“Pakistan və Hindistan dünyanın inkişaf etmiş ordularına malik dövlətlərdən biridirlər. Hər iki ölkə nüvə silahına malikdir”. Bu sözləri SİA-ya açıqlamasında hərbi-ekspert Ramil Məmmədli deyib.
Onun sözlərinə görə, iki ölkə arasında yaranan gərginlik dünyada stabilliyin və sabitliyin bərqərar olunmasına olduqca mənfi təsir göstərir. Bu problemin alovlanmasının səbəbkarını təhlil etmək istəmirəm. Bu məsələnin səbəblərini araşdırmaq istəmirəm. Sadəcə onu qeyd etmək istəyirəm ki, biz Pakistanla dost ölkəyik, ortaq maraqlarımız var. Amma Hindistanda dünyanın böyük ölkələrindən biridir, ciddi potensiala malikdir. Dünya ölkələri üçün Hindistandan bəhrələnəcək imkanlarda çox yüksəkdir. Amma bu Azərbaycanın xarici siyasətinə də təsir edəcək məsələlərdən biridir. İki ölkə arasındakı bu münaqişənin qlobal təsiri ilk növbədə təhlükəsizlik və iqtisadi müstəvidə özünü göstərir. Asiya və Orta Şərq üzərindən keçirilən beynəlxalq hava marşrutlarında dəyişikliklər baş verir, investorların regiona olan etimadı sarsılır, enerji və nəqliyyat dəhlizləri təhlükə altına düşə bilər.
Pakistan dost ölkə olduğuna görə müəyyən məsələlərdə Hindistanla Azərbaycanın münasibətlərinin pozulmasına gətirib çıxaran vəziyyət ortaya çıxa bilər. Onsuzda Hindistan Ermənistanla hərbi-texniki əməkdaşlığıda bizim üçün Hindistanla siyasətə yenidən baxmağa sövq edir. Bir sözlə, dünya qlobal problemin yaranması, humanitar problemin yaranması baxımından bu qarşıdurma həm dünya, həm də region üçün olduqca narahatlıq yaradır. Amma bu münaqişə fonunda Azərbaycan balanslı və praqmatik siyasət aparmalıdır. Regional sabitlik və tərəfdaşlıq münasibətləri Azərbaycanın xarici siyasətində prioritet olaraq qalır. Eyni zamanda bu cür gərginliklər Azərbaycanın müdafiə siyasətini və regional diplomatik strategiyasını yenidən nəzərdən keçirməsinə səbəb ola bilər”.