücünü bu sahədən…

Daha çox