“Hücum edənlər öz məqsədlərinə çatmayacaqlar”

“Hazırda bizim real vətənimizin fiziki sərhədləri olduğu kimi, virtual məkanımız və onun informasiya sərhədləri də var. Ona görə də bizim informasiya məkanımızda milli mövqedən çıxış edən media subyektləri Azərbaycanı sevməyən qüvvələrin hədəfinə keçirilir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Onun sözlərinə görə, bu yaxınlarda “Global Media Group”na qarşı olan hücümun da səbəbi bundan ibarətdir: “Ona görə də hazırki dövrü biz hibrid müharibələri dövrü adlandırırıq. Bizim informasiya məkanımıza müdaxilə edib, ümumi kütləvi rəyimizin milli maraqlarımıza uyğun olmayan formada komplektasiya olunması üçün kənardan xüsusi vasitələrlə informasiya axını yönləndirilir.…

Daha çox

Bayraktar TB2-dən yeni rekord

Türkiyənin Bayraktar TB2 döyüş pilotsuz uçan aparatı 11,3 kilometrə qalxaraq öz yüksəklik rekordunu qırıb. Bu barədə “Baykar” şirkəti X sosial şəbəkəsində məlumat yayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki,”Bayraktar TB2T-AI 37 096 fut (11,3 km – red.) hündürlüyünə çataraq öz yüksəklik rekordunu qırıb”, – məlumatda deyilir. Rekord yüksək hündürlükdə sistemin işini müəyyən edən və sınaqdan keçirən sınaq uçuşu zamanı qeydə alınıb. Təkmil Bayraktar TB2T-AI turbo mühərrik və ən son süni intellekt sisteminə malikdir. Əvvəlki hündürlük rekordu fevralın sonunda sınaqlar zamanı qeydə alınıb və 30,318 fut (9,2 km) olub. Bayraktar…

Daha çox

“Hər iki ölkə nüvə silahına malikdir”

“Pakistan və Hindistan dünyanın inkişaf etmiş ordularına malik dövlətlərdən biridirlər. Hər iki ölkə nüvə silahına malikdir”. Bu sözləri SİA-ya açıqlamasında hərbi-ekspert Ramil Məmmədli deyib. Onun sözlərinə görə, iki ölkə arasında yaranan gərginlik dünyada stabilliyin və sabitliyin bərqərar olunmasına olduqca mənfi təsir göstərir. Bu problemin alovlanmasının səbəbkarını təhlil etmək istəmirəm. Bu məsələnin səbəblərini araşdırmaq istəmirəm. Sadəcə onu qeyd etmək istəyirəm ki, biz Pakistanla dost ölkəyik, ortaq maraqlarımız var. Amma Hindistanda dünyanın böyük ölkələrindən biridir, ciddi potensiala malikdir. Dünya ölkələri üçün Hindistandan bəhrələnəcək imkanlarda çox yüksəkdir. Amma bu Azərbaycanın xarici siyasətinə də…

Daha çox

Orban fon der Leyenə kəskin cavab verib…

Macarıstanın baş naziri Viktor Orban Avropa Komissiyasının sədri Ursula fon der Leyeni Ukraynanın Avropa İttifaqına üzvlüyünü sürətləndirmək çağırışına görə tənqid edib. Qeyd edək ki, siyasətçi daha əvvəl bəyan etmişdi ki, Avropa İttifaqı Kiyevin qoşulması prosesini sürətləndirməli və bu il Ukrayna ilə substantiv danışıqlara başlamalıdır. …Ukrayna pul və silah alır. SİA-nın məlumatına görə, Orban bunu X sosial şəbəkədə yazıb. Onun dediyinə görə, Avropalı vergi ödəyiciləri hesabı ödəyir. Ayıbdır! Xatırladaq ki, aprelin 14-də Macarıstanda Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı ictimai sorğuya start verilib. Poçtla göndərilən bülletendə bir sual yer alır:…

Daha çox

“Alça acqarnına çox qəbul edildikdə mədə turşuluğunu artıra bilər”

“Azərbaycan üçün alça mövsümi əsasən aprel ayının sonundan başlayır. Demək olar ki, iyun ayının əvvəlinə kimi, hətta bəzi bölgələrdə iyul ayının əvvəlinə kimi yetişir. Ən çox erkən yetişənlər isə cənub bölgəsində, hansı ki Lənkəran, Masallıda alça daha erkən yetişir”. Bu sözləri SİA-ya açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib. Onun sözlərinə görə, alçanın ən bol olan vaxtı isə may ayıdır ki, həmin ayda alçaların qiyməti daha normal olmalıdır: “Çünki artıq təbii öz mövsümündə yetişir və belə olan halda bölgələrdən yetərli qədər gətirilən alçalar satışda olur ki,…

Daha çox

“Limitsiz enerji yaxınlaşır…” Alimlər belə deyir….

Fiziklər onilliklər ərzində onları çaşdıran problemi həll ediblər..? …Termonüvə birləşməsini tədqiq edən alimlər onilliklər ərzində fizikləri narahat edən termonüvə reaktorları problemini həll ediblər. Bu, təmiz və qeyri-məhdud enerji əldə etməyə yaxınlaşmağa imkan verir. SİA-nın məlumatına görə, tədqiqat Physical Review Letters jurnalında dərc edilib, Interesting Engineering yazır. Hazırda bütün dünya alimləri təmiz və faktiki olaraq qeyri-məhdud olan termonüvə enerjisini əldə etmək üçün çox çalışırlar. Bu, Günəşin nüvəsində baş verən atomları birləşdirən eyni proses olan nüvə sintezi vasitəsilə edilə bilər. Bu sintez nəticəsində böyük miqdarda enerji ayrılır.…

Daha çox

Azərbaycanın turizm imkanları İsraildə nümayiş etdirilir

Azərbaycanın turizm imkanları Azərbaycan Turizm Bürosu (ATB) və “Azərbaycan Hava Yolları” (AZAL) QSC daxil olmaqla, ümumilikdə 10 yerli tərəfdaşla birgə Təl-Əvivdə keçirilən Beynəlxalq Aralıq dənizi Turizm Bazarı (IMTM 2025) sərgisində nümayiş etdirilir. SİA-nın məlumatına görə, Dövlət Turizm Agentliyindən bildirilib ki, mayın 8-dək davam edəcək sərgidə dağ-xizək mərkəzləri, şərabçılıq turizmi, sağlamlıq turizmi və digər mövcud turizm məhsulları haqqında ətraflı məlumat təqdim olunub. Həmçinin stenddə Qarabağ və Şərqi Zəngəzur regionunun turizm imkanları nümayiş etdirilib, eləcə də “Konstitusiya və Suverenlik İli” çərçivəsində məlumatlandırma kampaniyası həyata keçirilib. Bundan əlavə, mayın 5-6-da İsrailin Hayfa və…

Daha çox

İslamın modernləşməyə ehtiyacı var?

Dinşünas, ilahiyyatçı Elşad Mirinin SİA-ya müsahibəsini təqdim edirik: – İslam Azərbaycanda doğru tədris olunur? – İslam dini sadəcə Azərbaycan İlahiyyat İnstitutunda rəsmi şəkildə tədris olunur. Bir də yenicə fəaliyyətə başlayan Azərbaycan İlahiyyat Kollecində tədris olunur. Tədris vəsaitləri ilə tanış deyiləm. Ancaq müəllimlərini, rektorunu tanıyıram. Orada tədris olunan dərs vəsaitlərini heç cür əldə edə bilmədiyimiz üçün bir söz deyə bilmirəm. Amma təəssüflər olsun ki, oradakı bəzən müəllimlərin, yaxud da, müəyyən internet, teleməkanlardan çıxdıqları zaman dinləyəndə görürəm ki, bu gün onların tədris etdiyi yanaşma indiyə kimi bizə gələn mollalığın bir üst səviyyəsi…

Daha çox

İraq Ərbil şəhərində Azərbaycan konsulluğunun açılmasını təklif edib

İraq iki ölkə vətəndaşlarının qarşılıqlı səfərlərinin artması fonunda Ərbil şəhərində Azərbaycanın konsulluğunun açılmasını təklif edib. SİA-nın məlumatına görə, bunu İraqın XİN rəhbəri Fuad Hüseyn Bağdadda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib. F.Hüseyn qeyd edib ki, iki ölkə arasında qarşılıqlı səfərlərin sayı daim artır: “Hər il İraqdan Azərbaycana və əksinə gedən nümayəndə heyətlərinin sayı artır. Əvvəllər Bakı Bağdad, Ərbil və Nəcəf ilə birbaşa reyslərlə bağlı idi. Bu baxımdan, bu gün danışıqlarda biz hava əlaqələrinin bərpasını təklif etdik. Həmçinin Azərbaycanın Ərbil şəhərində konsulluğunun açılmasının vacibliyini qeyd etdik”.

Daha çox