Hindistan Pakistana hücum edib..?

Hindistan Ordusu “Sindoor əməliyyatı”na başladığını elan edib. SİA-nın məlumatına görə, Reuters agentliyinin jurnalisti İdris Əli bildirib ki, Hindistan hakimiyyəti Pakistandakı “terrorçu” infrastruktura hücuma keçdiklərini açıqlayıb. Hindistan səlahiyyətliləri “Sindoor əməliyyatı” çərçivəsində doqquz yerə hücum etdiklərini bildiriblər. “Ədalət zəfər çaldı. “Jai Hind!” – bu, Hindistan ordusunun mətbuat xidmətinin öz X səhifəsində dərc etdiyi yazıdır. Pakistan Müdafiə Nazirliyi Hindistanın ölkədəki hədəflərə raket zərbəsi endirdiyini təsdiqləyib. Əli Babayev

Daha çox

Süni intellekt Rafaelin rəsminin tapmacasını həll edib…

Söhbət “Qızılgül Madonnası”ndan gedir… …Böyük Britaniya və ABŞ-dan olan tədqiqatçılar rəsmlərin müəllifliyini təsdiqləmək üçün süni intellektə əsaslanan xüsusi alqoritm hazırlayıblar. SİA-nın məlumatına görə, ScienceAlert yazır ki, bu proqram insan gözünə görünməyən nüansları çəkir. Müəllifi müəyyən etmək üçün alimlər süni intellektə sənət tarixində məşhur olan formal tədqiqat metodundan istifadə etməyi öyrədiblər. Mütəxəssislər rəssamın bütün məlum imzalı əsərlərini müqayisə edir və onun imza üslubunun xarakterik xüsusiyyətlərini vurğulayırlar. Müəllifin üslubu həmişə fərdi və bir şəxsə aiddir, məsələn, əl yazısı… Tədqiqat üçün Rafaelin “Qızılgüllü Madonna” (Madonna della rosa) tablosu…

Daha çox

ABŞ-ı tərk etməyə razı olan qeyri-qanuni şəxs min dollar alacaq…

Bunun üçün proqram yaradılıb…. Deməli, SİA-nın dünən də bununla bağlı yazdığı kimi… …Beləliklə, indi də, ABŞ özünü deportasiya proqramına başlayır. Belə ki, “könüllü olaraq” Birləşmiş Ştatları tərk etməyə razı olan hər bir qeyri-qanuni miqranta min dollar vəd edilir. Bu barədə ABŞ Daxili Təhlükəsizlik Departamentinin mətbuat xidməti məlumat yayıb. Nə gözəl..? Amma SİA xatırladır ki, İsveç dövləti ölkəni könüllü tərk edən hər bir qeyri-qanuni miqranta ABŞ-dan fərqli olaraq, daha çox, gərək ki, 32 min evro təklif edir. …CBP Home Tətbiqindən özünü deportasiya etmək üçün istifadə edən…

Daha çox

Hindistanın raket zərbələri nəticəsində iki mülki şəxs öldü, yaralılar var

Hindistanın Pakistanın Kotli şəhərindəki mülki infrastruktura endirdiyi raket zərbələri nəticəsində biri uşaq olmaqla azı iki nəfər ölüb. SİA “Geo Tv”yə istinadən xəbər verir ki, bu barədə Pakistan Ordusunun ictimaiyyətlə əlaqələr idarəsi məlumat yayıb. Məlumata görə, Əhmədpurda iki məscidə endirilən zərbələr nəticəsində həmçinin 12 yerli sakin xəsarət alıb. Paksitan Ordusunun ictimaiyyətlə əlaqələr şöbəsinin baş direktoru general-leytenant Əhməd Şərif Çaudri Hindistanın hücumunu utancverici və qorxaqlıq adlandıraraq, zərbələrin Hindistan ərazisindən həyata keçirildiyini açıqlayıb. “Hərbi Hava Qüvvələrimizin təyyarələri havadadır. Bu biabırçı və qorxaq hücum Hindistanın hava məkanından həyata keçirilib. Biz onların Pakistanın hava məkanına…

Daha çox

Sabah bu rayonda qaz olmayacaq

“Yaqublu QPS qolu qaz kəməri”nin 15-ci km-də yaranmış qaz sızmalarının ləğvi ilə əlaqədar sabah saat 10:00-dan etibarən “Oğuz(Yaqublu)” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır. Bu barədə SİA-ya “Azəriqaz” İB-dən bildirilib. Bununla əlaqədar Oğuz şəhər mərkəzi daxil olmaqla və rayonun 23 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Daha çox

Bütün HHM qüvvələrini Pakistanla sərhəddə yerləşdirdi

Hindistan Pakistanla sərhədində bütün hava hücumundan müdafiə qüvvələrini yerləşdirib. SİA xəbər verir ki, bu barədə ANI agentliyi Müdafiə Nazirliyinin nümayəndələrinə istinadən məlumat yayıb. “Hər hansı bir fövqəladə vəziyyətə cavab vermək üçün Hindistan-Pakistan sərhədində bütün hava hücumundan müdafiə bölmələri yerləşdirilib”, – məlumatda bildirilib

Daha çox

Mark Karni: Kanada satılmır və satılmayacaq

Kanada satılmır və heç zaman da satılmayacaq. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri Kanadanın baş naziri Mark Karni Ağ evdə ABŞ Prezidenti Donald Trampla görüş zamanı ABŞ liderinin Kanadanın 51-ci ştat olması ilə bağlı istəyinə cavab olaraq deyib. “Daşınmaz əmlak işindən də bildiyiniz kimi, satılmayan bəzi yerlər var. Kanada da satılmır, heç vaxt satılmayacaq”, – Karni ABŞ Prezidentinə deyib. O xalqın da bunu istəmədiyini bildirib və əlavə edib ki, keçmişdə də olduğu kimi iki ölkə arasında tərəfdaşlıq və birgə görüləcək işlər üçün fürsət mövcuddur.

Daha çox

Bu ərazilərdə bir neçə saat işıq olmayacaq

Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 10 kV-luq hava xəttinin yeni Özünüdaşıyan İzolyasiyalı Naqillə (ÖİN) əvəz olunmasına görə mayın 7-də elektrik xətləri sifarişə əsasən açılacaq. SİA xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, bununla əlaqədar olaraq saat 09:00-dan saat 17:00-dək Cavanşir, Ceyhun Hacıbəyli, İlqar Zülfüqarov, Məhəmməd Hadi küçələrində əhali və qeyri əhali abonentlərinin elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Daha çox

Antarktida buz təbəqəsini böyüdür…

Antarktida ümumiyyətlə ərimir. Hər şey tam əksinədir… Antarktida buz örtüyünün sürətlə əriməsi və deqradasiyası ilə bağlı yayılmış inancın əksinə olaraq, son məlumatlar onun kütləsinin artdığını göstərir. Bu, çoxları üçün sürpriz olub. SİA xəbər verir ki, Çin tədqiqatçılarının verdiyi məlumata görə, 2021-ci ildən 2023-cü ilə qədər buzlaşmanın artması müşahidə olunub. …Analitiklər qeyd edirlər ki, hər il orta hesabla buz örtüyü 108 giqaton artıb. Ən əhəmiyyətli dəyişikliklər Şərqi Antarktidada qeydə alınıb. Xüsusilə, Wilkes Land, Marie Byrd Land və Totten, Denman və Moskva Universitetinin buzlaqları kimi əvvəllər həssas hesab…

Daha çox

Sankt-Peterburqda dörd qədim tikili bir rubla satışa çıxarılıb

…Peterhof, Lomonosov və Krasnoe Selodakı dörd mədəni irs obyekti “bir rubl”a hərraca çıxarılacaq. SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Rusiya Hərrac Evi (RAD) məlumat yayıb. Alıcı həm də tarixi yerlərdə torpaq icarəyə götürmək hüququ əldə edəcək. …Krasnoe Selodakı Şuppa zolağında inqilabdan əvvəlki ev və keçmiş hərbi xəstəxana binası satışa çıxarılıb. Bundan əlavə, Lomonosovda Yeleninskaya küçəsindəki taxta “Volkov Evi”, həmçinin memar E. Qanın malikanəsi və A.V. Peterhofdakı Sobstvenny Prospektdə Lvova… daxildir. Bu obyektlər qeyri-qənaətbəxş vəziyyətdədir. Müsabiqə iyunun 3-nə təyin edilib. Müsabiqəyə yalnız bir ərizə təqdim edilərsə, onun sahibi…

Daha çox